Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g18 №  2 s. 14
  • 11. Zəhmətkeşlik

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 11. Zəhmətkeşlik
  • Oyanın! 2018
  • Başlıqlar
  • Oxşar material
  • MƏNASI
  • ZƏRURƏTİ
  • TƏTBİQİ
  • İş
    Oyanın! 2015
  • Gördüyün işdən həzz al
    Allahın məhəbbətindən ayrılmayın
  • İşindən zövq al
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Uşağınızı ev işlərinə alışdırın
    Oyanın! 2017
Əlavə
Oyanın! 2018
g18 №  2 s. 14

GƏNCLƏR ÜÇÜN

11. Zəhmətkeşlik

MƏNASI

Zəhmətkeş insanlar işdən qaçmırlar, əksinə, gördükləri iş ürəkaçan olmasa belə, ehtiyaclarını ödəmək və başqalarına kömək etmək üçün səylə çalışmaqdan zövq alırlar.

ZƏRURƏTİ

İstəsək də, istəməsək də, həyat məsuliyyətlərlə doludur. Zəhmətin sevilmədiyi bir dünyada zəhmətkeş olmaq insana üstünlük qazandırır (Vaiz 3:13).

«Anladım ki, çox işləyəndə insan iftixar və daxili məmnunluq hissi əldə edir. Bu daxili məmnunluq insana işini sevməyi öyrədir. Güclü iş etikasına sahib olmaq, həmçinin insana yaxşı ad qazandırır» (Reyon).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Hər zəhmətdə fayda var» (Məsəllər 14:23).

TƏTBİQİ

İşə müsbət yanaşmaq üçün aşağıdakı addımları gözdən keçirin.

Gördüyünüz işin ustası olun. Ev işlərini görəndə, ev tapşırıqlarını edəndə və ya işdəki öhdəlikləri yerinə yetirəndə bütün diqqətinizi etdiyiniz işə cəmləyin. Verilən tapşırığın öhdəsindən gələ bilmisinizsə, onda bunu daha sürətli və daha yaxşı etməyin yollarını axtarın. Nə qədər bacarıqlı olsanız, bir o qədər də işinizdən zövq alacaqsınız.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «İşində usta adamı görmüsən? O, adi adamların yox, padşahların hüzurunda durar» (Məsəllər 22:29).

Daha geniş çərçivədən baxın. Demək olar ki, hər məsələdə məsuliyyətlərinizi yaxşı yerinə yetirsəniz, başqalarına xeyir verəcəksiniz. Misal üçün, öhdənizə düşən ev işlərini canla-başla görsəniz, ailə üzvlərinizin yükünü yüngülləşdirəcəksiniz.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).

Gözləniləndən artığını edin. Yalnız tapşırılan işi görməkdənsə, tələb olunandan daha çoxunu etməyə çalışın. Bu zaman ixtiyarınız öz əlinizdə olur, yəni sizi məcbur ediblər deyə yox, özünüz istədiyiniz üçün daha çox iş görürsünüz (Mətta 5:41).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Edəcəyin yaxşılığı məcburi yox, öz xoşunla [et]» (Filimona 14).

Tarazlığı qoruyun. Zəhmətkeş insanlar nə tənbəl olur, nə də iş düşkünü. Həm zəhmət çəkməyin, həm də istirahət etməyin onlara sevinc bəxş etməsi üçün tarazlığı qorumağa çalışırlar.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır» (Vaiz 4:6).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş