Müqəddəs Yazıların kitabı nömrə 32 Yunus
Yazan: Yunus
Yazılması b-aşa çatıb: b. e. ə. təx. 844-ci il
BİZİM eradan əvvəl IX əsrdə yaşamış Yunusu missioner adlandırmaq olar. O, Yehovadan aldığı tə’yinata necə yanaşdı? Nələrlə üzləşdi? Adamlar onun dediklərini necə qəbul edirdilər? Onun xidməti nə dərəcədə uğurlu oldu? Bu sualların cavabını «Yunus» kitabındakı dramatik hekayətdən öyrənmək olar. Hekayət, Yehovanın seçilmiş xalqı Onunla əhdi pozub, bütpərəstliyə qapılan dövrdə yazılmışdır. Orada nəql olunur ki, Allahın lütfü yalnız bir xalqla, hətta bu xalq İsrail olsa da, məhdudlaşmır. Bundan əlavə, kitab Yehovanın hədsiz lütfünü və sevgi dolu xeyirxahlığını ucaldır, qeyri-kamil insanda isə mərhəmət, səbir və iman çatışmazlığına tez-tez rast gəldiyini qeyd edir.
2 «Yunus» adının mə’nası (ibranicə Yona) «Göyərçin» deməkdir. O, Zevulun ərazisinin Qalileyadakı Qat-Xefer şəhərindən olan peyğəmbər Ammitayın oğlu idi. 2 Padşahlar 14:23-25 ayələrində, İsrail padşahı Yarovamın, Yehovanın Yunusa dediyi sözlərə müvafiq olaraq, ölkənin sərhədlərini genişləndirdiyini oxuyuruq. Deməli, Yunusun peyğəmbərlik etdiyi vaxt təxminən b. e. ə. 844-cü ilə, II Yarovamın İsraildə padşahlığa başladığı vaxta düşür və paytaxtı Nineva olan Aşşurun İsraili zəbt etməsindən xeyli əvvəl olmuşdur.
3 Şübhəsiz Yunusun hekayəti tamamilə gerçəkdir. «İmanımızın Banisi və Kamilləşdiricisi» İsa, Yunus haqqında real şəxsiyyət kimi danışmış və Allahdan ilham alaraq, Yunusun kitabında təsvir edilən iki hadisənin peyğəmbərlik mə’nasını izah etmiş və onun həqiqi peyğəmbərlik kitabı olduğunu göstərmişdir (İbr. 12:2; Mat. 12:39-41; 16:4; Luka 11:29-32). Yəhudilər «Yunus» kitabını həmişə kanonik kitablarla bir cərgəyə qoymuş və tarixi saymışlar. Yunusun öz səhvlərini və zəif cəhətlərini bir təhər düzəltməyə heç bir cəhd göstərmədən aydın təsvir etməsi də hekayətin gerçəkliyinə sübutdur.
4 Bəs Yunusu udmuş «böyük... balıq» haqqında nə demək olar? Bu balığın növü ilə bağlı çox fərziyyələr irəli sürülmüşdür. Balina, həmçinin böyük ağ köpək balığı insanı bütövlükdə uda bilərlər. Amma Müqəddəs Kitabda belə deyilir: «Rəbb Yunusu udmaq üçün böyük bir balıq yetirdi» (Yun. 1:17). Balığın növü dəqiq göstərilmədiyi üçün bunun balina, ağ köpək balığı və ya başqa namə’lum dəniz heyvanı olduğunu demək mümkün deyila. Müqəddəs Kitabda bunun «böyük bir balıq» olduğu haqqındakı mə’lumat bizim üçün qaneedicidir.
BİZƏ FAYDASI
9 Yunusun hərəkət tərzi və onun nəticələri bizim üçün xəbərdarlıq olmalıdır. O, Allaha arxalanaraq Onun verdiyi tapşırığı canla-başla icra etmək əvəzinə, yaxasını bu işdən qurtarmaq istədi (Yun. 1:3; Luka 9:62; Sül. məs. 14:26; Yeşaya 6:8). Başqa səmtə yola düşən Yunus, mənfi fikirlərin tə’siri altında dənizçilərə ‘göylərin Allahı Rəbbə’ itaət etdiyini deməyə qorxdu. O, cəsarətini itirmişdi (Yun. 1:7-9; Efes. 6:19, 20). Yehova Ninevaya lütf göstərəndə Yunus eqoistlikdən bunu şəxsi təhqir sayıb, özünə bəraət qazandırmaq məqsədi ilə Yehovaya, bu işin belə qurtaracağını əvvəlcədən bildiyini dedi, bəs onu bir peyğəmbər kimi göndərməyə nə ehtiyac var idi? Yunus, hörmətsizliyinə və narazılığına görə məzəmmət olundu. Biz bundan ibrət dərsi götürərək Yehovanın Öz lütfünü necə təzahür etdirməsində və ya müəyyən problemləri həll etməsində səhv axtarmaqdan çəkinməliyik (Yun. 4:1-4, 7-9; Filip. 2:13, 14; 1 Kor. 10:10).
10 Bununla yanaşı, Yehovanın gözəl keyfiyyətlərinin, Onun sevgi dolu xeyirxahlığının və lütfünün təsvirinə Yunus kitabında üstünlük verilir. Öz peyğəmbərini göndərib onu gözləyən fəlakətdən xəbərdar etməklə Yehova Ninevaya sevgi dolu xeyirxahlıq, şəhər əhli tövbə edən zaman isə məmnuniyyətlə lütfkarlıq göstərdi. Bundan sonra Nineva b. e. ə. 632-ci ildə midiyalılar və babillilər tərəfindən darmadağın edilənə kimi, Allahın lütfü sayəsində 200 ildən də artıq mövcud oldu. Allah həmçinin Yunusa da lütf göstərdi, güclü tufanda onun həyatını qoruyub saxladı və «onu pis halından qurtarmaq üçün» gənəgərçək bitkisi yetişdirdi. Yehova Yunusa gənəgərçək yarpaqlarınin kölgəsində daldalanmağa imkan verib sonradan bu bitkini məhv etməklə lütfkarlıq və sevgi dolu xeyirxahlığın Onun şəxsi iradəsi olduğunu göstərdi (Yun. 1:2; 3:2-4, 10; 2:10; 4:6, 10, 11).
11 Matta 12:38-41ayələrində İsa din rəhbərlərinə dedi ki, onlara yalnız ‘Yunis [Yunus] peyğəmbərin əlaməti’ veriləcəkdir. Üç gün-üç gecə «balığın [«şeolun», YD] qarnında» qalan Yunus Ninevaya təbliğ etməyə getdi. Beləliklə o, ninevalılar üçün «əlamət» oldu (Yun. 1:17; 2:2; 3:1-4). Buna uyğun şəkildə, İsa üç natamam gün qəbirdə oldu və sonra dirildildi. Onun şagirdləri bu hadisəyə şahidlik edəndə İsa o nəsil üçün əlamət oldu. Yəhudilərin vaxt hesablama üsulu və peyğəmbərliklərin İsanın üzərində icra olunması faktları «üç gün-üç gecə» müddətini, üç natamam günə aid etməyə icazə verirb.
12 İsa söhbətə davam edib, ninevalıların tövbəsilə, yəhudilərin daşürəkliyini və xidməti zamanı ona qarşı bəslədikləri açıq nifrəti qarşı-qarşıya qoyaraq dedi: «Nineviya [Nineva] əhalisi qiyamət günündə bu nəsil ilə bərabər qalxacaq və onu məhkum edəcək. Çünki onlar Yunisin [Yunusun] təbliği ilə tövbə etdilər; və budur, Yunisdən daha böyüyü buradadır». (Həmçinin Matta 16:4 və Luka 11:30, 32 ayələrinə baxın.) «Yunisdən [Yunusdan] daha böyüyü buradadır» sözlərilə İsa nəyi nəzərdə tuturdu? O, bunu özünə: «Tövbə edin, çünki Səmavi Səltənət yaxındır» deyə təbliğ etmək üçün Yehova tərəfindən göndərilmiş ən böyük peyğəmbərə aid edirdi (Mat. 4:17). Amma o dövrdəki yəhudilərin çoxu ‘Yunis [Yunus] peyğəmbərin əlamətini’ rədd etdilər. Bəs bu gün vəziyyət necədir? Çoxları Yehovanın xəbərdarlığına məhəl qoymasalar da, bütün dünyada minlərlə adam gözəl imkandan, ilk dəfə «İnsan Oğlu» İsanın təbliğ etməyə başladığı Padşahlıq haqqında xoş xəbəri eşitmək imkanından istifadə edirlər. Yunusun təbliği nəticəsində xeyir-dua almış ninevalılar kimi, bu insanlar da Yehovanın səxavəti və lütfündən istifadə etməklə uzun ömür sürə bilərlər, axı həqiqətən də «xilas Rəbdədir!» (Yun. 2:9).
[Haşiyələr]
a «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 99, 100, (ing.).
b «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 593, (ing.).