Teokratik Xidmət Məktəbində keçilənlərin təkrarı
Növbəti suallar 2014-cü il oktyabrın 27-dən başlanan həftədə Teokratik Xidmət Məktəbində nəzərdən keçiriləcək.
Saylar 21:5 ayəsinə əsasən israillilər Allaha və Musaya qarşı nəyə görə deyinmişdilər və bu hadisədən biz özümüzə hansı ibrət dərsini götürürük? (1 sent., w11 15/2 s. 18, 19).
Yehovanın qəzəbi Bilama qarşı nə üçün alovlanır? (Say. 22:20—22) (8 sent., w04 1/10 s. 32, abz. 1 [w04-U 1/8 s. 27, abz. 2]).
Saylar 25:11 ayəsində Pinxas barəsində nə deyilir və biz onu necə təqlid edə bilərik? (8 sent., w04 1/10 s. 32, abz. 3 [w04-U 1/8 s. 27, abz. 4]).
Musa təvazökar olmaqda bizə necə nümunə qoyub? (Say. 27:5, 15—18) (15 sent., w13 1/4 s. 5 [w13-U 1/2 s. 5]).
Saylar 30:6—8 ayələrinə əsasən məsihçi ər öz arvadının əhdlərini ləğv edə bilərmi? (22 sent., w04 1/10 s. 32, abz. 2 [w04-U 1/8 s. 27, abz. 3]).
Selofxadın qızlarının itaətkarlığı subay məsihçilərin nikaha dair baxışına necə təsir edə bilər? (Say. 36:10—12) (29 sent., w08 15/2 s. 4, abz. 10).
İsraillilərin deyingənliyi və mənfi danışığı nəyə gətirib çıxardı və bu hadisədən biz özümüzə hansı ibrət dərsi götürürük? (Qanun. t. 1:26—28, 34, 35) (6 okt., w13 15/8 s. 11, abz. 7).
Yehovanın xeyir-dualarını əldə etmək və miras alacaqları diyarda xoşbəxt yaşamaq üçün İsrail xalqı hansı iki tələbi yerinə yetirməli idi? (Qanun. t. 4:9) (13 okt., w06 1/6 s. 28, abz. 15 [w06-U 1/6 s. 29, abz. 15]).
İsraillilər səhrada dolaşdıqları zaman hansı mənada onların paltarları yırtılıb dağılmadı, ayaqları isə şişmədi? (Qanun. t. 8:3, 4) (20 okt., w04 1/12 s. 31, abz. 2 [w04-U 15/9 s. 26, abz. 1]).
İsraillilərə verilən Yehovaya «bağlı qalın» çağırışına biz necə hay verə bilərik? (Qanun. t. 13:4, 6—9) (27 okt., w03 1/2 s. 17, abz. 14 [w02-U 15/10 s. 16, abz. 14]).