Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g25 №  1 s. 12—13
  • Səxavətli olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Səxavətli olun
  • Oyanın! 2025
  • Başlıqlar
  • Oxşar material
  • NƏYƏ GÖRƏ VACİBDİR?
  • NƏ EDƏ BİLƏRSİNİZ?
  • Səxavətlə verənlər xoşbəxtdirlər
    Gözətçi qülləsi 2018
  • Nəyə görə insanlara kömək etməliyəm?
    Gənclərin sualları
  • Yehova səxavətli və mülayim Allahdır
    Gözətçi qülləsi 2013
  • İnsanlarla münasibətlər barədə məsləhətlər
    Oyanın! 2021
Əlavə
Oyanın! 2025
g25 №  1 s. 12—13
Bir ailə sadə evlərinin həyətində süfrə başına toplaşıb qonaqları ilə birgə deyib-gülür, yemək yeyir.

DOLANMAQ ÜÇÜN NƏ EDƏK?

Səxavətli olun

Bahalaşma ucbatından zəruri şeyləri güc-bəla ilə alırsınızsa, bəlkə də düşünürsünüz ki, başqalarına əl tutmaq heç cür mümkün deyil. Ancaq əl tutmağın maddi çətinlikləri aşmaqda sizə xeyri dəyə bilər. Eyni anda həm qənaətcil, həm də səxavətli olmaq mümkündür.

NƏYƏ GÖRƏ VACİBDİR?

Səxavətli olmaq, hətta kiçik bir yaxşılıq etmək bizi xoşbəxt edir və özümüzə qarşı hörməti artırır. Araşdırmalar göstərir ki, kiməsə nəsə vermək insanın fiziki və psixoloji sağlamlığına müsbət təsir edə bilər. Məsələn, bu, qan təzyiqini stabilləşdirə, narahatlığı, stresi, hətta ağrıları azalda bilər. Həmçinin yuxunu da yaxşılaşdıra bilər.

«Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).

Başqalarına pul və ya ehtiyac duyduğu digər şeyləri versək, ola bilsin, nəyəsə ehtiyacımız olanda uzadılan kömək əlini qəbul etmək bizə daha asan olacaq. İngiltərədə yaşayan Havard deyir: «Yoldaşımla mən başqalarına əl tutmaq, səxavət göstərmək üçün fürsətlər axtarırıq, beləcə, özümüzə də kömək lazım olanda onu qəbul etməyə çəkinmirik». Sözsüz, ürəkdən səxavət göstərən insanlar əvəzində nəsə gözləmirlər. Bununla belə, onlar bu əməlləri ilə ehtiyac anında köməyə hazır olan əsl dostlar qazana bilərlər.

«Həmişə verin, onda sizə də verəcəklər» (Luka 6:38).

NƏ EDƏ BİLƏRSİNİZ?

Əlinizdə olanı bölüşün. Bölüşəcək çox şeyiniz olmasa da, başqalarına nəsə verə bilərsiniz. Hətta bir tikə çörəyinizi belə bölüşə bilərsiniz. Dankan ailəsi ilə birgə Uqandada yaşayır. Onlar çox kasıbdırlar, buna baxmayaraq, verməyi, bölüşməyi sevirlər. Dankan deyir: «Hər bazar günü yoldaşımla birgə xudmani süfrə açıb kimisə dəvət edirik. Başqaları ilə vaxt keçirmək xoşumuza gəlir».

Sözsüz, başqalarına əl tutanda tarazlığı qorumaq lazımdır. Elə olmasın ki, ailəniz zəruri şeylərdən məhrum qalsın (Əyyub 17:5).

Məsləhət. Bir nəfərə yeməyə və ya içməyə nəsə təklif edin. Əgər bəzi əşyalar artıq sizə lazım deyilsə, ehtiyacı olan dost-tanışınıza verə bilərsiniz.


Başqa üsullarla verin. Ən dəyərli hədiyyələrdən bəzilərini pulla almaq lazım gəlmir. Məsələn, biz başqalarının qeydinə qalmaq üçün onlara vaxt və diqqət ayıra bilərik. Hətta bir neçə xoş söz belə onlar üçün hədiyyə ola bilər! Buna görə də insanlara onların sizin üçün nə qədər dəyərli olduğunu və ya onları sevdiyinizi deyin.

Məsləhət. İnsanlara ev, təmir və ya digər işlərdə kömək edin. Dostunuza minnətdarlığınızı bildirmək üçün açıqca yazın. Adicə onu düşündüyünüzü göstərmək üçün mesaj yaza bilərsiniz.

Səxavət göstərmək üçün yollar axtarsanız, daha xoşbəxt olacaqsınız.

«Yaxşılıq etməyi, varınızı başqaları ilə bölüşməyi yaddan çıxartmayın» (İbranilərə 13:16).

Bir evli cütlük yaşlı bacıya həyət işlərində kömək edir. Onlar yarpaqları təmizləyir, bacı da onlara isti içki təklif edir.
Trey.

«Evimiz balaca olsa da, dostlarımız üçün nəsə bişirməyi, onlarla birlikdə yemək yeməyi çox xoşlayırıq. Dostlarımıza kömək etməkdən böyük sevinc duyuruq. Bəzən onlara maddi kömək də göstəririk. Amma əksər hallarda onlara vaxt ayırırıq. Öz təcrübəmizdən bir daha öyrəndik ki, vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Trey, İsrail).

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş