Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 6
  • Vəd edilmiş uşaq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Vəd edilmiş uşaq
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Vəd edilmiş uşaq
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • O, eşitdiklərinin mənası üzərində düşünürdü
    İman örnəkləri
  • «Mən Yehovanın quluyam!»
    İman örnəkləri
  • İsa itaətkar olmağı öyrəndi
    Gözətçi qülləsi 2010
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 6

Fəsil 6

Vəd edilmiş uşaq

YUSİF və Məryəm Nazaretə qayıtmayıblar, onlar hələ Betlehemdədirlər. Allahın Musa peyğəmbərə verdiyi Qanuna görə onlar səkkiz günlük İsanı sünnət edirlər. Görünür, İsraildə oğlan uşağına sünnət edilən gün ad verilirdi. Yusiflə Məryəm Cəbrayıl mələyin göstərişinə əsasən, uşağa İsa adını qoyurlar.

Bir müddət keçir, İsa artıq qırx günlükdür. İndi valideynləri onu götürüb Allahın Yerusəlimdəki məbədinə gətirirlər. Bura onların qaldığı evdən cəmi bir neçə kilometr məsafədə yerləşir. Musanın Qanununa əsasən, oğlan uşağı qırx günlük olanda anası pak olmaq üçün məbədə qurban gətirməli idi.

Məryəm də belə edir. O, iki balaca quş qurban gətirir. Buradan biz Yusiflə Məryəmin kasıb yaşadıqlarını öyrənirik. Əslində, Qanun qadından bir toğlu qurban gətirməyi tələb edirdi. Toğlu quşdan qat-qat baha idi. Əgər qadının buna gücü çatmırdısa, onda bir cüt qumru quşu, yaxud da iki göyərçin gətirə bilərdi.

Məbəddə Şimeon adlı qoca bir kişi İsanı qucağına götürür. Yehova Allah ona bildirmişdi ki, o, vəd edilmiş Məsihi görməyincə ölməyəcək. Yusiflə Məryəm uşağı məbədə gətirdikləri gün Şimeon da məbədə gəlir və müqəddəs ruh onu körpə İsanın yanına aparır.

Şimeon uşağı qucağında tutub Allaha şükür edir: «Pərvərdigara! Dediyin kimi, indi qulun məzara arxayınlıqla gedəcək, çünki bütün millətlərin önündə hazırladığın xilas yolunu öz gözlərimlə gördüm. O, millətlərin gözündəki duvağı qaldıran işıqdır, xalqın İsrailin şərəfidir».

Yusiflə Məryəm bunları eşidəndə heyrətlənirlər. Sonra Şimeon onlara xeyir-dua verib Məryəmə deyir ki, onun oğlu «İsraildə bir çoxlarının yıxılması və yenidən qalxması üçündür» və kədər Məryəmin qəlbini iti qılınc kimi yarıb keçəcək.

Bu vaxt 84 yaşlı qadın peyğəmbər Anna da orada idi. O, heç vaxt məbəddən ayrılmırdı. Anna onlara yaxınlaşıb Allaha şükür etməyə başlayır və onu dinləyən hər adama İsa haqqında danışır.

Yusif və Məryəm məbəddə baş verənləri görüb hədsiz sevinirlər. Bütün bunlar bir daha onları əmin edir ki, İsa Allahın vəd etdiyi uşaqdır! Luka 2:21—38; Levililər 12:1—8.

▪ İsraildə oğlan uşaqlarına nə vaxt ad qoyurdular?

▪ İsraildə oğlan uşağı qırx günlük olanda ana nə etməli idi və Məryəmin bu tələbi yerinə yetirməsindən onun maddi vəziyyəti haqqında nə öyrənirik?

▪ İsanın Xilaskar olduğu kimlərə bəlli olur və onlar bunu necə göstərirlər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş