Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • kl fəs. 1 s. 6—11
  • Siz xoşbəxt bir gələcəyə sahib ola bilərsiniz!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Siz xoşbəxt bir gələcəyə sahib ola bilərsiniz!
  • Əbədi həyata aparan bilik
  • Başlıqlar
  • Oxşar material
  • ƏBƏDİ HƏYAT!
  • CƏNNƏTDƏKİ HƏYAT
  • BƏRPA EDİLMİŞ CƏNNƏTDƏKİ HƏYAT
  • BİLİK VƏ SİZİN GƏLƏCƏYİNİZ
  • «Cənnətdə görüşənədək!»
    Gözətçi qülləsi 2018
  • Cənnət
    Oyanın! 2013
  • Allahın dostları Cənnətdə yaşayacaqlar
    Sən Allahın dostu ola bilərsən!
  • Allahın bəşəriyyət üçün niyyəti
    İlahi müjdə
Əlavə
Əbədi həyata aparan bilik
kl fəs. 1 s. 6—11

FƏSİLl 1

Siz xoşbəxt bir gələcəyə sahib ola bilərsiniz!

SEVDİYİNİZ adamın sizi bağrına basması. Süfrə arxasında əziz dostlarla birlikdə olarkən ürəkdən gələn gülüş səsləri. Uşaqlarınızın sevinclə oynamalarına tamaşa etməkdən aldığınız məmnunluq hissləri. Bu kimi anlar adama böyük sevinc bəxş edir. Lakin həyat çoxları üçün bir-birinin ardınca gələn ciddi problemlər yaradır. Əgər bu sizin də payınıza düşübsə, ümidinizi üzməyin.

2 Allah sizin xoşbəxt olmağınızı və gözəl mühitdə, ən yaxşı şəraitdə yaşamağınızı istəyir. Bu yalnız arzu deyil, çünki Allah sizə xoşbəxt gələcək üçün açar təklif edir. Bu açar bilikdir.

3 Söhbət insan müdrikliyindən qat-qat üstün olan xüsusi bilikdən gedir. Bu, “Allah biliyi”dir (Süleymanın məsəlləri 2:5). Təxminən 2000 il bundan əvvəl Müqəddəs Kitab yazıçılarından biri demişdir: “Hər bir evin bənnası vardır, hər şeyin bənnası isə Allahdır” (İbranilərə 3:4). Hər şeyi Yaradanın sahib olduğu bilik haqqında düşünün! Müqəddəs Kitabda deyilir ki, Allah ulduzları sayır və onlara ad verir. Təkcə bizim qalaktikada yüz milyardlarla ulduzun mövcud olduğunu təsəvvür edin! Bu, həqiqətən də heyranedici haldır, astronomların dediyinə görə isə yüz milyarda yaxın qalaktika mövcuddur! (Məzmur 147:4). Həmçinin Allah bizim haqqımızda da hər şeyi bilir, buna görə də həyati vacib suallarımıza Ondan başqa kim tam cavab verə bilər? (Matta 10:30).

4 Avtomobillərini tə’mir edən iki nəfər kişini təsəvvür edin. Onlardan biri sınmış yeri tə’mir etməkdən əlini üzüb, alətləri yerə atır. O biri isə səbirlə sınan yeri düzəldir, açarı çevirir və budur, mühərrik işə düşüb yaxşı işləyir. Onlardan hansında istehsaledici zavodun təqdim etdiyi istismar üzrə rəhbərlik kitabçasının olduğunu başa düşmək heç də çətin deyil. Allahın da həyat üçün bizə rəhbərlik təqdim etməsi məntiqəuyğun deyilmi? Yəqin bilirsiniz ki, Müqəddəs Kitab özü haqqında Yaradanın rəhbərliyini, həmçinin Allah haqqında biliyi təqdim edən bir kitab kimi danışır (2 Timoteyə 3:16).

5 Əgər Müqəddəs Kitabın dediyi doğrudursa, onda oradakı biliyin nə qədər dəyərli olduğunu düşünün! Süleymanın məsəlləri 2:1-5 ayələrində Müqəddəs Kitab bizi gizlədilmiş xəzinəni axtarır kimi müdrikliyi də insan təfəkküründə deyil, Allah Kəlamında axtarmağa təşviq edir. Əgər “Allah biliyini” Müqəddəs Kitabda axtarsaq, onu hökmən tapacağıq. Allah bizim məhdud imkanlarımızdan, o cümlədən tələbatlarımızdan agah olduğuna görə dinc və xoşbəxt həyat yaşamağımıza kömək etmək üçün rəhbərlik təqdim edir (Məzmur 103:14; İşaya 48:17). Bundan başqa, Allah haqqındakı bilik bizə həyəcanlandırıcı xoş xəbəri təqdim edir.

ƏBƏDİ HƏYAT!

6 Tarixi şəxsiyyət kimi yaxşı tanınan İsa Məsih Allah haqqındakı biliyin bu sahəsini aydın təsvir etmişdir. O demişdir: “Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısın­lar” (Yəhya 17:3). Təsəvvür edin, bu bilik əbədi həyata aparır!

7 Əbədi həyatı yerinə yetməz bir arzu kimi inkar etməyə tələsməyin. Bunun əvəzinə, məsələn, insan orqanizminin necə yaradıldığına nəzər salın. O çox gözəl düşünülüb, belə ki, biz eşitmə, görmə, dadbilmə, iybilmə və toxunma kimi duyğulara malikik. Yer üzündə o qədər şeylər var ki, biz onlardan duyğu orqanlarımızın sayəsində sevinc alırıq: dadlı qida, quşların avazla oxuması, xoş ətirli çiçəklər, gözəl mənzərələr, xoş dostluq münasibətləri! Bütün bunlardan isə istənilən superkompüterdən üstün olan valehedici beynimizin sayəsində həzz almaq mümkündür. Həqiqətənmi elə düşünürsünüz ki, Yaradan bizim ölməyimizi və bütün bunları itirməyimizi istəyir? Onun bizim xoşbəxt və əbədi yaşamağımızı istəməsi qənaətinə gəlmək məntiqəuyğun deyilmi? İndi Allah haqqında biliyin sizin üçün nə mə’na kəsb etdiyini görürsünüzmü?

CƏNNƏTDƏKİ HƏYAT

8 Müqəddəs Kitabın Yerin və bəşəriyyətin gələcəyi haqqında dediyini bir kəlmə ilə ifadə etmək olar — Cənnət! İsa Məsih ölmək üzrə olan adama: “Mənimlə bərabər cənnətdə olacaqsan” dedikdə elə bunu nəzərdə tuturdu (Luka 23:43). Cənnət haqqında verilən və’d həmin insana, şübhəsiz ki, ulu valideynlərimiz Adəmlə Həvvanın yaşadıqları xoşbəxt yeri xatırlatdı. Allah onları kamil yaratmışdı və onlar Yaradanın qurduğu parkabənzər bağda yaşayırdılar. Həmin yer münasib olaraq ləzzət bağı mə’nasını daşıyan Eden bağı adlanırdı.

9 Bu bağ olduqca gözəl idi! Yə’ni əsl Cənnət idi. Orada gözəl yaşıllıq içində dadlı meyvə ağacları vardı. Adəm və Həvva malikanələrini öyrənir, dadlı, büllur kimi təmiz sudan içir və ağacların bəhrəsindən yığırdılar, onların narahat olmağa və qorxmağa heç bir səbəbləri yox idi. Hətta heyvanlar belə onlara xətər yetirmirdi. Allah Adəmlə Həvvaya onların üzərində məhəbbətlə hökm sürməyi buyurmuşdu. Üstəlik ilk insan cütü tam sağlam idi. Nə qədər ki, Allaha itaət edirdilər, onların qarşısında əbədiyyən xoşbəxt yaşamaq imkanı var idi. Onlara olduqca maraqlı iş tapşırılmışdı, yə’ni gözəl Cənnət evlərinin qayğısına qalmalı idilər. Allah Adəm ilə Həvvaya buyurdu: “Yer üzünü doldurun və ona sahib olun”. Onlar nəsilləri ilə birlikdə, bütün yer üzü gözəl və valehedici məkan oluncaya qədər Cənnətin sahəsini genişləndirməli idilər (Təkvin 1:28).

10 Ancaq İsa Cənnətdən danışarkən ölmək üzrə olan adama olub keçənləri xatırlatmaq niyyətində deyildi. İsa gələcəkdən söz edirdi! O bilirdi ki, bizim ümumi yer evimiz bir zaman Cənnət olacaqdır. Bununla da, Allah yer üzünə və bəşəriyyətə dair ilk niyyətini həyata keçirəcəkdir (İşaya 55:10, 11). Bəli, Cənnət bərpa olunacaq! Bəs Cənnətdəki həyat necə olacaq? Gəlin, bu suala Allahın Kəlamı olan Müqəddəs Kitabın cavab verməsinə yol verək.

BƏRPA EDİLMİŞ CƏNNƏTDƏKİ HƏYAT

11 Artıq xəstəlik, qocalıq və ölüm olmayacaq. “O zaman korların gözləri açılacaq, karların da qulaqları açılacaq. O zaman topal adam maral kimi sıçrayacaq və dilsizin dili tərənnüm edəcək” (İşaya 35:5, 6). “Allahın Özü onlarla [bəşəriyyətlə] olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi” (Vəhy 21:3, 4).

12 Cinayətə, zorakılığa və pisliyə əbədiyyən son qoyulacaq. “Şərirlər kəsilib atılacaq... Bir az gözlə və pis yox olacaqdır; onun yerini araşdıracaqsan və yox olacaqdır. Fəqət həlimlər dünyanı miras alacaqlar” (Məzmur 37:9-11). “Pis adamlar məmləkətdən atılacaqlar və xainlər ondan yox ediləcəklər” (Süleymanın məsəlləri 2:22).

13 Bütün dünyada sülh hökm sürəcəkdir. Allah “yerin ucuna qədər cəngləri durdurar; yayı qırar və mizrağı parçalar” (Məzmur 46:9). “Saleh çiçəklənsin və ay yox oluncaya qədər, sülh bolluğu olsun” (Məzmur 72:7).

14 Gözəl evlər və məmnunluq gətirən iş olacaqdır. “Evlər tikəcəklər və yaşayacaqlar... Onlar tikib başqası yaşamayacaq; onlar əkib başqası yeməyəcək; çünki xalqımın günləri ağacın günləri kimi olacaq və seçdiklərim öz əllərinin işindən istifadə edəcəklər. Boş yerə əmək verməyəcəklər və fəlakət üçün doğmayacaqlar” (İşaya 65:21-23).

15 Sağlam qida bolluğu olacaqdır. “Yerdə, dağlar başında, buğda bolluğu olsun” (Məzmur 72:16). “Yer üzü məhsulunu verdi; Allah, bizim Allahımız, bizi mübarək qılacaqdır” (Məzmur 67:6).

16 Cənnət dünyasındakı əbədi həyat ləzzət verəcəkdir. “Salehlər yeri miras alar və onda əbədiyyən yaşayarlar” (Məzmur 37:29). “Çöl və quraq yer məsrur olacaq və bozqır sevinəcək və nərgiz kimi çiçəklənəcək” (İşaya 35:1).

BİLİK VƏ SİZİN GƏLƏCƏYİNİZ

17 Əgər Cənnətdə yaşamaq istəyirsinizsə, heç bir şeyin Allah haqqında bilik əldə etməyinizə mane olmasına yol verməyin. Allah insanları sevir və yer üzünü Cənnətə çevirmək üçün lazımi dəyişikliklər edəcəkdir. Əgər sizin bütün dünyadakı əzab-əziyyətlərə son qoymağa və haqsızlığı aradan qaldırmağa gücünüz çatsaydı, məgər bunu etməzdinizmi? Belə isə bunu Allahdan gözləməli deyilikmi? Müqəddəs Kitabda, Allahın ixtilaflarla parçalanan indiki sistemi aradan qaldırıb, onu tam ədalətli hakimiyyətlə əvəz edəcəyi zaman haqqında açıqca deyilir (Daniel 2:44). Ancaq Müqəddəs Kitab yalnız bundan bəhs etmir. O, bizə Allahın və’d edilmiş yeni dünyasında yaşamaq üçün necə xilas ola biləcəyimizi göstərir (2 Peter 3:13; 1 Yəhya 2:17).

18 Allah haqqındakı bilik artıq indidən sizə fayda gətirə bilər. Müqəddəs Kitabda həyatın ən dərin və narahatedici suallarına cavab var. Əgər siz orada verilən rəhbərliyi qəbul etsəniz, Allahla dostluq münasibətlərini inkişaf etdirə bilərsiniz. Bu isə böyük üstünlükdür! Sizin ürəyinizdə ancaq Allahın verə biləcəyi sülh hökm sürəcəkdir (Romalılara 15:13, 33). Bütün bunları öyrənmək qərarına gəlməklə siz həyatınızda ən vacib və ən dəyərli işə girişmiş olursunuz. Əbədi həyata aparan Allah haqqındakı biliyi əldə etmək istədiyinizə görə heç zaman təəssüflənməyəcəksiniz.

19 Biz Müqəddəs Kitaba, Allah haqqındakı biliyin məhz onda olduğuna görə müraciət edirik. Bəs bu kitabın sadəcə insan müdrikliyi olmadığını haradan bilirik? Bu sualı növbəti fəsildə müzakirə edəcəyik.

BİLİYİNİZİ YOXLAYIN

• Allah haqqındakı bilik nəyə görə əbədi xoşbəxtliyə apara bilər?

• Gələcəkdə yer üzündəki Cənnətdə həyat necə olacaqdır?

• Allah haqqındakı bilik artıq indidən hansı faydanı gətirir?

[Öyrənilmə üçün olan suallar]

1, 2. Yaradan sizin üçün nə arzu edir?

3. Xoşbəxtliyin açarı hansı bilikdir və nəyə görə əmin ola bilərik ki, bu biliyi Allah verə bilər?

4. Həyatımız üçün rəhbərliyi nəyə görə Allahdan gözləməliyik və bu rəhbərliyi hansı kitab təqdim edir?

5. Müqəddəs Kitabdakı bilik nə dərəcədə qiymətlidir?

6. Allah haqqındakı biliyə dair İsa Məsih insanları nəyə əmin etdi?

7. Allahın bizim ölməyimizi istəməməsinə hansı sübutlar var?

8. Müqəddəs Kitab bəşəriyyətin gələcəyi haqqında nə deyir?

9. Cənnətdəki həyat necə idi?

10. İsa Cənnətdən danışarkən nəyi nəzərdə tuturdu?

11. Bərpa edilmiş Cənnətdə xəstəlik, qocalıq və ölümlə nə baş verəcək?

12. Nəyə görə əmin ola bilərik ki, gələcək Cənnətdə cinayət, zorakılıq və pislik olmayacaqdır?

13. Allah sülhü necə bərqərar edəcəkdir?

14, 15. Müqəddəs Kitabda bərpa edilmiş Cənnətdəki ev, iş və qida haqqında nə deyilir?

16. Nəyə görə Cənnətdəki həyat ləzzət verəcəkdir?

17. a) Cənnətdə yaşamaq istəyirsinizsə, nə etməlisiniz? b) Haradan bilirik ki, Allah yer üzündə köklü dəyişikliklər edəcəkdir?

18. Allah haqqındakı bilik artıq indidən həyatınıza necə tə’sir göstərə bilər?

19. Növbəti fəsildə hansı sual müzakirə olunacaqdır?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş