Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 65
  • Padşahlıq bölünür

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Padşahlıq bölünür
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Padşahlıq bölünür
    Müqəddəs Kitab dünyasına səyahət
  • Yehova Öz sadiq bəndələrini tərk etməyəcək
    Gözətçi qülləsi 2008
  • O, Allahın rəğbətini qazana bilərdi
    Gözətçi qülləsi 2018
  • «Birinci Padşahlar» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2005
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 65
Axiya peyğəmbər Yarovamla danışarkən paltarını cırır

Hekayə 65

Padşahlıq bölünür

BİLİRSƏN bu adam öz paltarını nə üçün cırır? Belə etməyi ona Yehova tapşırıb. Bu kişi Allahın peyğəmbəri Axiyadır. Bəs sən peyğəmbərlərin kim olduğunu bilirsən? Allah onlara gələcəkdə olacaq hadisələri qabaqcadan xəbər verir.

Axiya indi Yarovamla danışır. Yarovam Süleymanın tikinti işlərinə başçılıq edən adamlardan biridir. Axiya yolda Yarovamla rastlaşarkən qəribə bir şey edir. Əynindəki təzə paltarını çıxarıb 12 yerə bölür və Yarovama belə deyir: ‘Paltarın 10 hissəsini özünə götür’. Bilirsən Axiya paltarın 10 hissəsini Yarovama nə üçün verir?

Axiya izah edir: ‘Yehova Allah padşahlığı Süleymanın əlindən alıb, 10 qəbiləsini sənə verəcək’. Bu o deməkdir ki, Süleymanın oğlu Rexavam ancaq iki qəbilə üzərində padşahlıq edəcək.

Süleyman Axiyanın Yarovama dediklərindən xəbər tutanda çox hirslənir. O hətta Yarovamı öldürmək istəyir. Amma Yarovam Misirə qaçıb canını qurtarır. Bir qədər vaxtdan sonra Süleyman ölür. O, 40 il padşahlıq etmişdi, amma indi taxta oğlu Rexavam oturur. Süleymanın ölüm xəbəri Misirə çatanda Yarovam İsrailə qayıdır.

Rexavam yaxşı padşah deyil. O, xalqla atası Süleymandan da pis davranır. Yarovam bir neçə hörmətli adamla Rexavam padşahın yanına gəlir və ondan xalqla bir az yaxşı davranmağı xahiş edir. Rexavam onları heç dinləmir. O, əvvəlkindən də betər olur. Xalq Yarovamı 10 qəbilənin üzərinə padşah seçir, Rexavam isə Binyamin və Yəhuda qəbilələrinin padşahı olur.

Yarovam xalqın Yerusəlimə gedib Yehovanın məbədində ibadət etməsini istəmir. Bu səbəbdən, iki qızıl dana düzəldir ki, padşahlıq etdiyi 10 qəbilənin camaatı onlara ibadət etsin. Bir azdan bütün ölkəni cinayət və zorakılıq bürüyür.

İkiqəbiləli padşahlığa da bədbəxtlik üz verir. Rexavamın padşah olmasından heç beş il keçmir ki, Misir padşahı Yerusəlimə qarşı müharibəyə çıxır. O, Yehovanın məbədini talan edib bir çox qiymətli əşyaları özü ilə aparır. Beləliklə, Allahın məbədi əvvəlki cah-calalını itirir.

1 Padşahlar 11:26-43; 12:1-33; 14:21-31.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş