Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 9
  • Nuh gəmi tikir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nuh gəmi tikir
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Nuhun gəmisi
    Müqəddəs Kitab dünyasına səyahət
  • O, Allahın yolu ilə gedirdi
    İman örnəkləri
  • Ümumdünya daşqını. Yehovaya kimlər qulaq asdı?
    Allahın sözünə qulaq as və əbədiyyən yaşa
  • Allah Nuha nəyə görə lütf göstərdi? Bu, bizi nə üçün maraqlandırmalıdır?
    Gözətçi qülləsi 2008
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 9
Nuh və ailəsi heyvanları və ərzaqları gəmiyə yığır

Hekayə 9

Nuh gəmi tikir

NUHUN arvadı və üç oğlu vardı. Oğullarının adı Sam, Ham və Yafəs idi. Onların üçü də evli idi. Nuhun ailəsi səkkiz nəfərdən ibarət idi.

Bir gün Allah Nuha qeyri-adi bir tapşırıq verir. O buyurur ki, Nuh böyük bir gəmi tiksin. Allah deyir: ‘Gəminin üç mərtəbəsi olsun’ və ‘onun içində otaqlar düzəlt’. Otaqlar Nuh və onun ailəsinin yaşaması üçün, həmçinin heyvanları və ərzağı saxlamaq üçün lazım idi.

Allah Nuha həm də tapşırır ki, gəmini yaxşı-yaxşı düzəltsin. Gəmi su buraxmamalı idi. Allah deyir: ‘Mən yer üzünə daşqın göndərəcəyəm ki, bütün dünya məhv olsun. Gəmidə olmayan hər kəs öləcək’.

Nuh və oğulları Yehovaya qulaq asıb gəmini tikməyə başladılar. Başqa adamlar isə onlara gülür və pis işlərlə məşğul olmağa davam edirdilər. Nuh Allahın nə edəcəyi haqda danışarkən heç kim ona inanmırdı.

Nuh insanlara daşqının olacağı barədə xəbərdarlıq edəndə insanlar ona gülürlər

Gəmi böyük olduğundan, onu tikməyə çox vaxt sərf olunur. İllər keçir, nəhayət gəmi hazır olur. O, böyük və uzun qutuya bənzəyirdi. İndi Allah Nuha heyvanları gəmiyə götürməyi buyurur. Allah deyir ki, bəzi heyvanların erkək və dişisindən bir cüt, bəzilərindən isə yeddi cüt götürsün. O, Nuha müxtəlif növ quşlardan da gəmiyə götürməyi əmr edir. Nuh hər şeyi Allahın dediyi kimi edir.

Bundan sonra Nuh ailəsi ilə birlikdə gəmiyə minir və Allah qapını örtür. O ailəsi ilə içəridə gözləyir. Özünü onlarla bərabər gəmidə təsəvvür et. Allahın dediyi daşqın doğrudanmı baş verəcək?

Yaradılış 6:9-22; 7:1-9.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş