Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w14 1/10 s. 8—9
  • Əbədi gələcəyiniz üçün nə etməlisiniz?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əbədi gələcəyiniz üçün nə etməlisiniz?
  • Gözətçi qülləsi 2014
  • Oxşar material
  • Allahın Hökuməti peyğəmbər üçün niyə önəmlidir?
    Gözətçi qülləsi 2014
  • Müqəddəs Yazılara aid suallara cavab
    Gözətçi qülləsi 2014
  • Allahın Padşahlığı
    Oyanın! 2013
  • İndidən Allahın Padşahlığının tərəfini tutun!
    Gözətçi qülləsi (kütləvi) 2020
Əlavə
Gözətçi qülləsi 2014
w14 1/10 s. 8—9
Müqəddəs Kitabı öyrənən ər-arvad Allahın Padşahlığı mövzusunu araşdırır

ÜZ QABIĞINDA | HƏYATINIZI DƏYIŞƏCƏK HÖKUMƏT

Əbədi gələcəyiniz üçün nə etməlisiniz?

Ötən məqalələrdən gördüyünüz kimi, Allahın Padşahlığı Yehovanın Şahidləri üçün böyük önəm kəsb edir. Ola bilsin, Allahın Padşahlığının gələcəkdə gətirəcəyi xeyir-dualardan hansılarsa sizə maraqlı gəldi. Eyni zamanda, sizə elə gələ bilər ki, bu vədlər sadəcə xülyadır.

Ehtiyat edib, hər eşitdiyinizə inanmamağınız ağıllı hərəkətdir (Süleymanın məsəlləri 14:15). Bir tərəfdən, siz ehtiyat etməklə qədim veriyalılara kimi davranırsınız. Onlar Allahın Padşahlığı haqda xoş xəbəri ilk dəfə eşidəndə ona iman gətirsələr də, bunu onun gerçək olmasını istədikləri üçün etmədilər. Əksinə, əvvəlcə onlar Allahın Kəlamını diqqətlə araşdırdılar ki, eşitdiklərinin doğru olub-olmadığına əmin olsunlar (Həvarilərin işləri 17:11). Bir sözlə, veriyalılar xoş xəbər haqda eşitdiklərini Müqəddəs Kitabda deyilənlərlə müqayisə etdilər. Bir müddətdən sonra onlar əmin oldular ki, xoş xəbər tamamilə Allahın Kəlamına əsaslanır.

Yehovanın Şahidləri ürəkdən sizi onlar kimi davranmağa səsləyirlər. Biz sizə pulsuz-təmənnasız Müqəddəs Kitabı araşdırmağı təklif edirik. İstəyirik ki, siz Yehovanın Şahidlərinin Allahın Padşahlığı ilə bağlı inanclarını Müqəddəs Kitabda deyilənlərlə özünüz tutuşdurasınız.

Müqəddəs Kitabdan Allahın Padşahlığı haqda öyrənməyinizlə yanaşı, həyati vacib suallara da cavab tapacaqsınız:

  • İnsan necə yaranıb?

  • Həyatın mənası nədədir?

  • Allah əzablara nə üçün yol verir?

  • İnsan öləndə nə baş verir?

  • Dünya dağılacaqmı?

  • Ailə xoşbəxtliyinin sirri nədədir?

Ən əsası, Müqəddəs Kitabı öyrənsəniz, Allaha daha yaxın olacaqsınız (Yaqub 4:8). Yaradana yaxınlaşdıqca Allahın Padşahlığının sizin həyatınızda təkcə indi yox, hətta gələcəkdə hansı rolu oynadığını daha yaxşı başa düşəcəksiniz. İsa peyğəmbər Allaha dua edəndə belə demişdi: «Əbədi həyata qovuşmaq üçün Sən — yeganə həqiqi Allah və Sənin göndərdiyin İsa Məsih haqqında daima öyrənmək lazımdır» (Yəhya 17:3).

Yehovanın Şahidləri bu vəsaitin köməyilə sizinlə də Müqəddəs Kitabı öyrənə bilərlər.

Müqəddəs Kitabı araşdırmaq üçün Yehovanın Şahidlərinə müraciət edin və ya www.jw.org/az-latn saytındakı formanı doldurun. (Ön səhifədəki MÜQƏDDƏS YAZILARI ÖYRƏNMƏK İSTƏYİRSİNİZ? bölməsinə daxil olun.)

a Veriya qədim Makedoniyada şəhər olub.

O, niyə Allahın Padşahlığını sevir?

Folake

Bu yaxınlarda 10 yaşlı Folake adlı qıza məktəbdə «Mən dünyada ən çox nəyi sevirəm?» mövzusunda inşa yazmaq tapşırılmışdı. Folake insanlara Allahın Padşahlığı haqda danışmağı nəyə görə sevdiyi barədə yazmaq qərarına gəldi.

Folake izah etdi: «Allahın Padşahlığı real hökumətdir. Amma o, gözəgörünməzdir, yəni eynək taxsanız belə, onu görə bilməzsiniz!»

Folake xüsusilə də özünün səbirsizliklə gözlədiyi xeyir-dualardan bəhs etdi. O, Padşahlığın həll edəcəyi bəzi problemləri sadaladıqdan sonra bunları yazdı: «Küçələrdə yaşayan evsiz insanları, dünyanın hər yerində uşaqların aclıqdan öldüyünü görəndə çox pis oluram». O, sözünə belə davam etdi: «Hər dəfə Yeşaya 65:21 ayəsini oxuyanda sevinirəm». Bu ayədə Allahın Padşahlığının rəhbərliyi altında yaşayacaq insanlar üçün belə bir vəd yazılıb: «Onlar evlər tikib orada məskunlaşacaq, meynəliklər əkəcək, bəhrələrindən yeyəcək».

Folake həmçinin gələcəkdə Allahın Öz Padşahlığı vasitəsilə bütün xəstəliklərə çarə qılacağı dövrü səbirsizliklə gözlədiyini dedi. O yazdığı inşada Vəhy 21:4 ayəsindən sitat gətirdi. Həmin ayədə deyilir: «Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq». Folake Yehova və Onun Padşahlığı haqda danışmağı dünyada hər şeydən çox sevdiyini təkrarlayaraq inşasına yekun vurdu. Gördüyümüz kimi, bu qızcığaz, həqiqətən də, Allahın Padşahlığını çox sevir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş