Elanlar
◼ Mart və aprel ayında paylanacaq ədəbiyyat: «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları. May, iyun: Müqəddəs Kitabı öyrənmək üçün vəsait və ya növbəti bukletlərdən biri: «Müqəddəs Kitab haqda nə fikirləşirsiniz?», «Gələcək barədə nə fikirləşirsiniz?», «Ailənin xoşbəxtliyi nədən asılıdır?», «Dünya kimin əlindədir?», «Dərd-sər nə vaxtsa bitəcək?», «Ölülərin dirilməsi mümkündürmü?»
◼ Bu il Xatirə gecəsi aprelin 3-ü cümə günü keçiriləcək. Əgər yığıncağınız həftənin cümə günü keçirilirsə, onda görüşü həftənin başqa gününə, Padşahlıq zalında yığıncaq olmayan günə keçirin. Əgər bunu etmək mümkün deyilsə, yığıncağın ağsaqqallar şurasının koordinatoru yığıncaq üçün xüsusilə vacib olan bəndlərin həmin ay keçirilən başqa Xidməti görüşdə müzakirə edilməsi üçün tədbir görə bilər.