E’lanlar
◼ Yanvar ayında paylanacaq ədəbiyyat: «Cənnət gətirən bir hökumət», «Allaha həqiqətən itaət etməyin vaxtı» broşüralarını, «Cənnətə gedən yolu necə tapmaq olar?» traktatını təklif edin. Fevral: «Sən, Allahın dostu ola bilərsən!» broşürasını və ya «Yehovanın Şahidləri» traktatını, həmçinin yığıncaqda olan başqa nəşrləri təklif etmək olar. Mart: «Müqəddəs Kitab öyrədir» kitabını, həmçinin «Müqəddəs Kitab haqqında daha çox bilmək istəyərdinizmi?» traktatını təklif et və öyrənmə başlamağa çalış. Aprel: «Gözətçi Qülləsi» jurnalı. Təkrar baş çəkərkən, maraqlanan insanlara, o cümlədən Xatirə Gecəsinə və ya məsihçi görüşlərinə gələnlərə, lakin yığıncaqla hələ bağlı olmayanlara «Müqəddəs Kitab öyrədir» kitabını verməyə çalışın. Hər bir imkandan istifadə edərək Müqəddəs Kitab öyrənməsinə başlayın.
◼ Fevral ayından başlayaraq, martın 4-dən gec olmamaq şərtilə, rayon nəzarətçiləri «Allahın və’d etdiyi yeni dünyada kimlər yaşayacaq?» adlı yeni mə’ruzə ilə çıxış edəcəklər.
◼ Çin dilində nəşrlərimiz iki əlifba ilə çap edilir. Honkonq və tayvanlılar ən’ənəvi əlifbaya üstünlük verirlər. Bu əlifba nəşrlərimizdə «Çin dili» (CH) kimi göstərilir. Çin dilində danışanların əksər hissəsi isə sadələşdirilmiş çin əlifbasında oxuyurlar. Bu əlifba nəşrlərimizdə «sadələşdirilmiş çin dili» (CHS) kimi göstərilir. Çin dilinin kanton, mandarin və başqa ləhcələrində danışanlardan da hansı əlifbaya üstünlük verdiklərini soruşmaq lazımdır. «Bütün xalqlardan olan insanlar üçün xoş xəbər» broşürasının 19 və 20-ci səhifələrindəki mə’lumatı bir-biri ilə müqayisə etmək olar. Bununla, siz maraqlanan adama lazımi əlifbada ədəbiyyat gətirə biləcəksiniz.
◼ Yığıncaqlar bu il aprelin 12-də, çərşənbə günü, günəşin batmasından sonra qeyd olunacaq Xatirə Gecəsi ilə əlaqədar lazımi hazırlıq görməlidirlər. Mə’ruzə günəş batmazdan qabaq başlansa da, simvolları günəş batmazdan qabaq vermək olmaz. Yerli mənbələrdən sizin ərazidə günəşin nə vaxt batacağını öyrənin. Həmin gün təbliğ görüşündən başqa heç bir görüş keçirilməli deyil. Buna görə «Gözətçi Qülləsi»nin öyrənilməsini başqa vaxta keçirmək lazımdır. Rayon nəzarətçiləri yerli şəraitə müvafiq olaraq həmin həftə üçün yığıncaqlarla görüş qrafikini də dəyişməlidirlər. Xatirə Gecəsini hər yığıncağın ayrı qeyd etməsi daha yaxşı olsa da, bu, həmişə mümkün olmur. Əgər Padşahlıq Zalından bir neçə yığıncaq istifadə edirsə, yəqin ki, həmin gecə üçün yığıncaqlardan biri və ya bir neçəsi başqa yer tapa bilər. Qonaqları salamlamaq, təzə maraqlananları ruhlandırmaq və bu mərasimdən tam fayda əldə etmək üçün məsləhət bilərdik ki, imkan olan yerlərdə proqramlar arasında ən azı 40 dəqiqə fasilə edilsin. Həmçinin diqqət yetirmək lazımdır ki, nəqliyyatın hərəkətinə maneçilik törədilməsin və avtomobil dayanacağında, xüsusən də Xatirə Gecəsinə gələnləri düşürüb mindirdiyimiz zaman, problem yaranmasın. Yerli şəraiti nəzərə alaraq, ağsaqqallar şurası lazımi tədbir görəcəkdir.
◼ Yığıncaq katibləri və uzaq ərazidə yerləşən qruplara cavabdeh qardaşlar qayğı göstərməlidirlər ki, yığıncaqda və qrupda hər bir daimi pionerin adına «Daimi pionerliyə tə’yinat məktubu» (S-202) olsun. Əgər onlarda belə məktub yoxdursa, onda filiala yazılı surətdə mə’lumat verilməlidir.