Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwex məqalə 30
  • Bəhrə gətirən məktublar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bəhrə gətirən məktublar
  • Yehovanın Şahidlərinin sərgüzəştləri
  • Oxşar material
  • Məktəbdən zəhləm gedirsə, nə edim?
    Gənclərin sualları
  • Mesajların gətirdiyi bəhrə onu heyran qoydu
    Yehovanın Şahidlərinin sərgüzəştləri
  • Pandemiya zamanı təbliğdən qalmadılar
    Yehovanın Şahidlərinin sərgüzəştləri
  • Xəstə qohumunuza baxarkən ruhən möhkəm qalın
    Gözətçi qülləsi 2010
Əlavə
Yehovanın Şahidlərinin sərgüzəştləri
ijwex məqalə 30
Poçt qutusunun qarşısında duran kişinin əlində əl ilə yazılmış məktub var

Bəhrə gətirən məktublar

Bruk Birləşmiş Ştatlarda yaşayır. O, Yehovanın Şahididir. COVID-19 pandemiyası zamanı o, məktubla təbliğ edirdi. Hər həftə çoxlu məktublar yazırdı. Amma il yarım sonra məktub yazmaqdan əli soyudu. Çünki bir belə vaxtda cəmi bir nəfər ona cavab yazmışdı. O da demişdi ki, bir də onu narahat eləməsin. Bruk düşünürdü ki, çəkdiyi zəhmət boşdur.

Bir müddət keçdi. Bankda işləyən Kim adlı başqa bir Yehovanın Şahidi Bruka müştərilərindən biri ilə söhbətini danışdı. Müştəri ona demişdi ki, Yehovanın Şahidindən əl ilə yazılmış bir məktub alıb. Sən demə, o məktub Brukun yazdığı məktub imiş! Növbəti həftə müştəri yenidən banka gəlmişdi. O, Kimlə söhbət edəndə ondan soruşmuşdu ki, video-konfrans əlaqə vasitəsilə keçirilən görüşlərdə iştirak edə bilər, ya yox.

Bu hadisədən qısa müddət sonra Deyvid adlı başqa Yehovanın Şahidi Bruka deyir ki, iş yoldaşı onun yazdığı məktublardan birini alıb. İş yoldaşına ən çox təsir edən məktubun əl ilə yazılması olmuşdu. O demişdi: «İstərdim belə xoş münasibəti daha çox insan görsün». Deyvid təbliğ etmək imkanından istifadə edib, iş yoldaşına ədəbiyyat gətirəcəyini dedi. O da məmnuniyyətlə razılaşdı.

Yehovanın Şahidləri başa düşürlər ki, xidmətdə səpdikləri toxumun nə vaxt cücərəcəyini heç də həmişə bilmirlər (Vaiz 11:5, 6). Baş verənlər Bruka xidmətdə gördüyü işlərin dəyərli olduğunu göstərdi (1 Korinflilərə 3:6).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş