Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • hw s. 2—7
  • Təbliğ xidməti üçün təqdimələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təbliğ xidməti üçün təqdimələr
  • Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulları
  • Başlıqlar
  • Oxşar material
  • AİLƏ/UŞAQLAR
  • AXIR GÜNLƏR
  • CƏRƏYAN EDƏN HADİSƏLƏR
  • CİNAYƏT/TƏHLÜKƏSİZLİK
  • ÇOXLARI: «MƏNİM ÖZ DİNİM VAR» DEYƏNDƏ
  • ÇOXLARI: «MƏN MƏŞĞULAM» DEYƏNDƏ
  • EVDƏ MÜQƏDDƏS KİTAB ÖYRƏNMƏSİ
  • GƏLƏCƏK/TƏHLÜKƏSİZLİK
  • HAQSIZLIQ/İZTİRAB
  • HAR-MEGİDON
  • HƏYAT/XOŞBƏXTLİK
  • İŞ/MƏNZİL ŞƏRAİTİ
  • QOCALIQ/ÖLÜM
  • MƏHƏBBƏT/XEYİRXAHLIQ
  • MÜQƏDDƏS KİTAB/ALLAH
  • MÜHARİBƏ/SÜLH
  • PADŞAHLIQ
  • TEZ-TEZ TƏBLİĞ OLUNAN SAHƏLƏRDƏ
  • Söhbəti kəsən e’tirazlara cavab vermək üsulları
    Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulları
Müqəddəs Kitab əsasında söhbətə başlamağın və davam etməyin üsulları
hw s. 2—7

Təbliğ xidməti üçün təqdimələr

Qeydlər. Təbliğ xidmətində təqdimələrdən istifadə edərkən növbəti üç amilə diqqət yetir: 1) Aldığımız tapşırıq, ‘Padşahlıq haqqında olan Müjdəni’ çatdırmaqdır (Matta 24:14, İ–93). Hətta bu haqda birbaşa danışmasaq da, söylədiyimiz xəbərin vacibliyini anlamaqda və ya insanlara bu sahədə maneçilik törədən yanlış fikirlərdən azad olmaqda kömək etdiyimizi yadda saxlamalıyıq. 2) Rastlaşdığımız insanlara göstərdiyimiz səmimi maraq, İsanın etdiyi kimi, onların ürəyinə yol tapmaqda bizə kömək edəcək (Mark 6:34). Bu cür marağı səmimi təbəssümlə, mehribanlıqla, həmsöhbətimizi dinləməyə hazır olmaqla və onu maraqlandıran mövzuya toxunmaqla, həmçinin həmsöhbətimizi öz fikrini söyləməyə təşviq edən və onun nöqteyi-nəzərini anlamağa kömək edən suallarla göstərmək olar (1 Kor. 9:19-23). 3) Bə’zi ölkələrdə adamlar öz gəlişinin məqsədini bildirməzdən öncə müəyyən qaydalara riayət etməlidirlər. Başqa yerlərdə isə ev sahibi gözlənilməyən qonaqdan tezcə mətləbə keçməsini gözləyə bilər. (Luka 10:5 ilə müqayisə et.)

Növbəti təqdimələr, bə’zi təcrübəli Şahidlərin söhbətə necə başladıqlarını göstərir. Əlbəttə ki, sən onları öz sözlərinlə ifadə etmək istəyəcəksən. Bundan əlavə, sənin yığıncağında artıq bu sahədə müvəffəqiyyət qazanmış Şahidlər var və onlar səninlə faydalı məsləhətləri bölüşə bilərlər.

AİLƏ/UŞAQLAR

● «Biz, ailə həyatında yaranan problemləri daha yaxşı həll etmək istəyən insanlarla söhbət edirik. Əlbəttə, hər bir kəs ailədə əmin-amanlığın olmasına sə’y göstərir, ancaq bu sahədə yeni effektli üsul olduğunu bilsəydik, məgər onunla tanış olmağa maraq göstərməzdikmi? [...] (Kolos. 3:12, 18-21). Müqəddəs Kitab ailələrimiz üçün gələcəyə həqiqi ümid yolu açır (Vəhy 21:3, 4)».

● «Hər bir valideyn övladının xoşbəxt olmasını istəyir. Amma necə düşünürsünüz, dünyadakı problemləri nəzərə alsaq, işıqlı gələcəyə ümid etməyimizə əsas varmı? [...] Övladlarımız böyüdükləri zaman dünyanı necə vəziyyətdə təsəvvür edirsiniz? [...] Müqəddəs Kitab göstərir ki, Allah yer üzündə yaşamaq üçün əlverişli şərait yaratmaq niyyətindədir (Məz. 37:10, 11). Lakin övladlarımızın həmin gələcəyə malik olub-olmamaları əsas e’tibarilə bizim etdiyimiz seçimdən asılıdır (Qanun. 30:19)».

AXIR GÜNLƏR

● «Biz sizinlə indi dünyada yaranmış vəziyyətin mə’nasını müzakirə etmək istərdik. İnsanların bir çoxunda Allaha və Onun Müqəddəs Kitabda yazılmış normalarına qarşı maraq azalıb. Bu isə insanlar arasındakı münasibətə çox güclü tə’sir göstərir. İcazənizlə, 2 Timoteyə 3:1-5 ayələrində təsvir olunanları oxuyum, siz isə burada deyilənlərin bugünkü dünyaya uyğun gəlib-gəlmədiyi barədə fikrinizi söyləyin. (Oxu.) [...] Gələcəkdə vəziyyətin yaxşı olacağına ümid etmək üçün əsasımız varmı? (2 Pet. 3:13)».

● «Bir çox insanlar bugünkü sistemin sonuna az qaldığına əmindirlər. Onlar bizim zəmanəni «axır günlər» adlandırırlar. Bəs siz nə zamansa eşitmisinizmi ki, Müqəddəs Kitabda indiki dünya sisteminin sona çatacağı vaxt sağ qalmağın və Cənnətə çevrilmiş yer üzündə yaşamağın mümkün olmasından da bəhs edilir? (Sef. 2:2, 3)».

[«Cərəyan edən hadisələr» bölməsində olan təqdimələrə də bax.]

CƏRƏYAN EDƏN HADİSƏLƏR

● «Axşamınız xeyir. Mənim adım... Mən sizin qonşuluğunuzda yaşayıram (küçənin, yaxud rayonun adını de). Dünən axşam xəbərlərə baxmısınızmı? [...] Orada... haqda verilən mə’lumat yadınızdadırmı (cari bir problemi adlandır) — siz bu barədə nə düşünürsünüz? [...] İnsanların: «Bu dünyanın axırı necə olacaq?» — deyə soruşmaları təəccüblü deyil. Yehovanın Şahidləri olan bizlər, Müqəddəs Kitabda «axır günlər» adlanan zəmanədə yaşadığımıza inanırıq. Bu zəmanənin 2 Timoteyə 3:1-5 ayələrində necə ətraflı təsvir olunduğuna fikir verin».

● «Bu həftənin qəzetlərini oxumusunuzmu? (Qəzetlərin birindən münasib bir parça göstər.) Necə düşünürsünüz..?»

● «Sizə bir sual vermək istərdim. Yüksək bir səlahiyyətə malik olsaydınız, indi dünyada qarşılaşdığımız çoxsaylı problemlərdən ilk növbədə hansını həll edərdiniz? (Söhbətini ev sahibini daha çox narahat edən mövzu əsasında davam etdir.)»

CİNAYƏT/TƏHLÜKƏSİZLİK

● «Salam. Biz insanlarla şəxsi təhlükəsizlik məsələsi barədə söhbət edirik. İndi hər yerdə cinayət artır və bu problem bizim də həyatımıza toxunur. Necə düşünürsünüz, elə bir vaxt olacaqmı ki, biz axşamlar küçədə qorxmadan təhlükəsiz gəzəcəyik? (Yaxud, «Sizcə, kim isə bu problemi həll etməyə qadirdirmi?») [...] (Sül. məs. 15:3; Məz. 37:10, 11)».

[● «Mənim adım... Mən sizin qonşuluğunuzda yaşayıram. Bu gün səhərdən insanlar... haqda danışırlar (həmin ərazidə baş vermiş sonuncu cinayəti və ya digər yerli problemi xatırlat). Bu haqda siz nə düşünürsünüz? [...] Sizcə, bizim həyatımızı daha təhlükəsiz edəcək bir şey varmı? [...] (Sül.məs. 1:33; 3:5, 6)».]

ÇOXLARI: «MƏNİM ÖZ DİNİM VAR» DEYƏNDƏ

● «Sabahınız xeyir. Sizin binadakı (və ya ərazidəki) ailələrlə söhbət edərkən mə’lum oldu ki, onların çoxunun öz dini var. Yəqin sizin də. [...] Lakin hər birimizin öz dini olsa da, bizə eyni problemlər — qiymətlərin artması, cinayət, xəstəliklər tə’sir edir, elə deyilmi? [...] Necə düşünürsünüz, yaranmış vəziyyətdən hər hansı çıxış yolu varmı? [...] (2 Peter 3:13 və s.)».

ÇOXLARI: «MƏN MƏŞĞULAM» DEYƏNDƏ

● «Salam. Biz bu ərazidə yaşayan insanlara vacib bir xəbəri çatdırırıq. Görürəm siz məşğulsunuz, buna görə də qısaca danışacağam».

● «Salam. Mənim adım... Mən sizə Allahın Padşahlığının xeyir-duaları və onlara nail olmağın üsulu haqda mə’lumat verməyə gəlmişəm. Amma sizin məşğul olduğunuzu (və ya «harayasa getməyə hazırlaşdığınızı») görürəm. İcazə verin sizinlə yalnız bir fikri bölüşüm».

EVDƏ MÜQƏDDƏS KİTAB ÖYRƏNMƏSİ

● «Mən, pulsuz olaraq evdə Müqəddəs Kitab öyrənməsi təklif edirəm. İcazənizlə, bu cür ailəvi öyrənmənin 230-dan çox ölkə və ərazidə necə keçirildiyini bir neçə dəqiqə ərzində sizə göstərmək istərdim. Nümunə olaraq bu siyahıdakı mövzulardan birini seçə bilərik. (Öyrənməni keçirmək istədiyin kitabın mündəricatını göstər.) Sizi daha çox hansı mövzu maraqlandırır?»

● «Biz qonşularımıza, Müqəddəs Kitabı öyrənmək istəyənlər üçün nəzəzrdə tutulan bu vəsaiti təqdim edirik. (Həmin vəsaiti göstər.) Siz bunu nə vaxtsa görmüsünüzmü? [...] İcazənizlə, bu vəsaitdən necə istifadə ediləcəyini sizin şəxsi Müqəddəs Kitabınızın köməyilə göstərim».

GƏLƏCƏK/TƏHLÜKƏSİZLİK

● «Sabahınız xeyir... Biz qonşularımızla gələcəyə dair müsbət nöqteyi-nəzərimizi bölüşmək istəyirik. Ola bilsin, siz də həyata belə nəzərlə yanaşmağa çalışırsınız? [...] Amma bildiyiniz kimi, bə’zi hadisələr əhval-ruhiyyəni pisləşdirir, elə deyilmi? [...] Mən əmin olmuşam ki, bu sahədə Müqəddəs Kitab çox kömək edir. Müqəddəs Kitab bugünkü şəraitləri dəqiqliyilə təsvir etməklə yanaşı, bunun səbəbini də izah edir və bizə, bütün bunların nəticəsinin necə olacağını da deyir (Luka 21:28, 31)».

● «Salam. Mənim adım... Bəs sənin? [...] Mən sənin kimi gənclərə, qarşımızdakı çox gözəl gələcək barədə mə’lumat əldə etməyi təklif edirəm. Gör bu haqda Müqəddəs Kitab nə deyir. (Müqəddəs Yazılardan Vəhy 21:3, 4 kimi ayələri oxu.) Belə gələcək sənin xoşuna gəlirmi?»

HAQSIZLIQ/İZTİRAB

● «Necə düşünürsünüz, Allah insanların yaşadığı haqsızlığa və iztiraba acıyırmı? [...] (Vaiz 4:1; Məz. 72:12-14)».

HAR-MEGİDON

● «Bir çox insanlar Har-Megidon barədə fikirləşəndə dəhşətə gəlirlər. Siyasi xadimlər bu sözü tez-tez nüvə müharibəsi ilə əlaqədar istifadə etdikləri üçün, insanlar bu sözü onlardan eşidirlər. Bəs sizcə, Har-Megidon bəşəriyyət üçün hansı mə’nanı kəsb edəcək? [...] Əslində «Har-Megidon» sözü Müqəddəs Kitabdan alınıb və tamam başqa mə’na daşıyır (Vəhy 16:14, 16). Bundan başqa, Müqəddəs Kitab sağ qalmaq üçün şəxsən bizim nə etməli olacağımızı da göstərir (Sef. 2:2, 3)».

HƏYAT/XOŞBƏXTLİK

● «Biz qonşuluqda yaşayanlar arasında həyatın mə’nası ilə dərindən maraqlanan insanları axtarırıq. İnsanların əksəriyyəti nisbi olaraq xoşbəxtdir. Lakin onlar da çoxlu problemlərlə qarşılaşırlar. Yaşa dolduqca həyatın çox qısa olduğunu daha çox dərk edirik. Həyatımızın mə’nası elə bundanmı ibarətdir? Bu barədə siz nə düşünürsünüz? [...] (Allahın Eden bağındakı ilk niyyəti barədə danış və sonra Yəhya 17:3 və Vəhy 21:3, 4 ayələrini oxu.)»

● «Bu gün qonşularımızdan, onların Müqəddəs Kitabdakı «əbədi həyat» ifadəsini oxuduqda nə düşündüklərini soruşuruq. Bu ifadə çox vacibdir, çünki ona Müqəddəs Kitabda 40 dəfədən artıq rast olunur. Sizcə, «əbədi həyat» bizim üçün nə mə’na daşıyır? [...] Belə həyata necə nail ola bilərik? (Yəh. 17:3; Vəhy 21:4)».

● «Biz bugünkü həyatın dəyərliliyi üçün doğrudan da narahat olan insanlarla söhbət edirik. Bizlərdən çoxumuz sağ-salamat olduğuna şaddır, amma təəccüb doğuran bir sual yaranır: Əsl mə’nada xoşbəxt olmaq mümkündürmü? Bu barədə siz nə düşünürsünüz? [...] Sizcə, hər şeydən öncə xoşbəxtliyə mane olan nədir? [...] (Məz. 1:1, 2; həmçinin ev sahibinin narahatçılığına müvafiq olan başqa ayələr)».

İŞ/MƏNZİL ŞƏRAİTİ

● «Biz sizin qonşularınızla, hər bir kəsin iş və mənzil ilə tə’min olunacağı bir gələcək barədə söhbət edirik. Sizcə, bunu insanlar tərəfindən idarə olunan hökumətlərdən gözləməyə dəyərmi? [...] Amma bu problemləri həll etməyə qadir olan bir kəs var — bu, bəşər övladlarının Yaradanıdır (Yeşaya 65:21-23)».

[● «Biz qonşularımızla yaxşı hökumət haqqında söhbət edirik. İnsanların əksəriyyəti, hər bir kəsi iş və yaxşı mənzil şəraiti ilə tə’min edən, korrupsiyadan uzaq olan hökumətin rəhbərliyi altında yaşamağa ümid edir. Sizcə, hansı hökumət bunları etmək iqtidarındadır? [...] (Məz. 97:1, 2; Yeşaya 65:21-23)».]

QOCALIQ/ÖLÜM

● «İnsanların nəyə görə qocaldıqları və öldükləri barədə heç fikirləşmisinizmi? Dəniz tısbağalarından bə’ziləri yüz illərlə yaşayır. Bə’zi ağacların min illər ömrü olur. İnsanlar isə cəmi 70-80 il yaşayıb ölürlər. Bunun nəyə görə belə olması sizdə təəccüb doğurmurmu? [...] (Rom. 5:12). Sizcə, bu vəziyyət haçansa dəyişəcəkmi? [...] (Vəhy 21:3, 4)».

● «Nə vaxtsa belə suallar üzərində düşünmüsünüzmü: Ölüm hər şeyin sonudurmu? Ölümdən sonra nə baş verir? [...] Müqəddəs Kitab ölümlə bağlı olan hər bir suala aydınlıq gətirir (Vaiz 9:5, 10). Həmçinin Müqəddəs Kitab bizi əmin edir ki, iman edənlər üçün gələcəyə dair əsaslı ümid var (Yəh. 11:25)».

MƏHƏBBƏT/XEYİRXAHLIQ

● «Fikir vermişik ki, bizim zəmanədə bir çoxları əsl məhəbbətin çatışmamasına görə narahatdırlar. Bu problem sizi də narahat edirmi? [...] Sizcə, buna səbəb olan nədir? [...] Bu vəziyyət haqqında Müqəddəs Kitabda qabaqcadan deyildiyini bilirsinizmi? (2 Tim. 3:1-4). Müqəddəs Kitab bunların nəyə görə baş verdiyini də izah edir (1 Yəh. 4:8)».

● «Mənim adım... Mən sizin qonşuluğunuzda yaşayıram. Məni narahat edən bir məsələni qonşularla müzakirə edirəm və bu problemin sizi də narahat etdiyinə əminəm. Xeyirxahlıq etmək çətin olmasa da, görünür bu xüsusiyyətə bu gün çox az təsadüf edilir. Bunun nə üçün belə olduğu haqda nə vaxtsa düşünmüsünüzmü? [...] (Mat. 24:12; 1 Yəh. 4:8)».

MÜQƏDDƏS KİTAB/ALLAH

● «Salam. Mən qısaca olaraq sizə vacib bir mə’lumatı çatdırmaq istəyirəm. Zəhmət olmasa, Müqəddəs Kitabda deyilənə diqqət yetirin. (Vəhy 21:3, 4 kimi ayələri oxu.) Bu barədə siz nə düşünürsünüz? Bu fikir xoşunuza gəlirmi?»

● «Biz qonşularımıza belə bir sual veririk: Sizcə, bugünkü problemlərin həllinə dair praktiki köməyi haradan ala bilərik? Əvvəllər bir çox insanlar Müqəddəs Kitaba müraciət edirdilər. İndi isə başqa zəmanədə yaşayırıq. Siz buna necə baxırsınız? Necə düşünürsünüz, Müqəddəs Kitab Allahın Kəlamıdır, yoxsa sadəcə insanlar tərəfindən yazılmış yaxşı bir kitabdır? [...] Əgər bu kitab Allahdandırsa, onda sizcə bunu necə yoxlamaq olar?»

[● «Sizinlə görüşmək fürsətinə çox şadam. Mən qonşularımla Müqəddəs Kitabdan (və ya «Müqəddəs Yazılardan») çox ruhlandırıcı fikirləri bölüşürəm. Heç fikirləşmisinizmi ki..? (seçdiyin mövzuya dair söhbətə yol açan sual ver)».]

● «Biz insanları Müqəddəs Kitabı oxumağa təşviq edirik. Müqəddəs Kitabın ən vacib suallara nə qədər müdrikliklə cavab verdiyinə insanlar çox vaxt təəccüblənirlər. Məsələn... (Məz. 104:5; yaxud Dan. 2:44; və ya başqa sitat)».

