Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 54
  • Ən güclü adam

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ən güclü adam
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Yehova Şimşona güc verir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Şimşon kimi Yehovaya arxalanın
    Gözətçi qülləsi 2023
  • Hakimlərin məzmunu
    Müqəddəs Kitab
  • Xəyanət iyrənc əməldir!
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
Müqəddəs Kitab hekayələri
my hekayə 54
Şimşon qüvvətli əli ilə aslanı öldürür

Hekayə 54

Ən güclü adam

BİLİRSƏN yer üzündə ən güclü adam kim olub? İsrailin hakimi Şimşon. Ona gücü Yehova Allah verirdi. Şimşon hələ doğulmamış Yehova onun anasına demişdi: ‘Bir oğlun olacaq. O, İsraili filiştlilərdən azad edəcək’.

Filiştlilər Kənanda yaşayan pis xalqdır. Onların çoxlu əsgəri var və israilliləri yaman incidirlər. Bir dəfə Şimşon filiştlilərin yaşadığı yerə gedəndə, iri bir aslan nərə çəkərək qarşısına çıxır. Şimşon əllərilə aslanı öldürür. O həmçinin yüzlərlə pis filiştlini də öldürür.

Bir qədər sonra Şimşon Delila adlı bir qadına aşiq olur. Filiştlilərin başçıları Delilaya söz verir ki, Şimşonun belə güclü olmasının səbəbini öyrənərsə, hər biri ona min yüz gümüş pul verəcək. Delilanın bu pullara tamahı düşür. O, Şimşonun və Allahın xalqının həqiqi dostu deyil. Buna görə də Şimşonu hər gün dilə tutur ki, belə güclü olmasının sirrini ona açsın.

Şimşon və Delila

Nəhayət, Delila Şimşonun gücünün sirrini öyrənir. Şimşon ona deyir: ‘Saçıma heç vaxt ülgüc dəyməyib. Doğulduğum gündən Allah məni Özünə xüsusi xidmətçi — Nəziri seçib. Əgər başım qırxılsa bütün qüvvəmi itirərəm’.

Delila bunu biləndə Şimşonu dizlərinin üstündə yuxuya verir. Sonra bir adam çağırıb Şimşonun saçını qırxdırır. Şimşon oyananda artıq gücünün itdiyini hiss edir. Filiştlilər tez gəlib onu tutur, gözlərini kor edir və özlərinə qul edirlər.

Şimşonun dirəklərə vurduğu zərbədən bina filiştlilərin üzərinə aşır

Bir gün filiştlilər allahları Daqonun şərəfinə böyük ziyafət düzəldirlər. Şimşonu da qonaqları əyləndirmək üçün zindandan çıxarırlar. Zindanda olduğu müddətdə Şimşonun saçı artıq uzanmışdı. O, əlindən tutan oğlana deyir: ‘Qoy binanı saxlayan dirəklərə toxunum’. Sonra Yehovaya dua edib Ondan güc istəyir və ucadan qışqırır: ‘Qoy mən də filiştlilərlə bir ölüm!’ Şimşon var gücü ilə dirəkləri itələyir. Ziyafətdə 3 000 filiştli var idi. Bina uçur, pis adamların hamısı da onun altında qalıb ölür.

Hakimlər 13-16-cı fəsillər.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş