Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g17 №  4 s. 14—15
  • Tamah və nəfs

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Tamah və nəfs
  • Oyanın! 2017
  • Başlıqlar
  • Oxşar material
  • Tamah və nəfs nədir?
  • Nəyə görə nəfsi istəkləri dərhal boğmaq lazımdır?
  • Nəfsin və tamahın qarşısında aciz olmamaq üçün nə edə bilərik?
  • Nəfsinə hakim ol
    Oyanın! 2014
  • İnsan zəiflikləri üzərində qələbə qazanırıq
    Gözətçi qülləsi 2001
  • Təhriklərə necə müqavimət göstərə bilərəm?
    Gənclərin sualları
  • Yoldançıxaran şeylərə uymamaq mümkündür!
    Gözətçi qülləsi 2014
Əlavə
Oyanın! 2017
g17 №  4 s. 14—15
Bir kişi nəfsi istəklərə uyub maşın, siqaret, yemək, qadın və var dövlət haqda düşünür

MÜQƏDDƏS KİTABIN BAXIŞI | TAMAH VƏ NƏFS

Tamah və nəfs

Ailənin dağılması, xəstəliklər, vicdan əzabı. Nəfsinə təslim olan insan axırda bu acıları yaşayır. Bəs nə edək ki, nəfsin və tamahın qurbanı olmayaq?

Tamah və nəfs nədir?

İnsanı yoldan çıxaran, pis əməllərə şirnikdirən istəyə tamah, yaxud nəfs deyilir. Məsələn, mağazada alış-veriş edəndə gözünüzə çox arzuladığınız bir əşya sataşır. Ani olaraq ağlınızdan belə bir fikir keçir: «Nə bunu götürərdim, heç kimin xəbəri də olmazdı». Amma bu dəm daxildən bir səs, yəni vicdanınız sizə səslənib «olmaz!» deyir və siz bu günahlı fikri beyninizdən qovub yolunuza davam edirsiniz. Bu halda demək olar ki, siz tamaha üstün gəldiniz.

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

Əgər sizdə bu cür nəfsi istəklər yaranırsa, bu o demək deyil ki, siz pis insansınız. Müqəddəs Kitaba əsasən, hamı nəfsi ilə sınanır (1 Korinflilərə 10:13). Əsas odur, bu istəklər yarananda siz necə davranırsınız. Bəzi insanlar bu nəfsi istəkləri qəlbində böyüdür və gec-tez tamahına təslim olur. Bəziləri isə bu istəyin günah olduğunu başa düşdüyü üçün onu dərhal boğur.

«Hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır» (Yaqub 1:14).

Nəyə görə nəfsi istəkləri dərhal boğmaq lazımdır?

Yaqub 1:15 ayəsində insanı günaha aparan addımlar məcazi dillə təsvir olunur. Orada yazılıb: «Nəfs boylu qalıb günah doğur». Necə ki, hamilə qadın gec-tez bətnindəki uşağı dünyaya gətirir, eləcə də nəfsi istəkləri ürəyində böyüdən insan əvvəl-axır bir xəta törədəcək. Buna görə də günahlı arzuları beşikdəcə boğmalıyıq, onların köləsi yox, ağası olmalıyıq.

MÜQƏDDƏS KİTABIN KÖMƏYİ

Beynimiz nəfsi istəkləri oyatdığı kimi, öldürməyə də qadirdir. Bu işdə beynimizə necə kömək edə bilərik? Fikrimizi başqa şeylərə cəmləməklə, məsələn, dostlarla bir yerdə yığışmaq, ünsiyyət etmək və ya müsbət şeylər barədə fikirləşməklə (Filippililərə 4:8). Tamaha təslim olmağın yaşatdığı acını, məsələn, mənəvi, fiziki yara alacağımızı və Allahla münasibətimizin korlanacağını təsəvvür etmək də bizi günahlı bədənin arzularından çəkindirə bilər (Qanunun təkrarı 32:29). Bu işdə duanın da çox güclü köməyi dəyə bilər. Peyğəmbərlərdən biri demişdi: «Daima dua edin ki, günaha yol verməyəsiniz» (Mətta 26:41).

«İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7).

Nəfsin və tamahın qarşısında aciz olmamaq üçün nə edə bilərik?

GERÇƏKLİK

Tamahın və nəfsin təhlükəsini görməli, onun sadəlövh, naşı və ehtiyatsız insan üçün tələ olduğunu qəbul etməliyik (Yaqub 1:14). İnsanı əxlaqsız hərəkətlərə sövq edən və çox ağır nəticələri olan nəfsi istəklərin təhlükəsini qəbul etmək xüsusilə vacibdir (Məsəllər 7:22, 23).

MÜQƏDDƏS KİTABIN KÖMƏYİ

Mətta 5:29 ayəsində yazılıb: «Sağ gözün səni günaha sürükləyirsə, onu çıxarıb at». Təbii ki, bu məsləhət hərfi məna daşımır! Bu sözlərin mənası odur ki, əgər biz Allahı razı salmaq və Onun vəd etdiyi əbədi həyatı almaq istəyiriksə, bədənimizin üzvlərində olan meyilləri, eləcə də nəfsi istəkləri, məcazi dillə desək, öldürməliyik (Koloslulara 3:5). Biz tamaha və nəfsə qəti şəkildə «yox!» deməliyik. Allahın mömin bəndələrindən biri duasında demişdi: «Qoyma gözüm puç şeylərə baxsın» (Zəbur 119:37).

Sözsüz ki, özünə hakim olmaq asan deyil. Çünki Müqəddəs Kitabda yazıldığı kimi cisim zəifdir (Mətta 26:41). Bu səbəbdən biz çox xətalar edirik. Amma biz ürəkdən peşman olanda və törətdiyimiz əməli təkrarlamayanda mərhəmət və şəfqət sahibi olan Yehova Allah bizi bağışlayır (Zəbur 103:8). Şükürlər olsun ki, Allah bizə qarşı mərhəmətlidir!

«Ancaq səhvlərimizi görsəydin, kim dayana bilərdi, ey Yehova?» (Zəbur 130:3).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş