Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb24 noyabr s. 4—5
  • 18—24 noyabr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 18—24 noyabr
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
Məsihi həyatı və ibadəti. İş dəftəri 2024
mwb24 noyabr s. 4—5

18—24 NOYABR

ZƏBUR 107, 108

Nəğmə 7 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. «Yehovaya şükür edin, çünki kəramətlidir»

(10 dəq.)

Yehova israilliləri Babil əsarətindən xilas etdiyi kimi bizi də Şeytan dünyasının əsarətindən qurtarıb (Zb 107:1, 2; Kl 1:13, 14)

Yehovaya duyduğumuz minnətdarlıq hissi bizi yığıncaq görüşlərində Onu ucaltmağa təşviq edir (Zb 107:31, 32; w07 1/5 s. 8, abz. 2)

Yehovaya minnətdarlığımızı Onun xeyirxah əməllərinə yaxşı-yaxşı diqqət yetirməklə artıra bilərik (Zb 107:43; w15 15/1 s. 9, abz. 4)

Şəkillər: Yehovanı ucaltmağın yolları. 1) Bacı-qardaşlar yığıncaqda həmd nəğməsi oxuyurlar. 2) Qardaş yığıncaqda şərh verir. 3) İki bacı ev-ev təbliğdə iştirak edir.

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 108:13. Hansı mənada özümüzü zəif hiss etsək belə, güclü ola bilərik? (w23.10 s. 17, abz. 20)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

(4 dəq.) Zb 107:1—28 (th dərs 5)

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. (lmd dərs 1, bənd 4)

5. Təkrar söhbət

(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. İnsana Müqəddəs Kitab dərsləri barədə məlumat ver və Müqəddəs Kitab dərsi üçün olan vizit kartı təqdim et (lmd dərs 9, bənd 3).

6. Nitq

(5 dəq.) ijwyp məqalə 90. Mövzu: Mənfi düşüncələrdən necə qurtula bilərəm? (th dərs 14)

MƏSİHİ HƏYATI

Nəğmə 46

7. Nəğmələr — Yehovaya minnətdarlığımızın ifadəsi

(15 dəq.). Müzakirə.

Yehova Qırmızı dənizdə qorxudan tir-tir əsən israilliləri qüdrətli Misir ordusunun əlindən xilas edəndə xalq şükranla dolub Yehovanın şəninə nəğmə oxudu (Çx 15:1—19). Bu yeni nəğməni ilk olaraq kişilər ifa etməyə başladı (Çx 15:21). İsa Məsih və ilk məsihilər də Yehovanı nəğmələrdə tərənnüm edirdilər (Mt 26:30; Kl 3:16). Biz də Yehovaya olan minnətdarlığımızı yığıncaqlarda və toplantılarda nəğmə ifa etməklə göstəririk. Məsələn, elə indicə oxuduğumuz «Yehova, Sənə şükr olsun» adlı nəğməni ibadət görüşlərimizdə düz 1966-cı ildən bəri ifa edirik.

Ola bilsin, bəzi mədəniyyətlərdə kişilər camaat içində nəğmə ifa etməyi ayıb bilir. Başqaları isə səslərinin gözəl olmadığını düşündükləri üçün ifa etmək istəmir. Bununla belə, biz yadda saxlamalıyıq ki, yığıncaqlarımızda nəğmə ifa etmək ibadətimizin bir hissəsidir. Yehovanın təşkilatı bu nəğmələrin gözəl şəkildə bəstələnib ərsəyə gəlməsi və hər ibadət görüşünə müvafiq nəğmələrin seçilməsi üçün zəhmət çəkir. Bizim öhdəmizə düşən isə sadəcə səs-səsə verib həmin nəğmələri ifa etmək və beləcə, səmavi Atamıza olan dərin məhəbbətimizi və minnətdarlığımızı göstərməkdir.

«Şanlı inkişaf yolumuz. Həmd nəğmələrimiz (II hissə)» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

    «Şanlı inkişaf yolumuz. Həmd nəğmələrimiz (II hissə)» adlı videodan səhnə. Frederik Frans qardaş «Padşahlıq xidməti nəğmə kitabı»nın işıq üzü gördüyünü elan edir.
  • 1944-cü ildə hansı əlamətdar hadisə baş verdi?

  • «Şanlı inkişaf yolumuz. Həmd nəğmələrimiz (II hissə)» adlı videodan səhnə. Sibirdə bir qardaş gecə vaxtı bacı-qardaşların ifa etdiyi nəğmənin yazısını gödəkçəsinin astarının içərisində gizlədir.
  • Sibirdə olan bacı-qardaşlar Padşahlıq nəğmələrini oxumağı sevdiklərini necə göstərdilər?

  • «Şanlı inkişaf yolumuz. Həmd nəğmələrimiz (II hissə)» adlı videodan səhnə. Bacı-qardaşlar toplantıda canlı orkestrin müşayiəti ilə nəğmə ifa edir.
  • Nəyə görə nəğmə oxumaq Yehovanın Şahidləri üçün önəmlidir?

8. Müqəddəs Kitab dərsi

(30 dəq.) bt fəs. 18, abz. 6—15

Yekun sözlər (3 dəq.) | Nəğmə 73 və dua

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş