Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 47
  • Göz yaşları sevincə çevrilir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Göz yaşları sevincə çevrilir
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Yairin qızı dirilir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa ölüləri dirildir
    Müqəddəs Kitab hekayələri
  • Ölüm yuxusundan ayılmaq mümkündür!
    Böyük Müəllimdən öyrən
  • İsa Məsih çoxlu möcüzələr göstərir
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 47

Fəsil 47

Göz yaşları sevincə çevrilir

QADININ sağaldığını görən Yair, şübhəsiz, İsanın xariqüladə gücünə daha da çox inanır. Yair bir az bundan qabaq İsadan xahiş etmişdi ki, ölüm ayağında olan balasına yardım etsin. Lakin bu an Yairin ən çox qorxduğu şey baş verir. İsa hələ qadınla danışmaqda ikən bir neçə nəfər kişi gəlib yavaş səslə Yairə deyirlər: «Qızın öldü. Daha müəllimə əziyyət vermə».

Bu yaman bəd xəbərdir! Cəmiyyətdə hörmət-izzət sahibi olan bu kişi qızının ölüm xəbərini eşitdikdə tamam biçarə qalır. Söhbəti eşidən İsa dönüb Yairə toxtaqlıq verir: «Qorxma, sən bircə inan».

İsa kədərdən qəddi bükülmüş bu ata ilə birgə onun evinə gedir. Evə çatanda görürlər ki, hamı dəyib bir-birinə: kim ağlayır, kim şivən qoparır, kim dərddən sinəsini döyür. İsa içəri girib soruşur: «Bu nə hay-küydür? Niyə ağlaşma qurmusunuz? Uşaq ölməyib, yatır».

Orada olanlar İsanın bu sözlərinə rişxəndlə gülürlər, çünki uşağın doğrudan öldüyünü bilirlər. Ancaq İsa deyir ki, qız sadəcə yatır. O, Allahın ona verdiyi güc vasitəsilə göstərəcək ki, ölmüş insanı diriltmək, yuxudan ayıltmaq kimi asan bir işdir.

İsa işi belə görəndə qızın ata-anası, Peter, Yaqub və Yəhyadan savayı hamını bayıra çıxarır. Sonra onlarla birgə uşağın yatdığı otağa girir. O, qızın əlindən tutub: «Talita kumi», — deyir. Bu sözün mənası «qızcığaz, səninləyəm, qalx!» deməkdir. Qız o andaca durub gəzməyə başlayır. Valideynlərin isə sevinci yerə-göyə sığmır!

İsa əvvəlcə uşağa yeməyə bir şey verməyi tapşırır, sonra Yairə və arvadına ciddi göstəriş verir ki, məbada bu hadisəni kiməsə danışsınlar. Buna baxmayaraq, xəbər bütün bölgəyə yayılır. Bu, İsa Məsihin gerçəkləşdirdiyi ikinci dirilmə idi. Matta 9:18—26;Mark 5:35—43; Luka 8:41—56.

▪ Yairə hansı xəbəri çatdırırlar və İsa ona necə toxtaqlıq verir?

▪ Onlar gələndə Yairin evində vəziyyət necə idi?

▪ İsa nə üçün ölmüş qızın sadəcə yatdığını deyir?

▪ İsanın yanında qalıb dirilmənin şahidi olan beş adam kimlərdir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş