Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/11 s. 12—13
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2009
  • Oxşar material
  • Məsihi qadın başını nə vaxt və nə üçün örtməlidir?
    Allahın məhəbbətindən ayrılmayın
  • Yığıncaqda başçılıq quruluşu
    Gözətçi qülləsi 2021
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2013
  • Allah eşitmə qabiliyyəti məhdud olanların qeydinə qalır
    Əlavə mövzular
Əlavə
Gözətçi qülləsi 2009
w09 15/11 s. 12—13

Oxucuların sualları

Məsihçi görüşlərində və konqreslərdə Müqəddəs Kitaba əsaslanan çıxışları jest dilinə tərcümə edən bacı başını örtməlidirmi?

Ümumi götürsək, əgər məsihçi qadın ərinin və ya yığıncaqdakı qardaşın məsuliyyətini icra edirsə, bu zaman onun başını örtməsi labüddür. Bu, həvari Pavelin «başı örtülməmiş dua və ya peyğəmbərlik edən hər qadın... öz başı olan ərini xəcalətli edir» sözlərindəki prinsipə uyğun gəlir, çünki «arvadın başı ər»dir (1 Kor. 11:3-10). Belə vəziyyətlərdə bacı sadə və münasib baş örtüyü geyinməklə teokratik quruluşa tabe olduğunu göstərir (1 Tim. 2:11, 12)a.

Bəs əgər bacı qardaşın nitqini jest dilinə tərcümə edirsə, onda necə? Düzdür, bacının rolu sadəcə olaraq qardaşın dediklərini dinləyicilərə çatdırmaqdan ibarətdir. Başqa sözlə, təlim verən bacı yox, nitqini tərcümə etdiyi qardaşdır. Lakin jest dilinə tərcümə etməklə şifahi dillərə tərcümə etmək arasında böyük fərq var. Nitq şifahi dilə tərcümə edilən zaman dinləyicilər diqqəti həm natiqə cəmləyə bilər, həm də tərcüməçiyə qulaq asa bilərlər. Həmçinin jest dilinə tərcümə edən bacılardan fərqli olaraq, şifahi dilə tərcümə edən bacılar, adətən, diqqət mərkəzində olmurlar. Bəzən onların oturaraq və ya ayaq üstə duraraq tərcümə etmək seçimləri olur. Ayaq üstə tərcümə edən zaman bacı üzünü auditoriyaya yox, natiqə tərəf tutur. Belə hallarda onun başını örtməsinə ehtiyac yoxdur.

Bundan əlavə, texnologiyanın inkişafını nəzərə alsaq, nitq jest dilinə tərcümə olunanda tərcüməçinin rolu daha qabarıq olur. Çox vaxt böyük ekranda tərcüməçi görünür, natiq isə auditoriyanın nəzərindən kənarda qalır. Bu amilləri nəzərə alanda, bacının bir tərcüməçi kimi ikinci rol oynamasının əlaməti olaraq başını örtməsi münasibdir.

Bu rəhbərlikdə edilən dəyişikliklər Teokratik Xidmət Məktəbi bəndlərinin, səhnəciklərin, eləcə də Yığıncağın Müqəddəs Kitab öyrənməsində, Xidməti görüşdə və «Gözətçi Qülləsi»nin öyrənilməsində verilən şərhlərin jest dilinə tərcüməsinə necə təsir edə bilər? Jest dilinə tərcümə edən bacı bu hallarda da başını örtməlidirmi? Müəyyən hallarda bacının başını örtməsinə ehtiyac yoxdur, çünki auditoriyaya onsuz da aydındır ki, görüşü aparan bacı deyil. Məsələn, iştirak edənlərin şərhlərini, bacıların dialoqlarını və ya səhnəcikləri tərcümə edəndə buna ehtiyac yoxdur. Lakin bu görüşlərdə qardaşların nitqlərini, «Gözətçi Qülləsi»ni və ya Yığıncağın Müqəddəs Kitab öyrənməsini aparan qardaşı tərcümə edəndə, yaxud nəğmə oxunan zaman aparıcı rolunu oynayanda o, başını örtməlidir. Görüş zamanı tərcümə edən bacıya qardaşların, bacıların, uşaqların və ağsaqqalların sözlərini tərcümə etmək lazım gələ bilər. Buna görə də bütün görüş boyu baş örtüyünü çıxarmamaq daha rahat olardı.

[Haşiyə]

a Məsihçi qadınların başını örtməsinə dair ətraflı məlumat almaq üçün «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 209-211-ci səhifələrinə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş