Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/9 s. 32
  • Yaşlı olsa da, tənhalığa qapılmadı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaşlı olsa da, tənhalığa qapılmadı
  • Gözətçi qülləsi 2006
Gözətçi qülləsi 2006
w06 1/9 s. 32

Yaşlı olsa da, tənhalığa qapılmadı

BİR çoxları yaşa dolduqca taqətdən düşür və özlərini cəmiyyətdən təcrid edirlər. İsveçrənin Cenevrə şəhərində 95 yaşında vəfat edən Fernan Rivarol belə insanlardan deyildi. O tək qalırdı, çünki həyat yoldaşı vəfat etmiş, qızı isə ailəsi ilə ayrı yaşayırdı. Vaxtının çox hissəsini evdə keçirməli olsa da, o tənha deyildi. O, tez-tez qonaq otağında masa arxasında əyləşərək insanlara zəng edir və onlarla Müqəddəs Kitab haqqında danışırdı.

Maraqlı hadisələrlə zəngin həyatında elə vaxt olmuşdur ki, Fernan cəmiyyətdən sözün əsl mə’nasında təcrid edilmişdi. 1939-cu ildə Avropada İkinci Dünya müharibəsi başlamazdan bir qədər əvvəl Fernan və həyat yoldaşı Yehovanın Şahidi oldular və xidmətdə fəal iştirak etməyə başladılar. Müqəddəs Kitabdan öyrəndiklərinə əsasən o, heç kimə zərər vurmamaq qərarına gəldi. Bu səbəbdən o, işini itirdi və ümumilikdə beş il yarım həbsxanada yatdı. Bu vaxt ərzində o, yoldaşından və balaca qızından ayrı düşmüşdü.

Keçmişini yada salaraq Fernan deyir: «Bir çoxları düşünürdülər ki, mən daimi işimi ataraq ailəmi ac-susuz buraxdım. İnsanlar mənə nifrətlə baxır və cinayətkar kimi davranırdılar. Lakin o çətin günlərimi düşünəndə ilk növbədə yadıma Yehovanın bizə necə dayaq olduğu və kömək etdiyi düşür. O vaxtdan çox illər ötsə də Yehovaya olan e’tibarım zəifləməyib».

Fernanın imanı onu Müqəddəs Kitaba əsaslanan ümidini telefonda başqa insanlarla bölüşməyə təşviq edirdi. Həmsöhbəti maraq göstərəndə, o ona Müqəddəs Kitaba əsaslanan ədəbiyyat göndərirdi. Bir müddət sonra yenidən həmin adama zəng edib göndərdiyi ədəbiyyat barədə fikrini öyrənirdi. Bə’zən insanlar Fernana minnətdarlıq məktubu yazırdılar. Bu onu çox sevindirirdi.

Ola bilsin, Fernan kimi, bir nəfər sizə baş çəksin və ya zəng etsin. Nə üçün onun gətirdiyi xəbərlə tanış olmayasınız? Yehovanın Şahidləri öz e’tiqadlarını sizinlə bölüşməyə həmişə şaddırlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş