Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g17 №  1 s. 16
  • Gümüşü səhra qarışqasının zirehi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gümüşü səhra qarışqasının zirehi
  • Oyanın! 2017
  • Oxşar material
  • Mündəricat
    Oyanın! 2017
  • Qarışqanın boynu
    Oyanın! 2016
  • Dülgər qarışqanın bığcığını təmizləmə mexanizmi
    Təkamül, yoxsa yaradılış möcüzəsi?
  • Yehovanın müdrikliyi Onun yaratdıqlarından görünür
    Gözətçi qülləsi 2009
Əlavə
Oyanın! 2017
g17 №  1 s. 16
Gümüşü səhra qarışqası

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Gümüşü səhra qarışqasının zirehi

BÖYÜK SƏHRADA yaşayan gümüşü səhra qarışqası (Cataglyphis bombycina) ən qızmar istiyə dözən həşəratlardan biridir. Gümüşü səhra qarışqası ilə qidalanan heyvanlar günün qızmar vaxtı kölgə axtarmağa başlayanda o, qida axtarmaq üçün qısa müddətlik yuvasından çıxır. Bu qarışqa günəşin istisindən tələf olmuş həşəratlarla qidalanır.

Gümüşü səhra qarışqasının tükcükləri qoruyucu zireh funksiyasını daşıyır

[50] μm

Məlumat. Gümüşü qarışqa nəyin sayəsində səhranın qızmar istisinə tab gətirə bilir? Onun qeyri-adi zirehi var: bədəninin üst və yan tərəfləri qeyri-adi tükcüklərlə örtülüdür, bədəninin alt tərəfi isə tüksüzdür. Qarışqanı gümüşü rəngə boyayan bu tükcüklərin hər biri üçbucaq formalı balaca boru şəklindədir. Onların hər iki yan səthi qırışlardan ibarətdir, alt tərəfi isə hamardır. Tükcüklərin bu cür quruluşu iki funksiyanı yerinə yetirir. Birincisi, onlar görünməyən qızmar günəş şüalarını əks etdirir. İkincisi, bunun sayəsində qarışqa bədəninə yığılan istini azaldır. Qarışqanın bədəninin tüksüz alt hissəsi isə elə qurulub ki, torpaqdan gələn istiliyi əks etdirira.

Gümüşü səhra qarışqanın tükcüklərinə yaxından baxanda onların üçbucaq şəkilli boru formasında olduğunu görə bilərik

[10] μm

Gümüşü səhra qarışqasının bu qeyri-adi zirehi kömək edir ki, bədəninin temperaturu onun dözə biləcəyi maksimum temperaturdan (53.6°C) aşağı olsun. Tədqiqatçılar bu balaca möcüzədən ilhamlanaraq öz-özünə — hər hansı ventilyator və digər avadanlıq olmadan soyuyan xüsusi örtüklər icad etməyə çalışırlar.

Necə fikirləşirsiniz? Gümüşü səhra qarışqasının mürəkkəb istilik zirehi təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?

a Bu qarışqa digər xüsusiyyətləri sayəsində də istiyə davam gətirə bilir. Məsələn, onun qızmar istiyə tab gətirən xüsusi zülalları, bədəninin isti quma dəyməsinə imkan verməyən, həmçinin sürətlə qaçmağa şərait yaradan uzun ayaqları və yuvasına ən qısa yolla qayıtmasına kömək edən möhtəşəm naviqasiya sistemi var.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş