Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g21 №  2 s. 10—12
  • Texnologiyanın təsiri. Nikahınıza

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Texnologiyanın təsiri. Nikahınıza
  • Oyanın! 2021
  • Başlıqlar
  • Oxşar material
  • NƏYİ BİLMƏK LAZIMDIR?
  • NƏ EDƏ BİLƏRSİNİZ?
  • Elektron cihazlar. Nikah üçün təhlükədir?
    Ailələrə komək
  • İşi işdə qoyun
    Ailələrə komək
  • Qoy ünsiyyətiniz səmərəli olsun
    Ailələrə komək
  • Yaşa dolsanız da, nikahınızı necə qoruya bilərsiniz?
    Ailələrə komək
Əlavə
Oyanın! 2021
g21 №  2 s. 10—12
Kişi hava limanından videozəng edib, evdə olan arvadı ilə danışır.

Texnologiyanın təsiri. Nikahınıza

Düzgün istifadə edildikdə elektron cihazlar ərlə arvadın münasibətini möhkəmləndirə bilər. Məsələn, onlar gün ərzində bir-birilə əlaqə saxlaya bilərlər.

Lakin bəzi cütlüklər elektron cihazlardan yanlış istifadə edirlər. Bu səbəbdən...

  • bir-birinə ayırmağa vaxtları qalmır.

  • işi lazımsız yerə evə gətirirlər.

  • aralarında etibarsızlıq yaranır və hətta xəyanətə yol verirlər.

NƏYİ BİLMƏK LAZIMDIR?

Çarpayıda uzanan ərlə arvad gecə yarısı telefonda nəyəsə baxır.

VAXT AYIRIN

Maykl adlı bir kişi deyir: «Bəzən arvadımla bir otaqda olsaq da, adamda elə hiss olur ki, sanki o, başqa yerdədir. Onun başı telefonuna qarışır. O deyir: “Telefona baxmağa vaxtım olmayıb”». Conatan adlı bir kişi deyir ki, belə vəziyyətlərdə ərlə arvad cismən bir yerdə olsalar da, ruhən bir-birindən çox uzaqdadırlar.

DÜŞÜNÜN: Həyat yoldaşımla vaxt keçirərkən telefon zəngləri, mesajlar, bildirişlər diqqətimi tez-tez yayındırır? (EFESLİLƏRƏ 5:33).

İŞ

Bəzilərinin işi elədir ki, gecə-gündüz telefona gələn zənglərə cavab verməli olurlar. Bəzilərinin isə işi bunu tələb etməsə də, evdə də işdən ayrıla bilmirlər. Li adlı bir kişi deyir: «Arvadımla birgə keçirmək üçün ayırdığım vaxtlarda da özümü saxlaya bilməyib işlə bağlı gələn zənglərə və mesajlara cavab verirəm». Coy adlı bir qadın deyir: «Mən evdən işləyirəm. Buna görə də iş saatı ilə asudə vaxt arasında sərhəd qoymaq asan olmur».

DÜŞÜNÜN: Həyat yoldaşınız sizinlə danışanda ona diqqətlə qulaq asırsınız? (LUKA 8:18).

SƏDAQƏT

Bir sorğuya əsasən, ərlə-arvad arasında olan söz-söhbətin əsas səbəblərindən biri sosial mediadır. Sorğuda iştirak edənlərdən on faizi etiraf etmişdir ki, internetdə həyat yoldaşından gizli paylaşımlar edib.

Məhz elə buna görə sosial media «nikahda minalanmış ərazi» və hətta «xəyanət xidməti» adlanır. Təəccüblü deyil ki, boşanma işlərinə baxan vəkillərin sözlərinə görə, sosial media müasir dövrdə ailələrin dağılmasının başlıca səbəblərindən biridir.

DÜŞÜNÜN: Əks cinsdən kiminləsə ünsiyyət etdiyinizi həyat yoldaşınızdan gizlədirsiniz? (MƏSƏLLƏR 4:23).

NƏ EDƏ BİLƏRSİNİZ?

NƏYİN VACİB OLDUĞUNU MÜƏYYƏN EDİN

Yeməyinə fikir verməyən insanın səhhətində problemlər olacaq. Eynilə, həyat yoldaşı ilə münasibətinə fikir verməyən, onunla vaxt keçirməyən insanın da nikahında problemlər olacaq (Efeslilərə 5:28, 29).

MÜQƏDDƏS KİTABDAN MƏSLƏHƏT: «Daha vacib şeyləri ayırd etməyi bacarasınız» (FİLİPPİLİLƏRƏ 1:10).

Sizə uyğun olan məsləhətləri müzakirə edin, yaxud öz fikirlərinizi yazın.

  • Hər gün ən azı bir dəfə birlikdə yemək yeyin.

  • Hər gün müəyyən vaxt ərzində elektron cihazdan istifadə etməyin.

  • Birlikdə gəzməyə gedin.

  • Elektron cihazı yatdığınız otaqdan kənara qoyun.

  • Elektron cihazınızı söndürüb hər gün ən azı on beş dəqiqə bir-birinizlə söhbət edin.

  • Günün müəyyən vaxtında interneti söndürün.

ƏRLƏ ARVAD ÜÇÜN DÜŞÜNDÜRÜCÜ SUALLAR

Siz və həyat yoldaşınız ayrı-ayrılıqda aşağıdakı sualları nəzərdən keçirin, sonra bir-birinizlə müzakirə edin.

  • Elektron cihazlardan necə istifadə edə bilərsiniz ki, həyat yoldaşınızla münasibətiniz möhkəmlənsin?

  • Sizcə, elektron cihazlar həyat yoldaşınızla birgə vaxt keçirməyinizə nə dərəcədə əngəl olur?

  • Elektron cihazlardan istifadə ilə bağlı nəyi dəyişmək istəyərdiniz?

  • İşi işdə qoymaq sizin üçün nə dərəcədə asandır? Həyat yoldaşınız sizin verdiyiniz cavabla razıdır?

  • Həyat yoldaşınızdan sizə vaxt ayırmasını və diqqət göstərməsini gözləyəndə necə anlayış göstərə bilərsiniz?

    MÜQƏDDƏS KİTABDAN MƏSLƏHƏT: «Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 KORİNFLİLƏRƏ 10:24).

Ceyson və Aleksandra.

«Mən evdən işləyirəm. Buna görə də çalışıram işi konkret vaxtda bitirim. Həmçinin müəyyən saatdan sonra e-mail bildirişlərini söndürürəm ki, telefondan istifadə edəndə, məsələn, saata baxanda diqqətim işə yayınmasın» (CEYSON VƏ HƏYAT YOLDAŞI ALEKSANDRA).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş