Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 7 s. 105—s. 106 abz. 2
  • Əsas fikirlərin vurğulanması

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əsas fikirlərin vurğulanması
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Düzgün məntiqi vurğu
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Yığıncaq üçün çıxışların hazırlanması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Əsas bəndlərin nəzərə çarpdırılması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Ayələrin ifadəli oxunması
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 7 s. 105—s. 106 abz. 2

DƏRS 7

Əsas fikirlərin vurğulanması

Nə etməlisən?

Ucadan oxuyarkən sadəcə ayrı-ayrı cümlələrdəki yox, bütün materialdakı əsas fikirləri xüsusi vurğu ilə de.

Nə üçün vacibdir?

Əsas fikirlər vurğulanarsa, çatdırdığın xəbər daha asanlıqla yadda qalacaq.

YAXŞI oxuyan təkcə ayrı-ayrı cümlələri və ya cümlələrin yerləşdiyi abzası görmür. Oxuyarkən bütün materialdakı əsas fikirlər onun yadında olur. Bu, oxuyanın vurğunu hara vuracağına təsir edir.

Əgər belə edilməsə, çıxış yeknəsəq olacaq, heç bir fikir xüsusi olaraq seçilməyəcək. Çıxışın sonunda dinləyicilər diqqətəlayiq fikir kimi heç nəyi xatırlaya bilməyəcəklər.

Müqəddəs Kitabdan bir parça oxuyarkən əsas fikirləri vurğulamağa kifayət qədər diqqət yetirsək, həmin hissə daha canlı səslənəcək. Bu cür vurğudan istifadə etməyin sayəsində Müqəddəs Kitab öyrənməsi və ya yığıncaq görüşlərində abzasların oxunması daha ifadəli alınacaq. Bundan başqa, bəzən konqreslərdə olduğu kimi, hazır mətnlə çıxış edəndə də buna diqqət yetirmək xüsusilə vacibdir.

Necə nail olmaq olar? Ola bilər, sənə Teokratik Xidmət Məktəbində Müqəddəs Kitabdan bir parça oxumaq tapşırılsın. Hansı fikirləri vurğulayacağını necə müəyyən edə bilərsən? Oxuyacağın material hər hansı başlıca ideya və ya mühüm hadisə ətrafında cərəyan edirsə, onu qabarıq şəkildə nəzərə çarpdırmaq yaxşı olardı.

Oxuduğun parça, nəsr və ya nəzm, məsəl, yaxud hekayə şəklində yazılmasından asılı olmayaraq, yalnız yaxşı oxuduğun təqdirdə, dinləyicilərə fayda gətirəcək (2 Tim. 3:16, 17). Bunun üçün həm oxumağa hazırlaşdığın hissəni, həm də dinləyiciləri nəzərə almaq gərəkdir.

Əgər Müqəddəs Kitab öyrənməsində, yaxud yığıncaq görüşündə ucadan oxuyacaqsansa, hansı fikirləri vurğulayacağını necə müəyyən edə bilərsən? Çap olunmuş sualların cavabları əsas fikirlərdir. Həmçinin materialın aid olduğu qalın şriftlə yazılmış yarımbaşlıqla bağlı fikirləri də vurğula.

Yığıncaqda çıxış edənlərə nitqi sözbəsöz yazıb üzündən oxumağı vərdişə çevirmək məsləhət görülmür. Ancaq hərdən konqres üçün bəzi məruzələr hazır mətn şəklində verilir; bunu etməkdə məqsəd eyni fikrin bütün konqreslərdə eyni cür təqdim olunmasıdır. Belə hazır mətndə əsas fikirləri vurğulamaq üçün natiq əvvəlcə materialı diqqətlə təhlil etməlidir. Əsas bəndlər hansılardır? Natiq onları ayırd etməyi bacarmalıdır. Əsas bəndlər sadəcə natiqin maraqlı hesab etdiyi fikirlər deyil. Bunlar materialın ətrafında cərəyan etdiyi əsas fikirlərdir. Hərdən hazır mətndə qısa ifadə olunan əsas fikirdən sonra nə isə nəql edilir və ya dəlillər gətirilir. Çox vaxt təsdiqləyici dəlil gətirildikdən sonra qəti fikir irəli sürülür. Natiq əsas bəndləri müəyyənləşdirdikdə onları mətndə işarələməlidir. Adətən həmin bəndlərin sayı dörd-beşdən çox olmur. Sonra dinləyicilər onları asanlıqla tuta bilsinlər deyə, natiq oxumağı məşq etməlidir. Bunlar çıxışın zirvə nöqtələridir. Çıxış zamanı vurğudan düzgün istifadə edilərsə, əsas fikirlər, çox ehtimal ki, yadda qalacaq. Natiqin də məqsədi məhz elə bu olmalıdır.

Əsas bəndləri seçməkdə dinləyicilərə kömək etmək üçün natiq müxtəlif üsullarla onları vurğulaya bilər. Bunun üçün daha çox şövqlə və hisslərlə danışmaq, tempi dəyişmək, yaxud münasib jestlərdən istifadə etmək olar.

YADDA SAXLA:

  • Əsas fikirləri müəyyənləşdirmək məqsədilə materialı təhlil et. Həmin fikirləri işarələ.

  • Ucadan oxuyarkən həmin əsas fikirləri nəzərə çarpdırmaq üçün lazım gələndə tempi azalt, daha şövqlə və ya hisslərlə oxu.

ÇALIŞMA: «Gözətçi Qülləsi»nin öyrənmək üçün nəzərdə tutulan məqaləsindən beş abzas seç. Həmin abzaslara verilən sualların cavablarının altından xətt çək. Abzasları ucadan elə oxu ki, dinləyicilər cavabları asanlıqla müəyyən edə bilsinlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş