4. Sevginin soyuması
«İnsanlar. . . doğmalarını sevməyən olacaqlar» (2 TİMOTEYƏ 3:1—3).
● Kris Şimali Uelsdə ailədə zorakılıqdan əziyyət çəkənlərə kömək edən qrupda xidmət edir. O deyir: «Yadımdadır, yanıma bir qadın gəlmişdi, o, elə vəhşicəsinə döyülmüşdü ki, əvvəllər onu gördüyümə baxmayaraq, tanıya bilməmişdim. Digər qadınlar isə, mənəvi cəhətdən elə zərbə alırlar ki, utandıqlarından başqalarının üzünə baxa bilmirlər».
FAKTLAR NƏYİ GÖSTƏRİR? Bir Afrika ölkəsində, demək olar ki, hər 3 qadından 1-i artıq uşaq vaxtından cinsi zorakılığa məruz qalmışdır. Həmin ölkədə keçirilən sorğuya əsasən, kişilərin üçdə birindən çoxu arvadını döyməkdə pis bir şey görmür. Ancaq ailədə zorakılıqdan əziyyət çəkən təkcə qadınlar deyil. Məsələn, Kanadada hər 10 kişidən 3-ü arvadı tərəfindən döyülür və ya təhqir olunur.
ETİRAZLAR. Ailədə zorakılıq həmişə olub. Sadəcə olaraq bizim günlərdə bu şeylərə əvvəlkinə nisbətən daha çox diqqət yetirilir.
BU ETİRAZLAR ƏSASLIDIRMI? Düzdür, son on illiklər ərzində bu problem daha çox müzakirə olunur. Bəs bunların ailədə zorakılıq hallarının azalmasına bir xeyri dəyibmi? Xeyir. Əksinə, heç vaxt doğmalar arasında bugünkü qədər soyuqluq olmayıb.
SİZ NECƏ DÜŞÜNÜRSÜNÜZ? 2 Timoteyə 3:1—3 ayələrindəki sözlər yerinə yetirmi? Sizcə, insanlar öz ailələrində görməli olduqları sevgini görürlərmi?
Bu gün yerinə yetən növbəti peyğəmbərlik isə yaşadığımız Yer kürəsi ilə bağlıdır. Gəlin bu barədə Müqəddəs Kitabda nə deyildiyinə baxaq.
[7–ci səhifədəki yazı]
«Ailədə zorakılıq ən az qeydə alınan cinayətlərdən biridir. Orta hesabla bir qadın əri tərəfindən 35 dəfə zorakılığa məruz qaldıqdan sonra polisə müraciət edir» (UELSİN AİLƏDƏ ZORAKILIQDAN ƏZİYYƏT ÇƏKƏNLƏRƏ KÖMƏK XİDMƏTİNİN TƏMSİLÇİSİ).