Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwwd məqalə 43
  • Ana südü

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ana südü
  • Təkamül, yoxsa yaradılış möcüzəsi?
Təkamül, yoxsa yaradılış möcüzəsi?
ijwwd məqalə 43
Ana qollarında yatan körpəsinə baxır.

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Ana südü

Mamaçalar üçün olan bir kitabda yazılıb: «Körpələr üçün olan süni qida heç vaxt ana südünü tam əvəz edə bilməz». Ananın bədəni südü körpənin ehtiyaclarına uyğun dəyişir. Bu, ana südünü körpə üçün ideal edən səbəblərdən biridir.

Düşünün: Ana südünün tərkibi hər əmizdirmənin əvvəlindən sonuna qədər dəfələrlə dəyişir. Əmizdirmənin əvvəlində südün tərkibində daha çox zülallar, vitaminlər, minerallar və su olur, sona yaxın isə südün tərkibində yağlılıq çoxalır və nəticədə, körpə doyur. Südün tərkibi hətta uşağın yaşına və fəsillərə görə də dəyişir.

Ana südünün tərkibində bəzi hormonların, məsələn, melatoninin səviyyəsi gecələr pik həddə çatır, digər hormonlar isə səhər vaxtı pik həddə olur. Günün saatından asılı olaraq bu hormonlar körpəyə yatmağa və ya oyaq qalmağa kömək edir və nəticədə, körpənin müntəzəm yuxu və oyanıqlıq ritmi tənzimlənir.

Körpə doğulan ilk günlərdə kolostrum adlanan sarımtıl rəngli süd ifraz olunur. Kolostrum asan həzm olunan qida maddələri ilə zəngindir, ona görə də körpənin mədəsinə az miqdarda da olsa düşən bu südün ona böyük faydası dəyir. Kolostrumun tərkibi körpəni müxtəlif infeksiyalardan qoruyan vacib anticisimlərlə zəngindir. Üstəlik, bu maddə qarın yumşaldıcı təsirə malikdir və körpənin həzm sistemini təmizləməyə kömək edir.

Hətta əkiz övladı olan analar belə südünün kifayət edib-etməyəcəyinə görə narahat olmamalıdır. Çünki südün miqdarı tələbata görə təbii yolla tənzimlənir.

Necə düşünürsünüz? Unikal xüsusiyyətlərə malik olan ana südü təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş