Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 1/4 s. 25—26
  • Allah və dostları onu sevirdi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah və dostları onu sevirdi
  • Gözətçi qülləsi 2011
  • Oxşar material
  • O, atasını və Yehovanı sevindirdi
    Övladlarımızı öyrədək
  • İftahın vədi
    Müqəddəs Kitab hekayələri
  • İmanla davranmaq Allahın razılığını qazandırır
    Gözətçi qülləsi 2016
  • İftah nəzir deyir
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Gözətçi qülləsi 2011
w11 1/4 s. 25—26

Uşaqlarınızı öyrədin

Allah və dostları onu sevirdi

BU GÜN heç kim onun adını bilmir. Onu Yeftahın qızı kimi tanıyırlar. Gəlin bu qız və atası haqqında Müqəddəs Kitabdan öyrənək. Orada biz Yeftahın qızının Allah və dostları tərəfindən nə qədər çox sevildiyini görəcəyik.

Yeftah və qızı haqda Müqəddəs Kitabın «Hakimlər» kitabının 11-ci fəslindən oxuya bilərik. Yeftah Allaha sadiq insan idi və şübhəsiz qızına da müntəzəm olaraq Müqəddəs Yazılardan danışırdı.

Yeftah Allahın xalqı olan israillilərin özlərinə padşah istəməzdən əvvəlki dövrdə yaşamışdı. O, güclü insan və məharətli döyüşçü idi. Həmin vaxtlar israillilər qonşu xalq olan ammonlulara qarşı vuruşanda Yeftahdan döyüşə rəhbərlik etməsini xahiş etdilər.

Yeftah istəyirdi ki, ammonluları məğlub etməkdə Allah ona kömək etsin. Buna görə də söz verdi ki, Yehovanın ona qələbə qazandırdığı təqdirdə evə qayıdanda qarşısına birinci kim çıxsa, Allaha təqdim edəcək. Həmin adam ömrünün axırına kimi Allahın müqəddəs məskənində — o vaxtlar insanların Allaha ibadət etdikləri yerdə xidmət etməli idi. Bilirsən, onun qarşısına birinci kim çıxdı?~a

Bəli, onun öz qızı! Yeftah çox pis oldu, çünki o, gözünün ağı-qarası yeganə övladı idi. Ancaq Yeftah Yehovaya söz vermişdi və sözünün üstündə durmalı idi. Onda qızı atasına dedi: «Ata, sən Rəbbə əhd etmisən. Söz ağzından necə çıxıbsa, mənə eləcə də et». Sonra isə dağlara gedib ağlamaq üçün atasından ona iki ay izin verməsini xahiş etdi. Nəyə görə? Çünki atasının əhdinə əməl etməklə o, ərə getmək və uşaq sahibi olmaq hüququndan imtina etmiş olurdu. Ancaq onun üçün şəxsi arzuları yox, atasına itaət etmək və Yehovaya sadiq qalmaq daha vacib idi. Səncə, o, belə etməklə Yehovanı və atasını sevindirdimi?~

Yeftah qızını rəfiqələri ilə birlikdə iki aylıq dağlara getməyə qoydu. Qızı qayıdanda atası əhdinə əməl edib onu Allahın Şilodakı müqəddəs məskənində xidmət etməyə göndərdi. O, qalan ömrünü orada keçirdi. Hər il israilli gənc qadınlar Şiloya gedib Yeftahın qızını ruhlandırırdılar.

Sən valideynlərinin sözünə qulaq asan və Yehovanı sevən uşaqlar tanıyırsanmı?~ Həmin uşaqlarla yaxından tanış olmaq və onlarla dost olmaq çox yaxşı olardı. Əgər Yeftahın qızı kimi itaətkar və sadiq olsan, sənin də yaxşı dostların olacaq. Və sən valideynlərinin ürəyini sevindirəcəksən, Yehova da səni çox sevəcək.

Öz Müqəddəs Kitabınızdan oxuyun

Qanunun təkrarı 6:4—6

Hakimlər 11:30—40

1 Korinflilərə 7:37, 38

[Haşiyə]

a Əgər bu məqaləni uşaqla oxuyursunuzsa, qoyulan tilda (~) işarəsi göstərir ki, pauza etmək və uşağı öz fikrini söyləməyə təşviq etmək lazımdır.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş