Elanlar
◼ Fevral ayında paylanacaq ədəbiyyat: təbliğçilər «Ailə xoşbəxtliyinin sirri» kitabını və ya yığıncaqda olan istənilən 192 səhifəli kitabı təklif edə bilərlər. Mart: təbliğçilər öyrənmə başlamaq üçün nəzərdə tutulan vəsaitdən istifadə edərək Müqəddəs Kitab öyrənməsi başlamağa çalışmalıdırlar. Aprel və may: «Gözətçi Qülləsi» jurnalı. Xatirə Gecəsinə və digər teokratik mərasimlərə gələn, ancaq yığıncaqla fəal surətdə ünsiyyətdə olmayan maraqlananlara təkrar baş çəkən zaman Müqəddəs Kitab öyrənməsi başlamağa çalış.
◼ 2011-ci il Xatirə Gecəsi ilə əlaqədar söyləniləcək xüsusi məruzə «Müqəddəs Kitab prinsipləri — problemlərin öhdəsindən gəlməkdə onların köməyi» adlanır.
◼ 17 aprel bazar günü Xatirə Gecəsi qeyd olunan gün təbliğ görüşündən başqa heç bir görüş keçirilməməlidir. Həmin günü yığıncaq görüşü olan yığıncaqlar görüşün vaxtını həftənin başqa gününə keçirməlidirlər. Əgər Padşahlıq Zalından bir neçə yığıncaq istifadə edirsə və onun vaxtını başqa vaxta keçirmək mümkün deyilsə, təxirə salmaq olar. Belə olan halda məsləhət görülür ki, ailələr «Gözətçi Qülləsi»ni ailəvi ibadət axşamında öyrənsinlər.