Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 52
  • Gideon və 300 döyüşçüsü

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Gideon və 300 döyüşçüsü
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Cədun mədyəniləri məğlub edir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Ağsaqqallar, Cədundan örnək alın
    Gözətçi qülləsi 2023
  • Yehova ən yaxşı Dostumuzdur
    Gözətçi qülləsi 2014
  • «Gücünü topla, get»
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
Müqəddəs Kitab hekayələri
my hekayə 52
Gideon ordusunu qruplara bölür

Hekayə 52

Gideon və 300 döyüşçüsü

ŞƏKİLDƏ kimləri görürsən? Bu adamlar İsrail döyüşçüləridir. Onlar əyilib su içirlər. Onların yanında dayanan, hakim Gideondur. O, döyüşçülərin suyu necə içmələrinə tamaşa edir.

Bax gör, döyüşçülər suyu necə içirlər. Onlardan bəziləri su içmək üçün üzü üstə əyilib, biri isə ovcunda içir və ətrafa göz gəzdirir. Bu çox vacibdir, çünki Yehova Allah Gideona əmr edib ki, su içərkən ətrafda baş verənləri müşahidə edən döyüşçüləri seçsin, qalanları isə evə qayıtsın. İndi gəl Yehovanın nə üçün belə dediyini öyrənək.

İsraillilər Yehovanın sözünə baxmadıqlarına görə yenidən çətinliyə düşüblər. Midyan əhalisi İsrail xalqını incidir. Xalq midyanlıların əlindən Yehovaya fəryad edəndə Allah onların köməyinə çatır.

Yehova Gideona ordu toplamağı əmr edir. Gideon da 32 000 döyüşçü toplayır. Amma düşmən ordusu 135 000 nəfərdən ibarətdir. Buna baxmayaraq, Yehova Gideona deyir: ‘Döyüşçülərinin sayı çoxdur’. Allah nə üçün belə deyir?

İsrail döyüşdə qalib gələrsə, qələbəni öz gücü ilə qazandığını düşünə bilər. Xalq elə fikirləşər ki, Yehova Allahın köməyinə ehtiyacı yoxdur. Bu səbəbdən, Yehova Gideona belə deyir: ‘Kim qorxursa, qoy evinə getsin’. Gideon bu əmri döyüşçülərə çatdıranda onlardan 22 000 nəfəri evinə qayıdır. Bu o deməkdir ki, Gideon, düşmənin 135 minlik ordusuna qarşı 10 000 nəfər adamla çıxmalı olacaq.

Gör Yehova nə deyir: ‘Döyüşçülərin sayı yenə də çoxdur’. O, Gideona deyir ki, adamları çaydan su içərkən onlara fikir versin. Üzü üstə çöküb su içənləri evə göndərsin. ‘Sizə qələbəni su içərkən ətrafına baxan 300 döyüşçü ilə verəcəyəm’, deyə Yehova söz verir.

Gideonun diqqətli əsgərləri su içə-içə ətrafa baxırlar

Döyüş vaxtı gəlib çatır. Gideon 300 döyüşçüsünü üç qrupa ayırır. Hər döyüşçüyə şeypur və içərisində məşəl olan dolça verir. Gecə yarısı onların hamısı düşmən düşərgəsinin ətrafına yığılır. Gideonun əmrinə əsasən hamısı birdən şeypurlarını çalaraq dolçalarını sındırıb: ‘Yehovanın və Gideonun qılıncı!’ deyə çığırırlar. Səsə oyanmış düşmən əsgərləri arasına çaxnaşma düşür və hamısı qaçır. İsrail qələbə qazanır.

Hakimlər 6-8-ci fəsillər.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş