Giriş
Həyatda faciələr qaçılmazdır. Xəstəlik, qəza, təbii fəlakət, yaxud zorakılıq hər bir insanın başına gələ bilər.
İnsanlar bunun səbəbini bilmək istəyir.
Bəziləri bunu taleyin hökmü hesab edir və düşünür ki, vəziyyəti dəyişmək əllərində deyil.
Bəziləri isə düşünür ki, insanlar əvvəlki günahlarına və ya keçmiş həyatda etdikləri pis əməllərinə görə əzab çəkir.
Faciə ilə üzləşən insanların çoxlu cavabsız qalan sualları olur.