Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w13 1/1 s. 9
  • «Bunları... körpələrə açdın»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Bunları... körpələrə açdın»
  • Gözətçi qülləsi 2013
  • Oxşar material
  • Həqiqət Allahını təqlid edin
    Gözətçi qülləsi 2003
  • Məsihçilər ruhən və həqiqətən ibadət edirlər
    Gözətçi qülləsi 2002
  • Həqiqətində addımlayacağam
    Gözətçi qülləsi 2018
  • Həqiqət dəbdən düşüb?
    Əlavə mövzular
Əlavə
Gözətçi qülləsi 2013
w13 1/1 s. 9

ALLAHA YAXINLAŞIN

«Bunları... körpələrə açdın»

Siz Allah barədə, yəni Onun kimliyi, qanunları, eləcə də iradəsi haqda həqiqəti bilmək istəyirsinizmi? Yehova Allah Kəlamı olan Müqəddəs Kitabda Özü haqqında tam həqiqəti açıqlayır. Ancaq Müqəddəs Kitabı oxuyanların heç də hamısı bu həqiqəti axıra qədər anlaya bilməz. Nəyə görə? Çünki ilahi həqiqətləri anlamaq böyük imtiyazdır və o, hər insana verilmir. Gəlin İsa peyğəmbərin bu barədə dediklərinə diqqət yetirək. (Matta 11:25 ayəsini oxu.)

Həmin ayə bu sözlərlə başlayır: «Sonra İsa dedi». Bu sözləri deməzdən öncə nəyin baş verdiyini bilsək, İsanın necə insanları nəzərdə tutduğunu müəyyən edə bilərik. O, möcüzələr göstərdiyi Qalileyanın üç şəhərinin laqeyd sakinlərini təzəcə məzəmmət etmişdi (Matta 11:20—24). Yəqin, sizdə belə sual yaranır: «Necə ola bilər ki, insan peyğəmbərin möcüzələrini görə-görə onun öyrətdiyi həqiqətləri qəbul etməsin?» İnsanların laqeydliyi onların dikbaş olmalarından irəli gəlirdi (Matta 13:10—15).

İsa Məsih bilirdi ki, Müqəddəs Kitabda Allah haqqında qələmə alınan həqiqətləri anlamaq üçün iki şey lazımdır: Allahın köməyi və ürəyimizin düzgün vəziyyətdə olması. O izah edir: «Ey göyün və yerin Ağası! Hamının qarşısında Sənə şükür edirəm, çünki bunları hikmətli və ağıllı adamlardan gizlədib körpələrə açdın». Bu ayədən biz Müqəddəs Kitabdakı ruhani həqiqətləri başa düşməyin nəyə görə imtiyaz olduğunu görə bilərik. «Göyün və yerin Ağası» Yehova Allah bu həqiqətləri kimə açacağına Özü qərar verir. Amma bu o demək deyil ki, O, üzgörənlik edir. Bəs O, belə qərarı nəyə əsasən verir?

Yehova Allah məğrurları yox, təvazökar insanları sevir (Yaqub 4:6). O, həqiqəti «hikmətli və ağıllı adamlardan», yəni bu dünyada müdrik sayılan ziyalı adamlardan gizli saxlayır. Çünki onlar o dərəcədə məğrur və özündən razıdırlar ki, Allahın köməyinə ehtiyac duymadıqlarını düşünürlər (1 Korinflilərə 1:19—21). Ancaq «körpələrə», yəni uşaq kimi təvazökar olan və səmimi-qəlbdən Ona üz tutan insanlara həqiqətini açır (Matta 18:1—4; 1 Korinflilərə 1:26—28). İsa Məsih hər iki qrup insanla rastlaşmışdı. Təvazökar balıqçılardan fərqli olaraq, bir çox məğrur, ali təhsilli din rəhbərləri peyğəmbərin çatdırdığı xəbərin məğzini dərk etmirdilər (Matta 4:18—22; 23:1—5; Həvarilərin işləri 4:13). Bununla belə, əsil təvazökarlıq ruhu göstərən varlı və təhsilli adamlardan bəziləri İsanın davamçıları olmuşdur (Luka 19:1, 2, 8; Həvarilərin işləri 22:1—3).

Gəlin yuxarıda verilən suala qayıdaq: Allah barədə həqiqəti bilmək istəyirsinizmi? Əgər belədirsə, onda yəqin ki, Allahın özünü müdrik sayan məğrur insanlardan razı olmadığını bilmək sizə təsəlli verir. Müqəddəs Yazılardan gördüyümüz kimi, Allah dünyanın gözündə ağıllı sayılan insanların xor baxdığı kəsləri bəyənir. Əgər siz Allahın Kəlamını düzgün niyyətdən irəli gələrək öyrənirsinizsə, onda Yehova Allah haqda həqiqəti bilmək kimi qiymətli ənam alan insanların arasında ola bilərsiniz. Bu həqiqəti başa düşmək indidən həyatınıza məna qatacaq və sizi «əsil həyata», yəni Allahın vəd etdiyi və salehliyin hökm sürdüyü yeni dünyada əbədi həyata doğru aparacaqa (1 Timoteyə 6:12, 19; 2 Peter 3:13).

a Yehovanın Şahidləri böyük məmnuniyyətlə sizə Allah və Onun niyyətləri haqda həqiqəti öyrənməyə kömək edəcəklər. Onlar «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının köməyilə sizə təmənnasız Müqəddəs Kitabı öyrənməyi təklif edirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş