Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bsi07 s. 16—17
  • Müqəddəs Yazıların kitabı nömrə 31 Avdiya

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Yazıların kitabı nömrə 31 Avdiya
  • «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • Başlıqlar
  • Oxşar material
  • BİZƏ FAYDASI
  • Əbdiyanın məzmunu
    Müqəddəs Kitab
  • «Avdiya», «Yunus» və «Mikeya» kitablarından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2007
«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
bsi07 s. 16—17

Müqəddəs Yazıların kitabı nömrə 31 Avdiya

Yazan: Avdiya

Yazılması başa çatıb: b. e. ə. təx. 607-ci il

İBRANİCƏ Müqəddəs Yazıların ən qısa kitabı olan «Avdiya» cəmi 21 ayədən ibarətdir. Bu kitabda, bütöv bir xalqın yox olmasına gətirib çıxaran Allahın hökmü bəyan edilir. Eyni zamanda, Allahın Padşahlığının mütləq qələbəsi qabaqcadan xəbər verilir. Giriş sözlərdə sadəcə deyilir: ‘Avdiyaya zühur olan görüntü’. Kitabda peyğəmbərin həyatı, onun harada və nə vaxt doğulduğu, hansı qəbilədən olduğu haqda heç nə deyilmir. Əlbəttə, peyğəmbərin kimliyini aydınlaşdırmaq bir o qədər də vacib deyil; xəbərin özü daha vacibdir, çünki Avdiyanın da haqlı olaraq dediyi kimi, bu xəbər «Rəbdən»dir.

2 Bu peyğəmbərlikdə əsas diqqət Edoma yönəlir. Həmçinin Seir dağı kimi tanınan Edom ölkəsi Ölü dənizin cənubunda, Arava səhrası boyu uzanır. Bura uca dağları və dərin dərələri olan nahamar bir yerdir. Arava səhrasından şərqdəki sıra dağların bə’zi zirvələri dəniz səviyyəsindən 1700 metr hündürdür. Teman bölgəsi müdrik və qoçaq adamları ilə məşhur idi. Edomlular ölkələrinincoğrafi mövqeyi ilə fəxr edirdilər. Təbii səddlərin sayəsində özlərini təhlükəsiz hiss edirdiləra.

3 Edomlular Yaqubun qardaşı Esavın nəslindən idilər. Yaqubun adı İsrail adı ilə əvəz edilmişdi. Beləliklə, edomlularla israillilər bir-birlərinə çox yaxın qohum olduqlarından ‘qardaş’ sayılırdılar (Qanun. t. 23:7, KM). Lakin Edom qardaş kimi hərəkət etmirdi. İsraillilər Və’d edilmiş diyara girəcəkləri ərəfədə Musa Edom padşahının yanına elçilər göndərib, dincliklə onun ölkəsindən keçməyə icazə istədi. Lakin edomlular düşmənçilik göstərib, bu xahişi küdurətlə rədd etdilər və böyük orduyla onlara qarşı çıxdılar (Say. 20:14-21). Davud onları özünə tabe etsə də, sonralar Yehoşafatın günlərində edomlular xəlvəti moavlılar və ammonlularla Yəhudanın əleyhinə əlbir oldular və Yehoşafatın oğlu Yehoram padşaha qarşı üsyan qaldırdılar, Tir və Qəzzədə əsirlikdə olan israilliləri özlərinə əsir apardılar. Axazın padşahlığı dövründə isə Yəhudaya basqın edib daha çox əsir apardılar (2 Saln. 20:1, 2, 22, 23; 2 Pad. 8:20-22; Amos 1:6, 9; 2 Saln. 28:17).

4 Edomluların nifrəti b. e. ə. 607-ci ildə Babil ordusu Yerusəlimi viran qoyan zaman həddini aşdı. Onlar hadisələri məmnunluqla izləməklə kifayətlənmir, üstəlik işğalçıları bütün şəhəri dağıtmağa çağırırdılar. Onlar: «Gəlin oranı uçuraq, təməlindən dağıdaq!» deyə qışqırırdılar (Məz. 137:7). Qənimət püşklə bölünərkən edomlular paya şərik olurdular, yəhudilər ölkədən qaçıb canlarını qurtaranda isə onlar yolları kəsir, tutduqları adamları düşmən əlinə verirdilər. Avdiyanın edomluları ifşa etməsinin səbəbi, Yerusəlim viran ediləndə onların göstərdiyi qəddarlıq oldu. Şübhəsiz, o bu ittihamları yazarkən edomluların xəyanətkarlığı onun yaddaşında hələ də canlı idi (Avd. 11, 14). Edom özü Yerusəlimin məhvindən beş il keçməmiş Navuxodonosor tərəfindən işğal və talan edildiyindən kitab, yəqin ki, bu hadisələrə kimi yazılıb başa çatmışdır. Buna görə də, b. e. ə. 607-ci il ən müvafiq vaxt hesab edilir.

5 Avdiyanın Edomun əleyhinə söylədiyi peyğəmbərlik tamamilə yerinə yetdi! Peyğəmbərliyin sonunda deyilir: «Yaqub nəsli od, Yusif nəsli alov, Esav nəsli isə küləş olacaq, Yaqub və Yusif nəsli Esav nəslini yandırıb məhv edəcək. Esav nəslindən qurtulan olmayacaq. Çünki Rəbb belə söylədi» (18-ci ayə). Edom qılıncla yaşayırdı, qılıncla da məhv oldu, onun nəslindən bir nəfər də qalmadı. Bununla da «Avdiya» kitabının düzgün və gerçək olduğu sübut edildi. Avdiyanın həqiqi peyğəmbər olduğu aydın görünür: o, Yehovanın adından danışırdı, onun peyğəmbərliyi Yehovanı izzətləndirirdi və tarixin təsdiqlədiyi kimi dəqiqliklə yerinə yetmişdir. Onun adının çox müvafiq mə’nası var: «Yehovanın xidmətçisi».

BİZƏ FAYDASI

10 Yehova Edomun mühakimə ediləcəyinin labüdlüyünə zəmanət verərək, digər peyğəmbərləri də buna oxşar xəbərlər yazmağa sövq etmişdi. Onlardan ən diqqətəlayiqi Yoel 3:19; Amos 1:11, 12; Yeşaya 34:5-7; Yeremya 49:7-22; Yezekel 25:12-14; 35:2-15 ayələrində yazılmışdır. Erkən peyğəmbərliklər, görünür, edomluların keçmişdəki ədavətli hərəkətlərinə aiddir; sonrakı peyğəmbərliklərdə isə Edom, Yerusəlim babillilər tərəfindən zəbt edilən zaman törətdiyi, o cümlədən Avdiyanın xatırlatdığı bağışlanılmaz hərəkətlərinə görə ittiham edilir. Yehovanın peyğəmbərliklərinin e’tibarlılığına inamımız qabaqcadan deyilmiş fəlakətlərin Edomun başına gəldiyini tədqiq etməklə möhkəmlənir. Üstəlik, həmişə niyyətlərini yerinə yetirən Yehova Allaha imanımızı inkişaf etdiririk (Yeşaya 46:9-1).

11 Avdiya qabaqcadan demişdi ki, Edomun ‘müttəfiqləri’, onunla «əhd bağlayanların hamısı», onu məğlub edəcəklər (Avd. 7). Edomla Babil arasındakı sülh möhkəm deyildi. B. e. ə. VI əsrdə Babil ordusu Nabonid padşahın başçılığı altında Edomu məğlub etdib. Buna baxmayaraq, lovğa Edom Nabonidin bu ölkəni işğal etməsindən yüz il sonra da itirdiyi torpaqları qaytarmağa ümid bəsləyirdi. Bu haqda Malaki 1:4 ayəsində deyilir: «Edomlular deyir: “Biz əzildik, amma yenidən xarabalıqları bərpa edəcəyik”. Ancaq Ordular Rəbbi belə deyir: “Qoy onlar qursun, amma Mən yıxacağam”». Edomun əvvəlki ərazilərə qayıtmaq cəhdlərinə baxmayaraq, b. e. ə. IV əsrdə nabatlılar bu ölkədə tam məskunlaşdılar. Edomlular öz torpaqlarından qovuldular və Yəhudeyanın cənubunda məskunlaşdılar. Oranı İdumeya adlandırdılar. Seir ölkəsini geri almaq onlara nəsib olmadı.

12 İosif Flavinin dediyinə görə, edomluların qalığı onları sünnət olmağa məcbur etmiş yəhudi padşahı I Yəhya Hirkana tabe etdirildilər və tədricən yəhudi hakimlərinin hakimiyyəti altında yəhudilərə qarışdılar. B. e. 70-ci ilində Yerusəlim romalılar tərəfindən darmadağın ediləndən sonra onların adı tarixdən silindic. Avdiyanın: «Əbədi məhv olacaqsan. [...] Esav nəslindən qurtulan olmayacaq» deyə ­qabaqcadan xəbər verdikləri baş tutdu (Avd. 10, 18).

13 Tamamilə viran qalmış Edomdan fərqli olaraq, yəhudilərə b. e. ə. 537-ci ildə vali Zerubbabilin dövründə öz vətənlərinə qayıtmağa icazə verildi. Onlar Yerusəlimdəki mə’bədi yenidən tikdilər və orada məskunlaşdılar.

14 Şübhəsiz ki, qürrələnmək və lovğalıq fəlakətə gətirib çıxarır. Qoy Edomun aqibəti, özünü lovğalıqla tə’rifləyənlərə və Allahın xidmətçilərinə üz verən fəlakətlərə insafsızcasına sevinənlərə xəbərdarlıq olsun! Avdiya kimi, qoy onlar da e’tiraf etsinlər ki, «Rəbb səltənət sürəcək». Yehovaya və Onun xalqına qarşı çıxanlar həmişəlik məhv ediləcək, Yehovanın əzəmətli Padşahlığı isə əbədi duracaq və artıq heç kim, heç zaman Allahın hakimiyyətinin ədalətliyinə şübhə etməyəcək (21-ci ayə).

[Haşiyələr]

a «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 679, (ing.).

b «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 682, (ing.).

c İosif Flavi, «Yəhudi arxeologiyası», XIII, 257, 258 (ix, 1); XV, 253, 254 (vii, 9).

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş