Saytımızla bağlı yeni bukleti istifadə et
«Həyati vacib suallara kim cavab verə bilər?» adlı yeni bukletin arxa səhifəsində üç sual qaldırılır. Şərait yol verirsə, həmsöhbətindən bu üç sualdan hansının onun üçün daha maraqlı olduğunu soruş və cavabı tapmaq üçün onu veb-saytımızdakı MÜQƏDDƏS YAZILARIN TƏLİMLƏRİ > MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB bölməsinə yönəlt. Burada o həmçinin «Allahın Padşahlığı nədir?» və «Allahın Padşahlığı nələri həyata keçirəcək?» suallarına da cavab tapa bilər.
Bu bukletin bir nüsxəsini əlində saxla və Allahın Padşahlığı altında bizi gözləyən gözəl gələcək barədə Müqəddəs Kitabdan məlumat ver.