Təbliğ xidmətində əldə olunan nailiyyətlər
Gürcüstanın təyin olunmamış ərazilərində xidmət edən bacı-qardaşlardan aldığımız hesabatlar göstərir ki, hələ də həqiqəti öyrənmək üçün köməyə ehtiyacı olan səmimi insanlar çoxdur. Son bir il yarım ərzində 1000-dən çox öyrənmə başlanmış, 15 000-dən çox təkrar başçəkmə edilmişdir. Bu ərazilərdə artıq yeni təbliğçilər var. Biz biçinin Sahibinə yalvarırıq ki, bu cür ərazilərə məhsulu yığmaq üçün biçinçi göndərsin (Mat. 9:37, 38).