ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 52—59
«Qayğı yükünü Yehovaya ver»
Davud həyatı boyu çətin sınaqlarla üzləşmişdi. 55-ci məzmuru yazanda o, artıq növbəti çətinlikləri və ağrı-acını yaşamışdı:
- Təhqir 
- Təqib 
- Ciddi günah 
- Övlad itkisi 
- Xəstəlik 
- Xəyanət 
Hərdən problemlər həddən artıq ağır görünürdü, amma Davud onların öhdəsindən gəlirdi. O, eyni hissləri keçirən insanlara Allahdan ilham alaraq belə məsləhət vermişdi: «Qayğı yükünü Yehovaya ver».
Bu ayəni necə tətbiq edə bilərik?
- Çətinliklə üzləşəndə, qayğı çəkəndə və ya narahat olanda Yehovaya səmimi-qəlbdən dua edin 
- Allahın Kəlamından və Onun təşkilatından rəhbərlik və kömək axtarın 
- Probleminizi Müqəddəs Kitab prinsipləri çərçivəsində həll etməyə çalışın