Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
Növbəti suallar 2012-ci il iyunun 25-dən başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək. Mötərizədə sualın müzakirə edildiyi tarix göstərilir ki, bu bəndə hazırlaşarkən axtarışlar etmək asan olsun.
1. Yerusəlimin mühasirədə olduğu vaxt ərzində Yehova Yeremyanı sevdiyini necə sübut etdi? (Yer. 37:21) (7 may, w08 15.10. s. 11, abz. 18, 19).
2. Əzab-əziyyətlərin Yeremyanın ürəyini daşa döndərmədiyini nə göstərir? (Yer. 38:4, 5, 19, 20) (7 may, w11 15.3. s. 29, abz. 8).
3. Yehova Eved-Melekin hərəkətini nə üçün qiymətləndirdi və O, bunu necə etdi? (Yer. 39:16—18) (14 may, w07 1.2. s. 19, abz. 7).
4. Barukun istədiyi «çox şey» nə idi və bu nümunədən nə öyrənirik? (Yer. 45:5) (21 may, w11 15.6. s. 30, abz. 2, 3).
5. Misirin səsi nə üçün ilanın fışıltısına bənzədilir? (Yer. 46:22) (21 may, w07 1.4. s. 11, abz. 5 [w07-U 15.3. s. 11, abz. 5]).
6. Özünə güvənmək nədir və bu xüsusiyyət fəlakətli nəticələrə necə səbəb olur? (Yer. 50:31, 32) (28 may, w00 1.10. s. 19, 23, abz. 2, 18 [w00-U 1.8. s. 9, 13, abz. 2, 18]).
7. Yehovanın kətili və çardağı nədir? (Mərs. 2:1, 6) (11 iyun, w07 1.6. s. 9, abz. 2 [w07-U 1.6. s. 9, abz. 1]).
8. Nəyə görə insan üçün əzab-əziyyət «boyunduruğunu gənc yaşından» daşımaq yaxşıdır? (Mərs. 3:27) (18 iyun, w07 1.6. s. 11, abz. 3 [w07-U 1.6. s. 11, abz. 4]).
9. İnsanlar ata-babalarının günahına görə Yehovanın qarşısında cavabdehdirlərmi? (Mərs. 5:7) (18 iyun, w07 1.6. s. 10, abz. 5)
10. Başqalarının laqeydliyi ilə qarşılaşanda Yezekelin nümunəsi bizə cəsarətlə danışmağa necə kömək edəcək? (Yez. 3:8, 9) (25 iyun, w08 15.7. s. 8, abz. 6, 7).