Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w10 1/10 s. 16—17
  • Xoşbəxtliyə necə nail olmaq olar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xoşbəxtliyə necə nail olmaq olar?
  • Gözətçi qülləsi 2010
  • Oxşar material
  • Xoşbəxt Allaha ibadət edənlər bəxtiyardır
    Gözətçi qülləsi 2018
  • Həqiqi xoşbəxtliyi necə tapmalı?
    Gözətçi qülləsi 2001
  • Əsl xoşbəxtliyi tapa bilərsiniz
    Gözətçi qülləsi 2022
  • Yehovanın xalqı bəxtiyardır
    Gözətçi qülləsi 2005
Gözətçi qülləsi 2010
w10 1/10 s. 16—17

İsa peyğəmbərdən nə öyrənirik?

Xoşbəxtliyə necə nail olmaq olar?

Xoşbəxtliyin açarı nədir?

▪ İsa peyğəmbər özünün ən məşhur təbliğinə xoşbəxtlik haqqında sözlərlə başladı. O dedi: «Ruhani nemətlərə susayanlar nə xoşbəxtdirlər» (Matta 5:3). Bu sözlərlə o, nə demək istəyirdi? Ruhani nemətlər dedikdə nə nəzərdə tutulur?

Biz, o cümlədən heyvanlar yaşamaq üçün nəfəs almağa, yemək yeməyə və su içməyə ehtiyac duyuruq. Lakin biz xoşbəxt olmaq üçün, heyvanlardan fərqli olaraq, daha bir tələbatımızı — həyatın mənasını başa düşmək tələbatını da ödəməliyik. Bu tələbatı ödəməkdə yalnız Yaradan kömək edə bilər. Buna görə İsa peyğəmbər demişdir: «İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər sözlə yaşamalıdır» (Matta 4:4). Ruhani nemətlərə susayan insanlar ona görə xoşbəxtdirlər ki, onların «xoşbəxt Allah» olan Yehova ilə sıx münasibətləri var. Allah isə Öz növbəsində onlara gələcəyə ümid verir və bu da onların xoşbəxtliyinə səbəb olur (1 Timoteyə 1:11).

İsa insanlara ümid əldə etməyə necə kömək edirdi?

▪ İsa demişdi: «Həlimlər nə xoşbəxtdirlər, çünki Yer onların olacaq» (Matta 5:5). İsa xəstələrə şəfa verməklə və ölüləri diriltməklə insanlara ümid verirdi. Bundan əlavə, İsa yer üzünə ümid xəbəri ilə gəlmişdi. «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda qurban verdi; bunu ona görə etdi ki, ona iman edənlərin heç biri məhv olmasın, hamısı əbədi yaşasın», — deyə o izah etdi (Yəhya 3:16). Allaha tabe olan insanlar yer üzündə əbədi həyat mükafatını alacaqlar. Həlim və heç vaxt qocalmayan insanlar arasında yaşamağın nə demək olduğunu bir təsəvvür edin! Məhz buna görə də Müqəddəs Kitabda deyilir: «Ümidinizə sevinin» (Romalılara 12:12). İsa həmçinin bu gün də necə xoşbəxt ola biləcəyimizi də izah etdi.

İsanın sözlərinə əsasən, xoşbəxtliyə necə nail olmaq olar?

▪ İsa Məsih insanlar arasında münasibətlərə, nikaha, həlimlik və ya təvazökarlığa və maddi şeylərə münasibətə dair faydalı məsləhətlər vermişdi (Matta 5:21—32; 6:1—5, 19—34). Onun məsləhətlərinə riayət etsək, indiki həyatda xoşbəxtliyə nail ola bilərik.

Səxavətli olmaq xoşbəxtliyə səbəb olur (Həvarilərin işləri 20:35). Məsələn, İsa bir dəfə demişdi: «Qonaqlıq verəndə evinə kasıbları, şikəstləri, çolaqları, korları çağır. Bax, onda ürəyin şad olacaq, çünki bu adamların sənə verməyə heç nələri yoxdur» (Luka 14:13, 14). Özünü yox, başqalarını düşünən insanlar sözün əsil mənasında xoşbəxtliyə nail olurlar.

İlk növbədə xoşbəxtliyə nə səbəb olur?

▪ İnsanlar üçün bir şey edəndə bu bizə sevinc gətirir, amma Allah üçün etdiyimiz şeylər isə bizə xoşbəxtlik gətirir. Bu, hətta öz uşaqlarını sevən və onlara görə qürur duyan valideynlərin xoşbəxtliyi ilə müqayisə oluna bilməz. İsa camaata təlim verən zaman baş verən hadisədən bunu yaxşı görmək olar. «İsa danışarkən camaatın arasından bir qadın ucadan dedi: “Səni bətnində daşıyan və döşləri ilə əmizdirən qadın nə xoşbəxtdir!” Ancaq İsa dedi: “Əksinə, Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!”» (Luka 11:27, 28).

İsa Allahın iradəsini yerinə yetirməkdən sevinc və məmnunluq duyurdu. Allahın iradəsi odur ki, bütün insanlar əbədi həyata ümid verən xoş xəbəri eşitsinlər. Bir qadınla bu ümidi bölüşdükdən sonra İsa dedi: «Mənim yeməyim məni göndərənin iradəsini yerinə yetirmək və Onun işini tamamlamaqdır» (Yəhya 4:13, 14, 34). Eyni ilə sən də Allahın xoşuna gələn işləri görməklə, məsələn, Müqəddəs Kitabdakı həqiqətləri insanlara çatdırmaqdan xoşbəxtlik duya bilərsən.

Əlavə məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc edilən «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 1-ci fəslinə baxın.

[16-cı səhifədəki şəkil]

Sözün əsil mənasında xoşbəxt olmaq üçün həyatın mənasını başa düşmək lazımdır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş