Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 1/7 s. 31
  • Bizim günlərin «israilli qızı»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bizim günlərin «israilli qızı»
  • Gözətçi qülləsi 2008
  • Oxşar material
  • Yehova məni heç vaxt tək qoymayıb!
    Gözətçi qülləsi 2018
  • Anma mərasimini keçirəcəksiniz, Yehova sizə yar olacaq!
    Gözətçi qülləsi 2023
Gözətçi qülləsi 2008
w08 1/7 s. 31

Bizim günlərin «israilli qızı»

İSA MƏSİHİN ölümünün Xatirə Gecəsinə iki həftə qalmış, Braziliyanın Praya-Qrandi şəhərində yaşayan Salis ailəsinin hər üzvü dəvət edəcəyi insanların siyahısını tutdu. Valideynləri altı yaşlı Abiqaylə bir dəvətnamə verdilər və ondan kimi dəvət etmək istədiyini soruşdular.

— Həmişə mənə gülümsəyən dayını.

— O kimdir?

— O, əlil arabasında oturur.

Dörd gün sonra Abiqayl həmin adamı valideynlərinə göstərdi. Onun adı Valter idi və Padşahlıq Zalının yaxınlığında yaşayırdı. 15 il əvvəl, onun 28 yaşı olanda, düşdüyü avtomobil qəzası nəticəsində ayaqları şikəst olmuşdu. Varlı olduğu üçün onun iki cangüdəni vardı. Abiqayl üçün Valterlə danışmağa icazə alındıqdan sonra valideynləri izah etdilər ki, qızları ona dəvətnamə vermək istəyir.

Söhbətin sonunda Abiqayl dedi: «Padşahlıq Zalımızda olanların hamısının çoxlu dəvətnaməsi var, mənim isə bir dənədir. Buna görə mən yalnız sizi dəvət edirəm. Əgər gəlməsəniz, deməli, yanıma heç kim gəlməyəcək. Amma gəlsəniz, mən çox sevinəcəyəm, Yehova məndən də çox sevinəcək».

Xatirə Gecəsi günü başqa Şahidlər və Abiqayl bu mərasim üçün Padşahlıq Zalında təmizlik işləri görürdülər. Günorta Valter maşını ilə Padşahlıq Zalının yanından keçəndə Abiqaylı görüb, sürücüsünə maşını saxlatdırdı. Pəncərəni açıb Abiqayldan burada nə etdiyini soruşdu. Abiqayl dedi ki, Padşahlıq Zalına gəlmək ona xoş olsun deyə, oranı yığışdırırlar.

Həmin axşam Abiqayl çox həyəcanlı idi. Məruzə artıq söylənirdi, amma Abiqayl Valterin gəlib-gəlmədiyini bilmək üçün tez-tez ətrafa boylanırdı. Birdən Valter cangüdənləri ilə Zala daxil oldu. Abiqaylın üzündə sevinc təbəssümü canlandı. Məruzədən sonra Valter etiraf etdi ki, həmin gün başqa şəhərə getməyə hazırlaşırdı, lakin fikrini dəyişib Abiqaylın xatirinə Xatirə Gecəsinə gəldi. Sonra əlavə etdi: «Məruzədə məhz ehtiyac duyduqlarımı eşitdim». O, Müqəddəs Kitab istədi, onu öyrənməyə və görüşlərə gəlməyə başladı.

Valter Abiqayl barədə tez-tez danışırdı və onun bacısı onunla tanış olmaq istədi. Bacısı Abiqaylı görəndə bu qız onun çox xoşuna gəldi. O dedi: «İndi mən qardaşımın nəyə görə belə xoşbəxt olduğunu başa düşürəm».

Valter Müqəddəs Kitabı öyrənir və yığıncaq görüşlərinə gəlir. O, hətta şərhlər verir və öyrəndiklərini başqalarına danışır. Şübhəsiz, balaca Abiqayl, Naamana həqiqi Allah olan Yehovanı tanımağa kömək edən israilli qızı yadımıza salır (2 Padşahlar 5:2-14).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş