Elanlar
◼ Aprel və may aylarında paylanacaq ədəbiyyat: «Gözətçi qülləsi» jurnalı. Maraq göstərənlərə «Həqiqəti öyrənmək istəyirsinizmi?» traktatını təklif et və Müqəddəs Kitab öyrənməsi başlamağa çalış. Xatirə gecəsinə gələn və ya başqa teokratik mərasimlərdə iştirak edən, ancaq yığıncaqla sıx ünsiyyətdə olmayan insanlara təkrar baş çəkən zaman diqqətini öyrənmə başlamağa cəmlə. İyun: təbliğçilər ilk başçəkmədə dərs vəsaitindən istifadə edərək Müqəddəs Kitab öyrənməsi başlamağa çalışmalıdırlar. Əgər ev sahibi Müqəddəs Kitabı öyrənmək istəmirsə, təbliğçi insanda maraq oyadacaq jurnalların köhnə saylarından və ya istənilən broşüranı təklif edə bilər. İyul: növbəti 32 səhifəlik broşüralardan istifadə et: «Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?», «Həyat necə yaranıb?», «Allah həqiqətən də bizim qeydimizə qalırmı?», «Həyatın mənası nədədir? Onu necə tapmaq olar?», «Sizə əziz adam öləndə», «Xoşbəxtlik gətirən həqiqi iman». İnsanlara təkrarən baş çəkərkən Müqəddəs Kitabı öyrənmək üçün nəzərdə tutulan vəsaiti təqdim et, yaxud da, əgər onun tələbatlarına uyğundursa, «Allahın sözünə qulaq as» və ya «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşüralarını təklif etmək olar və Müqəddəs Kitab öyrənməsi başlamağa çalış.
◼ Vilayət konqresindən bir həftə əvvəl konqresdə iştirak etməklə bağlı məsləhətləri və xatırlatmaları təkrar etmək üçün yığıncağın cədvəlində dəyişiklik edilə bilər. Konqresdən bir və ya iki ay sonra yerli tələbatlarda konqresdə səslənən, təbliğçilərə xidmətdə kömək edəcək fikirlər nəzərdən keçirilə bilər.
◼ Əgər siz başqa ölkədə keçiriləcək vilayət konqresində iştirak etməyi planlaşdırırsınızsa, bununla əlaqədar www.pr2711.com saytında məlumat tapa bilərsiniz. Sayta daxil olduqdan sonra əvvəlcə «Axtarış» («Поиск»), sonra isə «Konqreslər» («Конгрессы») düyməsinə basın.