E’lanlar
◼ İyun ayında paylanacaq ədəbiyyat: “Bilik” kitabı və ya “Allah tələb edir” broşürası. Ev sahibində bu nəşrlər varsa, yığıncaqda olan başqa müvafiq broşüraları təklif edin. İyul və Avqust: Sadalanan 32 səhifəlik broşüralardan hər hansını: “Allah həqiqətən də bizim qeydimizə qalırmı?”, “Yer üzündəki həyata əbədiyyən sevin!”, “Cənnət gətirən bir hökumət”, “İnsan öləndə nə baş verir?”, “Sizə əziz olan adam öləndə”, “Həyatın mə’nası nədədir? Onu necə tapmaq olar?” və “Hamı üçün olan kitab”. Sentyabr: “Ailə xoşbəxtliyinin sirri”.
◼ Əgər xidməti komitə köməkçi pioner xidməti üçün verilən ərizəni təqdir edibsə, amma sonradan ərizəni verən kəs saat normasını yerinə yetirə bilməyibsə, yenə də o şəxsi həmin ay köməkçi pioner hesab etmək və yığıncağın təbliğ xidməti barədəki hesabatında bunu nəzərə almaq lazımdır.
◼ Xidməti Təkmilləşdirmə Məktəbinin 17-ci sinfinin buraxılışı 2003-cü il martın 16-da keçirilmişdir. Biz bu sinfin mə’zunlarına Yehovaya xidmətlərində çoxlu xeyir-dualar arzulayırıq.
Xahiş olunur, nəzərə alın ki, “Allaha izzət verin” adlı vilayət konqresinin proqramı cümə günü saat 9:30-da, beynəlxalq konqreslərin proqramı isə cümə axşamı saat 13:20-də başlanacaq.