Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp16 №  3 s. 4
  • Yas saxlamaq qəbahətdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yas saxlamaq qəbahətdir?
  • Gözətçi qülləsi (kütləvi) 2016
  • Oxşar material
  • Bu cür hisslər keçirmək qəbahətdirmi?
    Sizə əziz adam öləndə...
  • Bu sayda: Kədərdən qurtulmağın yolları
    Oyanın! 2018
  • Bu dərdə necə dözmək olar?
    Sizə əziz adam öləndə...
  • Kədərdən necə qurtula bilərəm?
    Gənclərin sualları
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2016
wp16 №  3 s. 4

ÜZ QABIĞINDAKI MÖVZU | KAŞ ÖLÜM OLMAYAYDI...

Yas saxlamaq qəbahətdir?

Yəqin hamı kimi siz də nə vaxtsa yüngülvari xəstələnmisiniz. Xəstəlikdən tez sağaldığınız üçün o günlər heç yadınıza da düşmür. «İtkinin isə vurduğu yaradan “sağalmaq” qeyri-mümkündür, — deyə doktor Alan Volfilt öz kitabında yazır. — Amma vaxt keçdikcə və başqalarının köməyi sayəsində dərdiniz azalar» («Healing a Spouse’s Grieving Heart»).

Gəlin görək İbrahim peyğəmbər xanımı Sara ölərkən hansı hissləri keçirmişdi. Allahın Kəlamında deyilir ki, «İbrahim Saraya yas tutub ağladı». Ayədəki «yas tutmaq» ifadəsi göstərir ki, İbrahim peyğəmbərə itki ilə barışmaq üçün vaxt lazım idia. Yaqub peyğəmbər də itkinin nə olduğunu bilirdi. Ona yalandan demişdilər ki, oğlu Yusifi vəhşi heyvan parçalayıb. O, «günlərlə oğlunu ağladı», ailə üzvləri ona təsəlli verməyə çalışsa da, sakitləşmək bilmirdi. Hətta illər sonra oğlu Yusifin ölümü onun ürəyini dağlayırdı (Yaradılış 23:2; 37:34, 35; 42:36; 45:28).

İbrahim peyğəmbər Saranın cəsədi yanında oturub hönkür-hönkür ağlayır

İbrahim peyğəmbər xanımı Saranın ölümünə görə yas saxlayırdı

İndiki dövrdə də əzizini itirmiş insanlar bu cür hisslər yaşayır. Gəlin iki nəfərin hadisəsinə nəzər salaq.

  • «Ərim Robert 2008-ci il iyulun 9-u vəfat etdi. Faciənin baş verdiyi gün adi günlərdən biri idi. Həmişəki kimi, səhər yeməyindən sonra yoldaşımı işə yola salarkən öpüşüb qucaqlaşdıq və bir-birimizi sevdiyimizi söylədik. Ərimin ölümündən altı il keçsə də, hələ də ürəyim qan ağlayır. İnanmıram ki, bu yara nə vaxtsa sağalsın» (60 yaşlı Qeyl).

  • «Arvadımın ölümündən 18 il keçməsinə baxmayaraq, mən hələ də onun üçün darıxıram və onu itirdiyim üçün çox üzülürəm. Təbiətdə gözəl bir şey görəndə yadıma dərhal o düşür. Düşünürəm ki, bunu o da görsəydi, çox sevinərdi» (84 yaşlı Etyen).

Aydındır ki, uzun müddət davam edən bu cür ağrılı hisslər keçirmək təbiidir. Kədər hissi hərədə bir cür özünü büruzə verir, buna görə də insanın faciəyə münasibətini mühakimə etmək düzgün olmazdı. Həmçinin əgər özümüz də itkiyə görə həddən artıq kədərə qərq oluruqsa, özümüzü qınamamalıyıq. Bəs kədər hissindən necə azad ola bilərik?

a İbrahim peyğəmbərin oğlu İshaq da uzun illər yas saxlamışdı. Bu jurnalın «İman örnəkləri» adlı rubrikasında da deyildiyi kimi, anası Saranın ölümündən üç il keçsə də, İshaq hələ də özünə gəlməmişdi (Yaradılış 24:67).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş