Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb24 yanvar s. 14—15
  • 26 fevral — 3 mart

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 26 fevral — 3 mart
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
mwb24 yanvar s. 14—15

26 FEVRAL — 3 MART

ZƏBUR 11—15

Nəğmə 139 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Özünüzü sülh içində olan yeni dünyada təsəvvür edin

(10 dəq.)

İctimai nizamsızlıq bu gün şahidi olduğumuz zorakılıqlara səbəb olur (Zb 11:2, 3; w06 1/6 s. 8, abz. 4)

Əmin ola bilərik ki, Yehova tezliklə zorakılığa son qoyacaq (Zb 11:5; wp16.4 s. 11)

Yehovanın qurtuluş vədi üzərində düşünmək bizə yeni dünyanı səbirlə gözləməyə kömək edir (Zb 13:5, 6; w17.08 s. 6, abz. 15)

Qız gecəyarısı meşədə ağacın altında mışıl-mışıl yatır. Qızın yuxarısındakı budaqda bəbir yatır.

TƏTBİQ EDİN: Hizqiyal 34:25 ayəsini oxuyun və vaxt ayırıb özünüzü orada təsvir olunan dinc şəraitdə təsəvvür edin (kr s. 236, abz. 16).

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 14:1. Necə ola bilər ki, hətta məsihilər belə bu ayədə təsvir olunan əhval-ruhiyyənin təsiri altına düşsünlər? (w13 15/9 s. 19—20, abz. 12)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 13:1—14:7 (th dərs 2)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(2 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Həmsöhbətini anma mərasiminə dəvət et (lmd dərs 5, bənd 3).

5. Söhbətə başlamaq

(1 dəq.) EV-EV TƏBLİĞ. Həmsöhbətini anma mərasiminə dəvət et (lmd dərs 3, bənd 4).

6. Söhbətə başlamaq

(3 dəq.) EV-EV TƏBLİĞ. Həmsöhbətin anma mərasiminə dəvətini qəbul edir (lmd dərs 7, bənd 4).

7. Şagird hazırlamaq

(5 dəq.) lff dərs 13, icmal, təkrar və məqsəd. «Əlavə məlumat» hissəsindəki bir məqalədən istifadə edərək şagirdə Allahın yalan dinə olan münasibətini başa düşməyə kömək et (th dərs 12).

MƏSİHİ HƏYATI

Nəğmə 8

8. «Hikmət hərb silahından üstündür»

(10 dəq.). Müzakirə.

«İmansız insanlardan yox, imanlılardan nümunə götürün. Ləmekdən yox, Hənuqdan» videosundakı ata Müqəddəs Kitabı mütaliə edir. O, Hənuqun mağarada gizləndiyini və silahlı insanların onu axtardığını təsəvvüründə canlandırır.

Zorakılıq bütün dünyanı bürüyüb. Şahidi olduğumuz və üzləşdiyimiz zorakılıq bizi yaman narahat edir və Yehova bundan halidir. Həmçinin O, müdafiəyə ehtiyac duyduğumuzu bilir. Onun bizi müxtəlif üsullarla qoruyur. Üsullardan biri Kəlamı olan Müqəddəs Kitabdır (Zb 12:5—7).

Müqəddəs Kitabdakı hikmət «hərb silahından üstündür» (Vz 9:18). Görün aşağıdakı prinsiplər bizi zorakılığın qurbanı olmaqdan necə qoruyur.

  • Vz 4:9, 10. Təhlükəli ərazilərdə və vəziyyətlərdə tək olmayın

  • Ms 22:3. İctimai yerlərdə ayıq-sayıq olun

  • Ms 26:17. Sizə aidiyyəti olmayan mübahisələrə qarışmayın

  • Ms 17:14. Dava başlayacağını hiss etdiyiniz yerdən uzaqlaşın. Etiraz aksiyaları keçirən izdihama yaxınlaşmayın

  • Lk 12:15. Əşyalarınızdan ötrü heç vaxt həyatınızı riskə atmayın

«İmansız insanlardan yox, imanlılardan nümunə götürün. Ləmekdən yox, Hənuqdan» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

Hənuqun nümunəsi zorakılıqla üzləşən atanın qərarına və davranışına necə təsir etdi? (İb 11:5)

Bəzi hallarda məsihi düşünə bilər ki, özünü və ya əmlakını qorumaq üçün götür-qoy edib addımlar atmalıdır. Bu zaman o, kiminsə həyatını riskə atmamaq və qan tökməmək üçün əlindən gələni etməlidir (Zb 51:14; «Gözətçi qülləsi» jurnalının 2017-ci il iyul sayının «Oxucuların sualları» rubrikasına baxın).

9. Anma mərasimi ilə bağlı şənbə günü, 2 mart tarixindən başlayacaq kampaniya

(5 dəq.) Nitqi ağsaqqal təqdim edir. Kampaniya, xüsusi nitq və anma mərasimi ilə bağlı görülən tədbirləri vurğula. Təbliğçilərə xatırlat ki, mart və aprel ayları ərzində 15 saatlıq norma ilə köməkçi öncül kimi xidmət edə bilərlər.

10. Müqəddəs Kitab dərsi

(30 dəq.) bt fəs. 6, abz. 9—17

Yekun sözlər (3 dəq.) | Nəğmə 40 və dua

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş