Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wt fəs. 12 s. 110—119
  • Sənin vəftizinin mənası

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sənin vəftizinin mənası
  • Vahid həqiqi Allaha ibadət edin
  • Başlıqlar
  • Oxşar material
  • Yəhya tərəfindən edilən vəftiz
  • Məsihçi şagirdlərin vəftizi
  • Öhdəliklərimizə müvafiq yaşamaq
  • Vəftiz nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Vəftiz olunmaq nəyə görə lazımdır?
    Gözətçi qülləsi 2002
  • Vəftiz — məsihi üçün tələb
    Gözətçi qülləsi 2018
  • Qarşınıza Allaha əbədiyyən xidmət etmək məqsədini qoyun
    Əbədi həyata aparan bilik
Əlavə
Vahid həqiqi Allaha ibadət edin
wt fəs. 12 s. 110—119

Fəsil 12

Sənin vəftizinin mənası

1. Vəftiz hər birimizi nə üçün maraqlandırmalıdır?

 ERAMIZIN 29-cu ilində Vəftizçi Yəhya İsanı İordan çayında suya batırmaqla vəftiz etdi. Yehova bu hadisəni göydən müşahidə edib Öz razılığını bildirdi (Matta 3:16, 17). İsa vəftiz olunmaqla bütün gələcək davamçıları üçün nümunə qoydu. Üç il yarım keçəndən sonra İsa şagirdlərinə dedi: «Göydə və yer üzündə bütün hakimiyyət Mənə verilmişdir. Beləliklə, gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin» (Matta 28:18, 19). Bəs sən, İsanın bu ayədəki əmrinə müvafiq tərzdə vəftiz olunmusanmı? Yoxsa hələ hazırlaşırsan?

2. Vəftizlə əlaqədar hansı suallara cavab tapmalıyıq?

2 Vəftiz olunub-olunmamağından asılı olmayaraq, Yehovaya xidmət etmək və Onun saleh yeni dünyasında yaşamaq istəyən hər bir şəxsin vəftiz haqqında tam anlayışı olmalıdır. Biz aşağıdakı suallara cavab tapmalıyıq: bu gün məsihçi vəftizi İsanın vəftizi kimi eyni məna daşıyır? «Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz» olunmaq nə deməkdir? Məsihçi vəftizinə müvafiq yaşamaq nə deməkdir?

Yəhya tərəfindən edilən vəftiz

3. Yəhya kimləri vəftiz edirdi?

3 İsanın vəftiz olunmasından altı ay əvvəl Vəftizçi Yəhya Yəhudeya səhrasında bu sözlərlə təbliğə başlamışdı: «Tövbə edin, çünki Səmavi Səltənət yaxındır» (Matta 3:1, 2). Yəhyanı dinləyənlər onun sözlərini ürəkdən qəbul edirdilər. Onlar günahlarını boynuna alır, tövbə edir, Yəhyanın yanına gəlib İordan çayında vəftiz olunurdular. O vəftiz yəhudilər üçün idi (Luka 1:13-16; Həvarilərin işləri 13:23, 24).

4. Birinci əsrdə yaşamış yəhudilərə tövbə etmək nəyə görə son dərəcə zəruri idi?

4 Yəhudilərə tövbə etmək son dərəcə zəruri idi. Eramızdan əvvəl 1513-cü ildə Sina dağında onların əcdadları İsrail xalqı Yehova Allahla rəsmi, təntənəli əhd və ya müqavilə bağladı. Lakin onlar böyük günahlar işlədib bu əhdin qarşısında götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən həmin əhd vasitəsilə ittiham edildilər. İsanın günlərində yəhudi xalqının vəziyyəti çox ağır idi. Malaki peyğəmbərin qabaqcadan söylədiyi Yehovanın «böyük və dəhşətli günü» artıq yaxınlaşırdı. Həmin ‘gün’ eramızın 70-ci ilində gəldi. O vaxt romalılar Yerusəlimi və oradakı məbədi dağıdıb milyondan çox yəhudini qırdılar. Həqiqi ibadəti ciddi-cəhdlə qoruyan Vəftizçi Yəhya Yehovaya «hazırlanmış bir xalq təşkil etmək» üçün bu fəlakətin qabağınca göndərilmişdi. İsraillilər Musanın Qanununun əhdinə qarşı işlətdikləri günahlarından tövbə etməli və onların xilasından ötrü Yehovanın yer üzünə göndərdiyi Oğlu İsa Məsihi qəbul etməyə hazırlaşmalı idilər (Malaki 4:4-6; Luka 1:17; Həvarilərin işləri 19:4).

5. a) İsa vəftiz olunmaq üçün Yəhyanın yanına gələndə Yəhya nəyə görə etiraz etdi? b) İsanın vəftizi hansı rəmzi məna daşıyırdı?

5 İsa da digərləri kimi vəftiz olunmaq üçün Yəhyanın yanına gəldi. Nəyə görə? Yəhya İsanın günahsız olduğunu və tövbəyə ehtiyacı olmadığını bildiyi üçün dedi: «Mən sənin tərəfindən vəftiz olmağa möhtacam, sən isə mənim yanımamı gəlirsən?» Bəli, İsanın vəftizi tamamilə başqa rəmzi məna daşıyırdı. O Yəhyaya cavab verdi: «İndilik razı ol; çünki beləcə saleh olan hər şeyi icra etmək bizə yaraşar» (Matta 3:13-15). İsa günahsız olduğundan onun vəftizi tövbəni bildirmirdi. Artıq Allaha həsr edilmiş xalqın nümayəndəsi olduğu üçün ona Allaha həsr olunmaq da lazım deyildi. İsa vəftiz olunanda onun otuz yaşı vardı. Onun vəftizi mahiyyət baxımından tarixdə yeganə olub. Beləliklə, İsanın vəftizi göydəki Atasının iradəsini yerinə yetirmək üçün Ona həsr edildiyini bildirirdi.

6. İsa Allahın niyyətində ona ayrılmış rola nə dərəcədə ciddi yanaşırdı?

6 Allahın İsa ilə bağlı iradəsi onun Padşahlıq haqqında təbliğ etməsindən ibarət idi (Luka 8:1). İsa həmçinin öz kamil insan həyatını həm fidiyə, həm də yeni əhdin təməli kimi qurban verməli idi (Matta 20:28; 26:26-28; İbranilərə 10:5-10). İsa, vəftizinin mahiyyətini çox ciddi qəbul edirdi. O boş yerə vaxtını əhəmiyyətsiz işlərə sərf etmirdi. İsa həyatında əsas yeri Allahın Padşahlığı haqqındakı müjdəni yaymağa ayırmışdı və son nəfəsinə kimi Allahın iradəsini yerinə yetirdi (Yəhya 4:34).

Məsihçi şagirdlərin vəftizi

7. Eramızın 33-cü ilinin Pentikost günündən etibarən, şagirdlər vəftizlə əlaqədar hansı tapşırığı yerinə yetirməyə başladılar?

7 İsanın ilk şagirdləri, Yəhya tərəfindən vəftiz olunub, səmavi Padşahlığın gələcək üzvləri kimi onun yanına gəlirdilər (Yəhya 3:25-30). Bu şagirdlər İsanın rəhbərliyi altında digərlərini vəftiz edirdilər. Onların etdiyi vəftiz də Yəhyanın vəftizi kimi eyni məna daşıyırdı (Yəhya 4:1, 2). Eramızın 33-cü ilinin Pentikost günündən etibarən, şagirdlər onlara verilmiş tapşırığı — «Ata, Oğul və Müqəddəs Ruh naminə» vəftiz etmək tapşırığını yerinə yetirməyə başladılar (Matta 28:19). Bu vəftizin mənasını araşdırmağın bizə faydası olacaq.

8. ‘Ata naminə’ vəftiz olunmaq nə deməkdir?

8 ‘Ata naminə’ vəftiz olunmaq nə deməkdir? Bu, Allahın adını, mövqeyini, səlahiyyətini, niyyətini və qanunlarını tanımaq deməkdir. Gəlin bunları bir-bir araşdıraq. 1) Allahın adı ilə əlaqədar Yeşaya 42:8 (KM) ayəsində deyilir: «Mən Yehovayam, ismim odur». 2) Onun mövqeyi haqqında 2 Padşahlar 19:15 ayəsində yazılıb: ‘Allah yalnız Sənsən’. 3) Vəhy 4:11 ayəsi Onun səlahiyyətini belə şərh edir: «Allahımız [Yehova] izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı». 4) Yehova «həyat mənbəyi»dir, Onun bizi günah və ölümdən xilas etmək niyyətində olduğunu anlamalıyıq: «Qurtuluş Rəbdəndir» (Məzmur 3:8; 36:9). 5) Biz həmçinin qəbul etməliyik ki, Yehova Ali Qanunvericidir: «Rəbdir hakim olan, Rəbdir qanunumuzu qoyan, Padşahımız Rəbdir» (Yeşaya 33:22). Bunlarla əlaqədar bizə tövsiyə edilir: «Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev» (Matta 22:37).

9. ‘Oğul naminə’ vəftiz olunmaq nə deməkdir?

9 ‘Oğul naminə’ vəftiz olunmaq nə deməkdir? Bu, İsa Məsihin adını, mövqeyini və səlahiyyətini tanımağı bildirir. İsanın adı «Yehova xilasdır» mənasını daşıyır. Vahid Oğul — Allahın yaratdığı ilk varlıq olduğundan yüksək mövqe tutur (Matta 16:16; Koloslulara 1:15, 16). Bu Oğul haqqında Yəhya 3: 16 ayəsində deyilir: «Allah dünyanı [qurtuluşa ehtiyacı olan bəşəriyyəti] elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun». İsa ölənədək sadiq qaldığı üçün, Allah onu dirildib daha çox səlahiyyət verdi. Həvari Pavelin dediyi kimi «Allah Onu çox ucaltdı» və indi Kainatda yalnız Yehova Allah ondan yüksəkdə durur. Məhz buna görə də, ‘İsanın adı’ qarşısında hamı hörmətlə ‘diz çökməlidir’ (Filipililərə 2:9-11). Bu o deməkdir ki, biz İsanın Yehovadan aldığı əmrlərinə əməl etməliyik (Yəhya 15:10).

10. ‘Müqəddəs Ruh naminə’ vəftiz olunmaq hansı mənanı daşıyır?

10 ‘Müqəddəs Ruh naminə’ vəftiz olunmaq hansı mənanı daşıyır? Bu, müqəddəs ruhun rolunu və fəaliyyətini tanımağı bildirir. Bəs müqəddəs ruh nədir? Müqəddəs ruh Allahın fəal qüvvəsidir. Allah onun vasitəsilə Öz niyyətlərini həyata keçirir. İsa öz davamçılarına demişdi: «Mən də Atadan xahiş edəcəyəm ki, O, daim sizinlə bərabər olmaq üzrə sizə başqa bir Təsəlliverici versin. Bu, həqiqət Ruhudur» (Yəhya 14:16, 17). Müqəddəs ruhun sayəsində şagirdlər nə edə bilərdilər? Bir qədər sonra İsa onlara belə demişdi: «Müqəddəs Ruh üzərinizə endikdən sonra... qüdrət alacaqsınız. Və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta dünyanın ən uzaq yerlərinə qədər Mənə şahid olacaqsınız» (Həvarilərin işləri 1:8). Bundan əlavə Yehova müqəddəs ruh vasitəsilə Müqəddəs Kitabın yazılmasını ilhamlandırmışdı: «Peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın müqəddəs insanları, Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar» (2 Peter 1:21). Beləliklə, Müqəddəs Kitabı tədqiq edərkən müqəddəs ruhun rolunu qəbul etdiyimizi göstəririk. Özümüzdə «ruhun səmərəsi»ni — ‘məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmağı’ yetişdirmək üçün Yehovadan kömək istəməyimiz də müqəddəs ruhun rolunu qəbul etdiyimizi bildirir (Qalatiyalılara 5:22, 23).

11. a) Bizim günlərdə vəftizin həqiqi mənası nədir? b) Vəftiz hansı mənada ölümə və dirilməyə bənzəyir?

11 İsanın bu göstərişinə əsasən eramızın 33-cü ilindən başlayaraq ilk vəftiz olunanlar yəhudilər və yəhudi dinini qəbul etmiş qeyri-yəhudilər olmuşlar. Bundan az sonra samariyalılar Məsihin davamçısı olmaq şərəfinə layiq görüldülər. Daha sonra eramızın 36-cı ilində sünnətsiz xalqların nümayəndələrinə də bu cür imkan verildi. Vəftiz olunmazdan əvvəl samariyalılar və qeyri-yəhudilər İsanın şagirdi kimi xidmət etmək üçün özlərini Yehovaya həsr etməli idilər. Məsihçi vəftizi bu gün də eyni rəmzi məna daşıyır. Vəftiz simvolik dəfn mənasını daşıdığı üçün, bədənin bütövlüklə suya batırılması insanın özünü Allaha həsr etməsini çox gözəl ifadə edir. İnsan suya batırılarkən köhnə həyat tərzi üçün ölür. Sudan çıxanda isə Allahın iradəsini icra etmək üçün sanki dirilir. Məsihin davamçısı olmaq istəyənlərin hamısı bu cür «vəftiz» olunur və Allahın təyin edilmiş xidmətçisi — Yehovanın Şahidi olurlar (Efeslilərə 4:5; 2 Korinflilərə 6:3, 4).

12. Məsihçi vəftizi nəyə bənzəyir və hansı mənada?

12 Bu cür vəftiz Allahın gözündə böyük xilasedici qüvvəyə malikdir. Məsələn, həvari Peter Daşqın zamanı Nuhun öz ailəsi ilə xilas olunduğu gəminin tikilməsini xatırlatdıqdan sonra belə yazmışdı: «O su ilə təmsil edilən və bədənin çirkini yumaq deyil, təmiz vicdanın Allah qarşısında təəhhüdü [“Allah qarşısında təmiz vicdan diləyi”, KM] olan vəftiz, indi bizi İsa Məsihin dirilməsi ilə xilas edir» (1 Peter 3:20, 21). Nuhun tikdiyi gəmi onun Allahdan aldığı bütün tapşırıqları sədaqətlə yerinə yetirdiyinin sübutu idi. Gəmi tikilib qurtardıqdan sonra «o zamankı dünya... sularla boğulub məhv oldu» (2 Peter 3:6). Cəmi səkkiz nəfər —Nuh və onun ailəsi «sudan sağ-salamat çıxdı» (1 Peter 3:20).

13. Vəftiz məsihçini nədən xilas edir?

13 Ölülərdən dirilmiş Məsihə imanın əsasında bu gün özlərini Yehova Allaha həsr edənlər bunu vəftizlə simvolizə edirlər. Onlar Allahın dövrümüzə aid niyyətini icra etdiklərinə görə bugünkü pis dünyadan xilas olunublar (Qalatiyalılara 1: 4). Bu pis sistem məhv olunanda onlara xələl dəyməyəcək, başqa sözlə desək onlar məhvdən qurtulacaqlar. Allah onlara artıq bu gün təmiz vicdan verir. Həvari Yəhya Allahın xidmətçilərini əmin edir: «Dünya və onun ehtirası keçib gedir, amma Allahın iradəsini yerinə yetirən əbədi yaşayır» (1 Yəhya 2:17).

Öhdəliklərimizə müvafiq yaşamaq

14. Nə üçün vəftiz öz-özlüyündə xilasa zəmanət vermir?

14 Vəftizin öz-özlüyündə xilasa zəmanət verdiyini düşünmək düzgün deyil. İnsan özünü İsa Məsih vasitəsilə Yehova Allaha həsr edib Onun iradəsini icra edərək sona kimi sədaqətli qaldığı halda vəftizin həqiqi dəyəri olacaq. Matta 24:13 ayəsində deyilir: «Axıra qədər səbr edən xilas olacaqdır».

15. a) Allah vəftiz olunmuş məsihçilərdən nə gözləyir? b) Məsihin davamçısı olmaq həyatımızda hansı yeri tutmalıdır?

15 İsanın öz insan həyatını necə yaşaması da Allahın onunla bağlı iradəsinin tərkib hissəsi idi. Öz həyatını qurban gətirmək üçün o ölməli idi. Biz də bədənimizi Allaha təqdim etməli və Onun iradəsini icra edərək özümüz üçün yaşamamalıyıq (Romalılara 12:1, 2). Tək-tək hallarda belə, bu dünya ilə qəsdən ayaqlaşsaq və ya şəxsi mənfəətimizi güdərək Allaha formal şəkildə xidmət etsək, deməli biz Allahın iradəsini icra etmirik (1 Peter 4:1-3; 1 Yəhya 2:15, 16). Bir yəhudi əbədi yaşamaq üçün nə etmək lazım olduğunu soruşanda İsa, yüksək əxlaqlı həyat sürməklə yanaşı, daha mühüm bir şeyi, onun davamçısı olmağın zəruriliyini vurğuladı. Bu, həyatımızda ən əsas yeri tutmalı, var-dövlət hərisliyi onu heç vaxt sıxışdırmamalıdır (Matta 19:16-21).

16. a) Bütün məsihçilərə Padşahlıqla bağlı hansı məsuliyyət həvalə edilib? b) 116, 117-ci səhifələrdə Padşahlıq haqqında xoş xəbəri təbliğ etməyin hansı əlverişli üsulları təsvir edilib? c) Təbliğ işində canla-başla iştirakımız nədən xəbər verir?

16 Təkrarən qeyd edək ki, Allahın İsaya aid iradəsi Padşahlıq haqqında təbliğ etməkdən ibarət idi. İsa, Padşah olmaq üçün məsh edilmişdi. Buna baxmayaraq o, yerdə yaşayanda Padşahlıq haqqında əzmlə təbliğ edirdi. Bizə də bu cür tapşırıq verilib və bu tapşırığı canla-başla yerinə yetirməliyik. Bu yolla biz Yehovanın hökmranlığına görə minnətdarlığımızı və insanları sevdiyimizi göstəririk (Matta 22:36-40). Biz həmçinin, yer üzündə Padşahlığı təbliğ edən Yehovanın bütün xidmətçiləri ilə yekdil olduğumuzu nümayiş etdiririk. Ümumdünya qardaşlığımızla birlikdə, biz Padşahlığın yer üzündə bərpa edəcəyi Cənnətdə əbədi həyata qovuşmağa can atırıq.

Təkrar üçün suallar

• İsanın vəftizinin və bizim günlərdə edilən vəftizin hansı oxşar və fərqli cəhətləri vardır?

• «Ata, Oğul və Müqəddəs Ruh naminə» vəftiz olunmaq nə deməkdir?

• Məsihçi vəftizinin üzərimizə qoyduğu məsuliyyətə müvafiq yaşamaq nəyi bildirir?

[116, 117-ci səhifələrdəki şəkillər]

PADŞAHLIQ HAQQINDA TƏBLİĞ ETMƏYİN ÜSULLARI

Qohumlara

İş yoldaşlarına

Məktəb yoldaşlarına

Küçədə

Evdən-evə

Maraqlananlara təkrar baş çəkmək

İnsanlarla Müqəddəs Kitabı öyrənmək

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş