Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g25 №  1 s. 6—9
  • Pulunuzu ağılla xərcləyin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Pulunuzu ağılla xərcləyin
  • Oyanın! 2025
  • Başlıqlar
  • Oxşar material
  • NƏYƏ GÖRƏ VACİBDİR?
  • NƏ EDƏ BİLƏRSİNİZ?
  • Daha az pulla necə dolanmaq olar?
    Əlavə mövzular
  • 2. Dolanışığınızı təmin edin
    Oyanın! 2022
  • Xərclərimi necə tənzimləyim?
    Gənclərin sualları
  • Ayağınızı yorğanınıza görə uzatmağı öyrənin
    Gözətçi qülləsi 2011
Əlavə
Oyanın! 2025
g25 №  1 s. 6—9
Şəkillər: 1) Valideynlər mətbəxdə oturub büdcələrini hesablayırlar, qızları da mətbəxdədir. 2) Ekranında kalkulyator tətbiqi açıq olan telefon qəbzlərin və çeklərin üzərindədir.

DOLANMAQ ÜÇÜN NƏ EDƏK?

Pulunuzu ağılla xərcləyin

Qiymətlərin qalxması hər birimiz üçün çətinlik yaradır. Amma özünüzü çarəsiz hiss etməyin. Vəziyyəti düzəltmək üçün nələrsə edə bilərsiniz.

NƏYƏ GÖRƏ VACİBDİR?

Əgər pulunuzu idarə etməyi öyrənməsəniz, xərcləriniz başınızdan aşacaq və narahatlığınız birə-beş artacaq. Hətta pulunuz az olsa da, xərclərinizi idarə etmək üçün nələrsə edə bilərsiniz.

NƏ EDƏ BİLƏRSİNİZ?

Qazandığınızdan artıq xərcləməyin. Belə etsəniz, özünüzü daha rahat hiss edəcəksiniz və gözlənilməz vəziyyətlə üzləşəndə qıraqda pulunuz olacaq.

Qazandığınızdan artıq xərcləməmək üçün büdcə tərtib edin, yəni gəlirinizi və xərclərinizi bir yerə yazın. Büdcənizə nəzər salanda zəruri xərclərinizi diqqətlə müəyyənləşdirin. Tərtib etdiyiniz büdcəyə bağlı qalmaq üçün əlinizdən gələni edin. Gəliriniz və ya qiymətlər dəyişəndə, büdcənizə də dəyişiklik edin. Evlisinizsə, bütün qərarlarınızda həyat yoldaşınızı da nəzərə alın.

Məsləhət. Mümkündürsə, nəyi isə kart və ya rəqəmsal ödəniş üsulları ilə almaqdansa, nağd alın. Belə etməklə bəzi insanlar büdcələrini daha yaxşı idarə edirlər və hətta borca girmirlər. Həmçinin vaxt ayırıb bank əməliyyatlarınızı nəzərdən keçirin və ya gündəlik və aylıq xərclərinizi qeyd edin. Pulunuzun nə qədər olduğunu bilsəniz, daha az stres keçirəcəksiniz.

Əlinizdə olanla dolanmaq çətin ola bilər. Amma yaxşı tərtib olunmuş büdcənin sizə böyük köməyi dəyər. Həmçinin siz pula görə daha az narahat olarsınız.

«Məsrəfləri [hesablayın]» (Luka 14:28).


İşinizi itirməməyə çalışın. Bunun üçün nə edə bilərsiniz? Məsələn, işə gecikməyin, işi həvəslə görün, yardımsevər və zəhmətkeş olun, hörmətcil davranın, işdəki qaydalara əməl edin və bacarıqlarınızı püxtələşdirin.


Pulunuzu israf etməyin. Düşünün: «Bahalı və ya lazımsız şeylərə tez-tez pul xərcləyirəm?» Məsələn, bir çoxları dişi-dırnağı ilə qazandığı pulu narkotikə, qumara, siqaretə və ya həddindən çox spirtli içkiyə sərf edir. Həmçinin bu pis vərdişlər belə insanların sağlamlığı və işləri bahasına başa gələ bilər.

«Xoşbəxt o kəsdir ki, hikmət tapıb... Hikmət qazanmaq gümüş qazanmaqdan yaxşıdır» (Məsəllər 3:13, 14).


Dar gün üçün qırağa pul qoyun. İmkan düşəndə gözlənilməz vəziyyətlər və ya hadisələr üçün qırağa bir az pul qoyun. Belə etsəniz, özünüzün və ya ailə üzvünüzdən kiminsə səhhəti qəflətən pisləşsə, işini itirsə, yaxud digər gözlənilməz vəziyyət yaransa, tədbirli olacaqsınız.

«[Hamımızın] qabağına vaxt və təsadüf çıxır» (Vaiz 9:11).

Qənaətcil olmağa kömək edən məsləhətlər

Pulla dolu şüşə qab.

Çox vaxt evdə yemək bişirin.

Tez-tez çöldə yemək yemək, yaxud müntəzəm olaraq hazır yemək və içki almaq baha başa gələ bilər. Düzdür, evdə xörək bişirmək vaxt və güc aparır, amma belə etməklə pula qənaət etmiş olursunuz, üstəlik, keyfiyyətli yeməyiniz olur.

Ağılla alış-veriş edin.

  • Bir siyahı tutun və yalnız o siyahıda olan şeyləri alın. Qabağınıza çıxan hər şeyi almayın.

  • Bəzi şeyləri topdan almaq daha ucuz başa gələ bilər. Tez xarab olan ərzaqları uzun müddət saxlaya bilməyiniz üçün yer ayırın.

  • Çalışın ucuz və keyfiyyətli məhsul alasınız.

  • Onlayn şəkildə alış-veriş etmək bəzən daha sərfəli ola bilər və xərclərinizə daha yaxşı nəzarət edə bilərsiniz. Yaşadığınız ərazidə onlayn alış-veriş mövcuddursa, bəlkə, siz də bundan istifadə edəsiniz?

  • Qiymətlərə baxın və varsa, kuponlardan istifadə edin. Qiymətləri müqayisə edin.

Yeni şeylər almazdan əvvəl yüz ölçüb, bir biçin.

Telefon və digər şeylər istehsal edən şirkətlər gəlirlərini artırmaq üçün tez-tez yeni modellər çıxarırlar. Buna görə də tələsməyin. Düşünün: «Ən son modeli almağın mənə hansısa xeyri var? Yenisini almağa ehtiyacım var? Əgər varsa, şərtdir ki, ən son modeli alım?»

Təmir edin və ya işlənmiş əşyalar alın.

Məişət avadanlıqlarını səliqəli işlədin və sərf edirsə, xarab olanda düzəltdirin. Siz həmçinin işlənmiş əşyalar ala bilərsiniz.

Özünüz əkib-becərin.

Çalışın əkin-biçinlə məşğul olmaq üçün yer ayırasınız. Bununla xərclərinizi azalda, becərdiyiniz məhsulu başqa şeylə dəyişə, satıb pul qazana və ya kiminləsə bölüşə bilərsiniz.

«Çalışqanın niyyəti uğur gətirər» (Məsəllər 21:5).

Kredit kartları.

«Biz gündəlik aldığımız şeylərin qiymətini müqayisə edirik və kredit kartımızdan nə qədər istifadə etdiyimizə nəzarət edirik» (Maylz, İngiltərə).

Dəftər, qələm və maşın açarları.

«Ərzaq almazdan əvvəl ailəlikcə siyahı hazırlayırıq» (Ceremi, ABŞ).

Təqvim və kalkulyator.

«İqtisadi vəziyyətə uyğun olaraq ailə büdcəmizi müntəzəm yeniləyirik və dar gün üçün qırağa pul atırıq» (Yael, İsrail).

Tənzimlənən qayka açarı və vintaçan.

«Biz uşaqlarımıza nəsə, tutalım, maşınımız və məişət avadanlıqlarımız xarab olanda yenisini almaqdansa, onu necə düzəldə biləcəklərini öyrədirik. Yoldaşım da, mən də çalışırıq, nəyinsə ən son modelini almayaq» (Cefri, ABŞ).

«Tərəvəz yetişdirərək və toyuq-cücə saxlayaraq xərclərimi azaltdım. Hətta bu tərəvəzlərdən başqalarına da pay verə bilirəm» (Hono, Myanma).

Kişi bağdan müxtəlif tərəvəzlər dərir.
    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş