Elanlar
◼ Sentyabr və oktyabr aylarında paylanacaq ədəbiyyat: «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları. Noyabr və dekabr: Müqəddəs Kitab öyrənməsi üçün vəsait və ya «Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?», «Gələcək barədə nə fikirləşirsiniz?», «Ailənin xoşbəxtliyi nədən asılıdır?», «Dünya kimin əlindədir?», «Dərd-sər nə vaxtsa bitəcək?» və ya «Ölülərin dirilməsi mümkündürmü?» bukleti.
◼ 2015-cü il aprelin 6-dan başlanan həftədə Xatirə gecəsi ilə əlaqədar xüsusi məruzə söyləniləcək. Məruzənin adı sonra elan olunacaq. Həmin həftə rayon nəzarətçisinin baş çəkdiyi, yaxud rayon və ya xüsusi birgünlük konqres keçirilən yığıncaqlarda məruzə növbəti həftə söylənilməlidir. Bu məruzə aprelin 6-sına qədər heç bir yığıncaqda söylənilməməlidir.
◼ «Ailə xoşbəxtliyinin sirri» kitabından sonra Yığıncağın Müqəddəs Kitab öyrənməsində 2014-cü il dekabrın 29-dan başlanan həftədən «Müqəddəs Kitab hekayələri» kitabı araşdırılacaq. Ehtiyac varsa, yığıncaqlar bu nəşri əvvəlcədən sifariş verməlidirlər.
◼ Sentyabr ayından etibarən, rayon nəzarətçiləri «İlahi hikmətin bizə faydası» adlı məruzə ilə çıxış edəcəklər.