● «Bu gün biz qonşularımızla qısaca olaraq söhbət edirik. Danışdığımız insanların bə’ziləri Allaha inanırlar. Digərlərinə isə Allaha inanmaq çətindir. Bəs siz bu barədə nə düşünürsünüz? [...] Müqəddəs Kitab bizi fiziki Kainatın əzəmətinə diqqət yetirməyə təşviq edir (Məz. 19:1). Göy cisimlərini qanunlarla tənzimləyən Kəs bizim üçün də dəyərli rəhbərlik nəzərdə tutub (Məz. 19:7-9)».

MÜHARİBƏ/SÜLH

● «Mən, müharibəsiz dünyada yaşamaq arzusunda olan insanları axtarıram. Təkcə bizim əsrdə, iki dünya müharibəsi də daxil olmaqla, yüzlərlə müharibə baş vermişdir. [...] Yer üzündə həqiqi sülhü kim yarada bilər? [...] (Mik. 4:2-4)».

● «Demək olar ki, hamı dünyada sülhün olmasını istəyir. Siyasi rəhbərlərin əksəriyyəti də bu haqda danışır. Bəs onda nəyə görə sülhə nail olmaq belə çətindir? [...] (Vəhy 12:7-12)».

PADŞAHLIQ

● «Qonşularımla söhbət edərkən aydın olur ki, insanların çoxu qarşılaşdıqları cinayət və qiymətlərin qalxması kimi böyük problemləri (yaxud hazırda əhalinin əksəriyyətini narahat edən digər çətinlikləri) həll edəcək bir hökumətin rəhbərliyi altında yaşamağı arzulayır. Bu cür hökumət arzu edilən olardı, elə deyilmi? [...] Bu gün dünyada belə hökumət varmı? [...] Əslində insanların bir çoxu onun gəlişi üçün dua edir. Bəlkə siz də bu haqda dua edirsiniz, amma yalnız azsaylı insanlar həqiqətən məhz bu hökumətin gəlişi üçün dua etdiklərini bilirlər (Dan. 2:44; Məz. 67:6, 7; Mik. 4:4)».

● «Biz qonşularımıza belə bir sual veririk. Sizin də fikrinizi eşitmək bizə maraqlı olardı. Bildiyiniz kimi İsa, Allahın Padşahlığının gəlişi və Allahın iradəsinin göylərdə olduğu kimi, yer üzündə də icra olunması barədə dua etməyi öyrədirdi. Necə düşünürsünüz, bu dua nə zamansa eşidiləcəkmi, yə’ni Allahın iradəsi nə vaxtsa yer üzündə həyata keçiriləcəkmi? [...] (Yeşaya 55:10, 11; Vəhy 21:3-5)».

● «Mən qonşuluğumda yaşayan insanlarla, gec-tez hər birimizin qarşısında duracaq bir sualı müzakirə edirəm: Biz nəyə üstünlük veririk — Allahın hakimiyyətinə, yoxsa insanların? Bu gün dünyada yaranmış vəziyyəti nəzərə alsaq sizə elə gəlmirmi ki, insanların nailiyyətlərindən daha artıq şeyə ehtiyac duyuruq? [...] (Mat. 6:9, 10; Məz. 146:3-5)».

TEZ-TEZ TƏBLİĞ OLUNAN SAHƏLƏRDƏ

● «Sizi evdə görməyimə çox şadam. Bu həftə, həmişə olduğu kimi, bu ərazinin sakinlərinə baş çəkir və Allahın Padşahlığının bəşəriyyətə gətirəcəyi daha bir valehedici xeyir-dua barədə mə’lumat veririk».

● «Salam. Sizi yenidən görməyimə çox şadam... Özünüzün və ailənizin səhhəti necədir? [...] Sizinlə... haqda olan fikirlə bölüşmək istərdim».

[● «Sabahınız xeyir. Sizi bir daha görməyimə şadam... Sizinlə bir başqa vacib fikir haqqında söhbət etmək istərdim (müzakirə etmək istədiyin mövzunun adını çək)».]

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş