Natiqlik və müəllimlik qabiliyyətini inkişaf etdirmək üçün proqram
BU PROQRAM gənclərə və yaşlılara, qadınlara və kişilərə öz fikirlərini daha yaxşı ifadə etməyə və Allahın Kəlamını daha məharətlə öyrətməyə kömək edəcək.
Teokratik Xidmət Məktəbinin nəzarətçisi məktəbə yazılanlara tapşırıq verəcək. Növbəti üç səhifədə istifadə edə biləcəyin şəxsi məsləhət blankı var. Bəndlərin əvvəlindəki rəqəmlər növbəti səhifələrdəki dərslərin nömrələrinə müvafiqdir. Həmin dərslərdə natiqlik və müəllimlik qabiliyyətinin müəyyən cəhətlərinə yiyələnməyə nəyin daxil olduğu və onların hər birinin nə üçün vacib olduğu ətraflı izah olunur. Həmçinin orada aldığın məsləhətləri tətbiq etmək barədə faydalı göstərişlər tapa bilərsən.
Məsləhət blankında hansı dərslərin 1) auditoriya qarşısında oxumağa, 2) iki və daha artıq şəxsin iştirak etdiyi dialoqa, 3) yığıncaq qarşısında söylənən nitqə aid olduğu müxtəlif rənglərlə göstərilir. Məktəbin nəzarətçisi üzərində işləmək üçün sənə dərs verəcək. Yaxşı olar ki, hər dəfə bir dərsin üzərində işləyəsən. Dərsin sonundakı çalışmaları etmək sənə böyük fayda gətirəcək. Əgər həmin dərsdəki məsləhəti uğurla yerinə yetirsən, onda məsləhət verən qardaş sənə yeni dərs verəcək.
Əgər tapşırığın dialoq şəklindədirsə, sənin şərti vəziyyətə ehtiyacın olacaq. 82-ci səhifədə şərti vəziyyətlərin siyahısı gətirilir. Buna baxmayaraq, başqa şərti vəziyyətlərdən də istifadə etmək olar. Məsləhət verən qardaş təcrübə əldə etməyin üçün sənə müəyyən şərti vəziyyət verə bilər, yaxud da seçimi öz ixtiyarına buraxa bilər.
Məktəbdə aldığın tapşırıqlara hazırlaşmaqdan əlavə, bu kitabı oxumaq və çalışmaları etmək inkişafına çox böyük təkan verəcək. Məsələn, hər həftə bir dərsin üzərində çalışa bilərsən.
Teokratik Xidmət Məktəbində təlim aldığın müddətdən və ya xidmətdə iştirak etdiyin illərdən asılı olmayaraq, həmişə nədəsə inkişaf edə bilərsən. Qoy Teokratik Xidmət Məktəbində verilən təlim sənə tam fayda gətirsin.