MÜTALİƏ ÜÇÜN TÖVSİYƏ
Ürəyinizi mütaliəyə hazırlayın
Müqəddəs Kitabı mütaliə edəndə istəyirik ki, Yehova haqda öyrəndiklərimiz ürəyimizə hopsun, başqa sözlə, düşüncələrimizə, hisslərimizə, arzularımıza təsir etsin. Üzeyir bu sahədə bizim üçün gözəl örnəkdir. O, «Yehovanın Qanununu tədqiq» etməyə ürəyini hazırlamışdı (Üzr. 7:10). Bəs biz ürəyimizi mütaliə etməyə necə hazırlaya bilərik?
Dua edin. Hər dəfə mütaliədən qabaq dua edin. Öyrəndiklərinizi qavramaq və həyatınızda tətbiq etmək üçün Yehovadan kömək istəyin (Zəb. 119:18, 34).
Təvazökar olun. Allah həqiqəti öz ağlına güvənən təkəbbürlü insanlardan gizlədir (Luka 10:21). Araşdırmanı biliyinizi başqalarına nümayiş etdirmək məqsədi ilə aparmayın. Düşüncənizin Yehovaya məqbul olmadığını aşkar edəndə təvazökarlıq göstərib lazımi dəyişikliklər edin.
Həmd nəğməsinə qulaq asın. Musiqi ürəyin incə tellərinə toxunur. Odur ki, mütaliə etməzdən qabaq nəğmə dinləmək ürəyinizi oxuduqlarınıza hazırlayacaq.