Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/8 s. 16—17
  • Aşkar edilən gizli xəzinələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Aşkar edilən gizli xəzinələr
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • Onda ‘gizlədilmiş’ xəzinələri axtarın
    Gözətçi qülləsi 2009
  • Bölüşmək üçün qiymətli xəzinəmiz var
    Müqəddəs ibadətimiz 2008
  • İstəyərdinizmi ki, sizə baş çəksinlər?
    Gözətçi qülləsi 2012
  • Müqəddəs Kitaba əsaslanmış ədəbiyyatımızdan müdrikliklə istifadə et
    Müqəddəs ibadətimiz 2005
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/8 s. 16—17

Aşkar edilən gizli xəzinələr

HEÇ ağlına belə gətirmədiyin yerdə nə vaxtsa gizli xəzinə tapmısanmı? 2005-ci il martın 27-də Estoniyada yaşayan Yehovanın Şahidi İvo Lodla məhz belə bir hadisə baş vermişdi. O, Alma Vardya adlı yaşlı bacıya həyətindəki köhnə damı sökməkdə köməklik edirdi. Çöl divarı sökəndə onların gözünə sütunun bir tərəfini örtən taxta parçası sataşdı. Onu çəkəndə müvafiq taxta parçası ilə örtülmüş eni 10 santimetr, uzunluğu 1,2 metr, dərinliyi isə 10 santimetr olan oyuq gördülər. Xəzinənin gizlədildiyi xəlvət yer! (şək. 1). Söhbət hansı xəzinədən gedir? Onları orada kim gizlətmişdi?

Oyuqda səliqə ilə çoxlu kağıza bükülmüş bir neçə bağlama var idi (şək. 2). Bağlamalarda Yehovanın Şahidlərinin nəşrləri, əsasən, eston dilində «Gözətçi Qülləsi»nin öyrənmə məqalələri var idi, onlardan bəziləri 1947-ci ilə aid idi (şək. 3). Onlar səliqə ilə köçürülmüşdü. Bəzi bağlamalarda onları bura gizlədənin kimliyini müəyyən etməyə kömək edən ipucu vardı. Bu, Almanın əri Villem Vardyanın sorğu-sual edilməsinə dair qeydlər idi. Onların arasında onun həbsdə olduğu illər haqqında məlumat da var idi. O, nəyə görə həbsə düşmüşdü?

Villem Vardya keçmiş Estoniya Sovet Sosialist Respublikasının Tartu, sonralar isə Otepya şəhərinin yığıncaqlarında məsul qardaş kimi xidmət edirdi. Görünür, o, həqiqəti İkinci Dünya müharibəsindən bir qədər öncə öyrənmişdi. Bir neçə ildən sonra, 1948-ci il dekabrın 24-də kommunist rejimi dövründə Vardya qardaş dini fəaliyyətinə görə həbs edildi. Xüsusi xidmət orqanlarının əməkdaşları digər Şahidlərin adlarını öyrənmək üçün onu sorğu-suala tutmuş və işgəncə vermişdilər. Məhkəmədə özünü müdafiə etmək hüququndan məhrum edildikdən sonra o, on il müddətinə Rusiya islah-əmək düşərgələrinə məhkum olundu.

Villem Vardya 1990-cı il martın 6-da ölənə qədər Yehovaya sadiq qaldı. Onun arvadının evlərində ədəbiyyat gizlədildiyindən heç xəbəri də yox idi. Çox ehtimal ki, o, həyat yoldaşını sorğu-sual qarşısında qorumaq istəyirdi. Nəyə görə o, ədəbiyyatları gizlətməli olmuşdu? Çünki KQB (Dövlət Təhlükəsizliyi Komitəsi) əməkdaşları tez-tez gözlənilmədən Yehovanın Şahidlərinin evlərində dini ədəbiyyat tapmaq məqsədilə axtarışlar aparırdılar. Görünür, Vardya qardaş bu nəşrləri gizlədirdi ki, işdir, KQB hər şeyi müsadirə etsə, bacı-qardaşların ruhani qidası olsun. Ədəbiyyat gizlədilən digər yerlər isə bu hadisədən öncə, 1990-cı ilin yayında tapılmışdı. Aşkar olunan yerlərdən biri Estoniyanın cənubunda, Tartu şəhərində yerləşir. Orada tapılan ədəbiyyat da Villem Vardya tərəfindən gizlədilmişdi.

Nəyə görə bu sənədləri xəzinə adlandırmaq olar? Çünki əllə yazılmış və yaxşı gizlədilmiş bu surətlər Şahidlərin həmin dövrdə əllərində olan ruhani qidanı nə dərəcədə qiymətləndirdiklərinin bariz göstəricisidir (Mat. 24:45). Bəs sən hal-hazırda aldığın ruhani qidanı nə dərəcədə qiymətləndirirsən? Bu gün aldığımız ədəbiyyatlar arasında eston dili ilə yanaşı, 170-dən çox dildə nəşr olunan «Gözətçi Qülləsi» jurnalı da var.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş