Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh fəs. 12 s. 115—124
  • Allahı sevindirən həyat tərzi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahı sevindirən həyat tərzi
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Başlıqlar
  • Oxşar material
  • YEHOVA ÖZ DOSTLARINI QÜVVƏTLƏNDİRİR
  • ŞEYTANIN MEYDAN OXUMASI
  • ƏYYUB SINAQLARA MƏ’RUZ QALIR
  • MÜBAHİSƏLİ SUALIN SİZƏ HANSI AİDİYYƏTİ VAR?
  • YEHOVANIN ƏMRLƏRİNƏ RİAYƏT EDİN
  • ALLAHA MƏQBUL KEYFİYYƏTLƏR İNKİŞAF ETDİRİN
  • Allahla dost olun
    Müqəddəs Kitab təlimləri
  • Əyyub Yehovanın adına həmd edirdi
    Gözətçi qülləsi 2009
  • «Ümidini Yehovaya bağla»
    Gözətçi qülləsi 2022
  • Əyyub kamil qalır
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
Əlavə
Müqəddəs Kitab əslində nə öyrədir?
bh fəs. 12 s. 115—124

Fəsil 12

Allahı sevindirən həyat tərzi

  • Allahın dostu necə ola bilərik?

  • Şeytanın qaldırdığı mübahisəli sualın sizə hansı aidiyyəti var?

  • Hansı davranış tərzi Yehovaya məqbul deyil?

  • Həyat tərzimizlə Allahı necə sevindirə bilərik?

1, 2. Yehova kimləri Özünə yaxın dost hesab edirdi?

SİZ kiminlə dost olmaq istərdiniz? Yəqin ki, nöqteyi-nəzərlərinizə, maraq və dəyərlərinizə şərik olan bir insanla. Ehtimal ki, siz düzgünlük və xeyirxahlıq kimi yaxşı xüsusiyyətlərə malik olan bir insanı özünüzə dost seçərdiniz.

2 Tarix boyu Allahın Özünə yaxın dost sandığı insanlar olmuşdur. Məsələn, Yehova Allah İbrahimi Öz dostu hesab edirdi (Yeşaya 41:8; Yaqub 2:23). Yehovanı razı saldığı üçün, Allah Davudu ‘ürəyinə görə bir adam’ adlandırmışdı (Həvarilərin işləri 13:22). Yehova mələk vasitəsilə Daniel peyğəmbərə onu ‘çox sevdiyini’ demişdi (Daniel 9:23).

3. Yehova kimlərlə dostluq etmək istəyir?

3 Nəyə görə Yehova İbrahimi, Davudu və Danieli Özünə dost hesab edirdi? Allah İbrahimə demişdi: «Sən Mənim sözümə qulaq asdın» (Yaradılış 22:18). Göründüyü kimi, Yehova təvazökarlıqla Onu dinləyənlərə yaxındır. O, israillilərə dedi: «Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız» (Yeremya 7:23). Əgər Yehovaya qulaq assanız, siz də Onun dostu ola bilərsiniz!

YEHOVA ÖZ DOSTLARINI QÜVVƏTLƏNDİRİR

4, 5. Yehova Öz xidmətçilərini necə qüvvətləndirir?

4 Allahla dostluğun nə demək olduğunun üzərində bir anlığa düşünün. Müqəddəs Kitabda deyilir ki, Yehova ‘ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirmək’ üçün imkanlar axtarır (2 Salnamələr 16:9). Yehova sizi necə qüvvətləndirə bilər? Məzmur 32:8 ayəsində deyilir: «Sənə tə’lim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, gözüm sənin üstündə olacaq».

5 Yehova necə də şəfqətli və qayğıkeşdir! O sizə düzgün yol göstərməklə yanaşı, bu yolla getməyinizə də kömək edəcək. Allah çətin anlarınızda və sınaqlarınızda sizə dəstək olmaq istəyir (Məzmur 55:22). Əgər Yehovaya bütün ürəklə xidmət edirsinizsə, siz də növbəti sözləri deyən məzmurçu kimi əminliyə malik olacaqsınız: «Rəbbə əbədilik üz tutmuşam, sağımda olduğu üçün sarsılmaram» (Məzmur 16:8; 63:8). Bəli, Yehova Ona məqbul həyat tərzi sürmənizə kömək etməyə hazırdır. Lakin Allahın düşməni buna mane olmaq istəyir.

ŞEYTANIN MEYDAN OXUMASI

6. Şeytan insanları nədə günahlandırdı?

6 Əvvəlki fəsildən öyrəndik ki, Şeytan İblis Yehovanın hökmranlıq hüququnu şübhə altına aldı. Şeytan Allahı yalançılıqda ittiham etdi və bildirdi ki, Adəmlə Həvvanı nəyin xeyir, nəyin şər olduğunu qərara almaq hüququndan məhrum etmək ədalətsizlikdir. Adəmlə Həvva günah işlətdikdən və yer üzündə onların nəsli yaşamağa başladığı vaxtdan e’tibarən, Şeytan bütün insanların niyyətlərini şübhə altına aldı. O belə bir iddia irəli sürdü: «İnsanlar Allaha məhəbbətdən xidmət etmirlər. İmkanım olsaydı, hər bir insanı Allahdan uzaqlaşdırardım». Şeytanın həqiqətən də belə düşündüyünü, Əyyubun həyatı haqqındakı əhvalat təsdiq edir. Əyyub kim idi və o, mübahisəli suala necə cəlb olundu?

7, 8. a) Əyyub öz dövrünün adamlarından nə ilə fərqlənirdi? b) Şeytan Əyyubun niyyətlərinin səmimiliyini necə şübhə altına aldı?

7 Əyyub 3 600 il bundan əvvəl yaşamışdır. O, saleh insan idi və Yehova onun haqqında demişdir: «Yer üzərində onun kimisi yoxdur. O, kamil [«qüsursuz», YD], əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır» (Əyyub 1:8). Əyyub Allahı sevindirir və Ona məqbul davranırdı.

8 Şeytan Əyyubun Allaha təmiz niyyətlə xidmət etdiyini şübhə altına aldı. İblis Yehovaya dedi: «Canına, evinə, var-dövlətinə sipər olub onu [Əyyubu] qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb. İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, gözünün qabağında mütləq Sənə lə’nət edəcək» (Əyyub 1:10, 11).

9. Yehova Şeytanın qaldırdığı mübahisəli suala necə cavab verdi və nə üçün?

9 Şeytan iddia edirdi ki, Əyyub Allaha öz mənfəətini güdərək xidmət edir. İblis, həmçinin bəyan etdi ki, Əyyub sınaqlara mə’ruz qalsa, Allahdan üz döndərəcək. Yehova Şeytanın irəli sürdüyü mübahisəli suala necə cavab verdi? Bu sual Əyyubun niyyətlərinə aid olduğu üçün, Yehova Şeytana sadiq xidmətçisini sınamağa izin verdi. Bununla Əyyubun Allahı həqiqətən sevib-sevmədiyi mə’lum olacaqdı.

ƏYYUB SINAQLARA MƏ’RUZ QALIR

10. Əyyub hansı sınaqlara mə’ruz qaldı və necə davrandı?

10 Şeytan Əyyubu sərt sınaqlara mə’ruz qoyur. Mal-qarasının bir hissəsi qarət edilir, qalanı isə tələf olur. Qulluqçularının çoxu ölür. Əyyub bütün mülkünü itirir. Sonra daha bir dəhşətli faciə baş verir: tufan zamanı Əyyubun on uşağı ölür. Bu fəlakətlərə baxmayaraq, «Əyyub özünə günah qazanmadı və Allahı təqsirləndirmədi» (Əyyub 1:22).

11. a) Şeytan Əyyubu daha nədə günahlandırdı və Yehova buna necə cavab verdi? b) Əyyub əzablı xəstəliyə necə münasibət göstərdi?

11 Ancaq Şeytan bununla kifayətlənmədi. Ola bilsin, o belə düşünürdü: «Malik olduğu hər şeyi itirməklə barışmasına, həmçinin qulluqçularının və uşaqlarının ölümünə tab gətirməsinə baxmayaraq, Əyyub xəstəliyə düçar olsa, mütləq Allahdan üz döndərəcək». Yehova Şeytanın Əyyubu əzablı xəstəliyə düçar etməsinə yol verdi. Hətta bu da Əyyubun imanını sındırmadı. O qətiyyətlə dedi: «Son nəfəsimə qədər kamilliyimdən [«nöqsansızlığımdan», YD] əl çəkməyəcəyəm» (Əyyub 27:5).

Əyyub arvadı və on uşağı ilə birlikdə xoşbəxt yaşayır

Allah Əyyubu sadiqliyinə görə mükafatlandırdı

12. Əyyub Şeytanın iddialarının yalan olduğunu necə sübut etdi?

12 Əyyub bu fəlakətlərin səbəbkarının Şeytan olduğundan xəbərsiz idi. O, Allahın hökmranlıq hüququna dair İblisin qaldırdığı mübahisəli sual haqqında hər şeyi bilmirdi və problemlərində Allahı günahlandırırdı (Əyyub 6:4; 16:11-14). Bununla belə, o, Yehovaya sadiq qaldı. Əyyub öz nöqsansızlığı ilə Şeytanın iddialarının yalan olduğunu sübut etdi. Onun Allaha məhəbbətdən irəli gələrək xidmət etdiyi aydın oldu.

13. Əyyubun sadiqliyi nə ilə nəticələndi?

13 Əyyubun sadiqliyi sayəsində, Yehova Şeytanın təhqir­edici tərzdə meydan oxumasına layiqli cavab verə bildi. Əyyub Yehovanın əsl dostu idi, Allah da onu sadiqliyinə görə mükafatlandırdı (Əyyub 42:12-17).

MÜBAHİSƏLİ SUALIN SİZƏ HANSI AİDİYYƏTİ VAR?

14, 15. Nəyə görə demək olar ki, Şeytanın ittihamı yalnız Əyyuba yox, bütün insanlara aiddir?

14 Şeytanın nöqsansızlıq barədə qaldırdığı sual yalnız Əyyuba aid deyildi. Bunun sizə də aidiyyəti var. Bu, Yehovanın Süleymanın məsəlləri 27:11 ayəsindəki sözlərindən aydın görünür: «Oğlum, hikmətli ol, qoy qəlbim sevinsin, onda məni utandırana cavab verə bilərəm». Əyyubun ölümündən yüz illər sonra yazılan bu sözlər göstərir ki, Şeytan Allaha böhtanlar atmağa və Onun xidmətçilərini günahlandırmağa davam edir. Əgər Allaha məqbul, düzgün həyat tərzi sürürüksə, biz də Şeytanın yalan ittihamlarına cavab verir və Yehovanın ürəyini sevindiririk. Bu, sizdə hansı hissləri oyadır? Həyatımızda müəyyən dəyişikliklər etməli olsaq da, İblisin əsassız ittihamlarına cavab vermək necə də gözəl olardı, elə deyilmi?!

15 Şeytan dedi: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər» (Əyyub 2:4). Şeytan burada «insan» sözünü işlətməklə, ittihamının təkcə Əyyuba yox, bütün insanlara yönəldiyini göstərdi. Bunu yadda saxlamaq çox vacibdir, çünki Şeytan sizin də nöqsansızlığınızı şübhə altına qoyub. İblis istəyir ki, çətinliklərlə qarşılaşarkən, siz Allaha itaətsizlik göstərib, Onun salehlik yolundan dönəsiniz. Şeytan buna necə nail olmağa çalışır?

16. a) Şeytan hansı üsullarla insanları Allahdan uzaqlaşdırmağa çalışır? b) İblis bu üsulları sizə qarşı necə istifadə edə bilər?

16 Onuncu fəsildə, insanları Allahdan uzaqlaşdırmaq üçün Şeytanın müxtəlif üsullara əl atdığı müzakirə olunurdu. Onun üsullarından biri, «nə’rə çəkən və aşırmaq üçün kimisə axtaran aslan kimi» hücum etməkdir (1 Peter 5:8). Dostlarınız, qohumlarınız və digər insanlar sizin Müqəddəs Kitabı öyrənməyinizə və onun prinsiplərini həyata keçirməyinizə mane olduqları zaman, Şeytanın tə’siri özünü xüsusilə büruzə verira (Yəhya 15:19, 20). Bundan əlavə, Şeytan «nur mələyi cildinə» girə bilir (2 Korinflilərə 11:14). Yə’ni o sizi aldatmaq və düzgün yoldan azdırmaq üçün, hiyləyə əl ata bilər. Həmçinin mə’yusluğa qapıldığınız zaman, o sizi Allaha xidmət etməyə layiq olmadığınızı düşünməyə vadar edə bilər (Süleymanın məsəlləri 24:10). «Nə’rə çəkən aslan» və ya «nur mələyi» kimi hərəkət etməsindən asılı olmayaraq, Şeytanın məqsədi birdir: o, sizin sınaqlar və ya çətinliklər qarşısında Allaha xidmət etməyə son qoyacağınızı sübut etməyə çalışır. Siz Şeytanın qaldırdığı mübahisəli suala Əyyub kimi necə cavab verə bilər və Allaha sadiqliyinizi sübut edə bilərsiniz?

YEHOVANIN ƏMRLƏRİNƏ RİAYƏT EDİN

17. Yehovanın əmrlərinə riayət etməyə başlıca olaraq bizi nə təşviq etməlidir?

17 Allaha məqbul həyat tərzi sürməklə, Şeytanın qaldırdığı mübahisəli suala cavab verə biləcəksiniz. Bunun üçün nə etmək lazımdır? Müqəddəs Kitabda deyilir: «Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sev» (Qanunun təkrarı 6:5). Allaha olan məhəbbətiniz artdıqca, Onu razı salmaq arzunuz daha da güclənəcək. Həvari Yəhya demişdir: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir». Əgər Yehovanı bütün ürəyinizlə sevirsinizsə, Onun əmrləri sizin üçün ağır olmayacaq (1 Yəhya 5:3).

18, 19. a) Yehovanın əmrlərindən bə’ziləri hansılardır? (122-ci səhifədəki çərçivəyə baxın.) b) Haradan bilirik ki, Allah bizdən mümkün olmayan şeylər tələb etmir?

18 Yehovanın əmrləri nədən ibarətdir? Onlardan bə’ziləri nədən qaçmalı olduğumuzu göstərir. Məsələn, 122-ci səhifədəki «Yehovanın nifrət etdiyi əməllərdən qaçın» adlı çərçivəyə diqqət yetirin. Orada Müqəddəs Kitabın birmə’nalı olaraq mühakimə etdiyi əməllər sadalanır. Onlardan bə’ziləri ilk baxışdan bir o qədər də pis görünməyə bilər. Ancaq Müqəddəs Kitab ayələri üzərində düşünmək, Yehovanın qanunlarındakı müdrikliyi görməyinizə kömək edəcək. Həyatınızda nəyi isə dəyişmək asan olmaya bilər, bu, hətta sizin üçün ən ağır sınağa çevrilə bilər. Lakin yadda saxlayın ki, Allaha məqbul, düzgün həyat tərzi xoşbəxtlik gətirir (Yeşaya 48:17, 18). Bəli, Allaha məqbul tərzdə yaşamaq mümkündür. Biz bunu haradan bilirik?

19 Yehova heç vaxt bizdən edə biləcəyimizdən artıq şey tələb etmir (Qanunun təkrarı 30:11-14). O, imkanlarımızı və məhdudiyyətlərimizi bizdən yaxşı bilir (Məzmur 103:14). Üstəlik, düzgün davranmağımız üçün Yehova bizə güc verə bilər. Həvari Pavel yazmışdır: «Allah sadiqdir; O, gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da tə’min edəcəkdir ki, tab gətirə biləsiniz» (1 Korinflilərə 10:13). Tab gətirə bilməniz üçün, Yehova sizə, hətta ‘ən üstün qüdrəti’ verə bilər (2 Korinflilərə 4:7). Pavel çoxlu sınaqlara tab gətirdikdən sonra tam əminliklə deyə bildi: «Məni möhkəmləndirən... vasitəsilə hər şeyi etməyə qadirəm» (Filipililərə 4:13).

ALLAHA MƏQBUL KEYFİYYƏTLƏR İNKİŞAF ETDİRİN

20. Allaha məqbul olan hansı keyfiyyətləri inkişaf etdirmək lazımdır və bu, nəyə görə vacibdir?

20 Yehovanın nifrət etdiyi əməllərdən qaçmaq kifayət deyil. Allahı məmnun etmək üçün, Onun sevdiyi əməlləri sevmək lazımdır (Romalılara 12:9). Baxışlarınıza, maraq və dəyərlərinizə şərik olan insanlarla ünsiyyətdə olmaq sizə xoşdurmu? Yehova da belə insanlarla dost olmaq istəyir. Buna görə də, Onun dəyərləndirdiyi hər şeyi sevməyi öyrənin. Bunlardan bə’ziləri Məzmur 15:1-5 ayələrində yazılmışdır. Bu ayələrdən Allahın dostu olmaq üçün nə etməli olduğumuz haqda oxuyuruq. Yehovanın dostları Müqəddəs Kitabda ruhun səmərəsi adlanan keyfiyyətləri təzahür etdirirlər. Ruhun səmərəsinə «məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq» kimi keyfiyyətlər daxildir (Qalatiyalılara 5:22, 23).

21. Allaha məqbul keyfiyyətlər inkişaf etdirməkdə sizə nə kömək edəcək?

21 Müqəddəs Kitabı gündəlik oxumaq və öyrənmək Allaha məqbul keyfiyyətlər inkişaf etdirməkdə sizə kömək edəcək. Allahın tələbləri haqqında öyrənərək, siz öz düşüncələrinizi Onun nöqteyi-nəzərləri ilə uyğunlaşdıra biləcəksiniz (Yeşaya 30:20, 21). Yehovaya olan məhəbbətiniz gücləndikcə, siz Onu daha çox sevindirmək və Ona məqbul həyat tərzi sürmək istəyəcəksiniz.

22. Allaha məqbul həyat tərzi sürsəniz, nəyə nail olacaqsınız?

22 Allahı razı salmaq üçün sə’y tələb olunur. Müqəddəs Kitabda həyat tərzinin dəyişilməsi, insanın köhnə mənliyi çıxarıb yeni mənliyi geyinməsi ilə müqayisə edilir (Koloslulara 3:9, 10). Yehovanın əmrləri haqqında məzmurçu yazmışdır: «Onlara əməl edənin bol mükafatı var» (Məzmur 19:11). Allaha məqbul həyat tərzinin bol xeyir-dualar gətirdiyinə siz də əmin olacaqsınız. Bununla siz Şeytanın irəli sürdüyü mübahisəli suala cavab verə biləcək və Yehovanın ürəyini sevindirəcəksiniz!

YEHOVANIN NİFRƏT ETDİYİ ƏMƏLLƏRDƏN QAÇIN

İnsanlar oğurluq, cinayət, zorakılıq, sərxoşluq və əxlaqsızlıqla dolu həyatı seçirlər
  • Qatillik (Çıxış 20:13; 21:22, 23).

  • Cinsi əxlaqsızlıq (Levililər 20:10, 13, 15, 16; Romalılara 1:24, 26, 27, 32; 1 Korinflilərə 6:9, 10).

  • Spiritizm (Qanunun təkrarı 18:9-13; 1 Korinflilərə 10:21, 22; Qalatiyalılara 5:20).

  • Bütpərəstlik (1 Korinflilərə 10:14).

  • Sərxoşluq (1 Korinflilərə 5:11).

  • Oğurluq (Levililər 6:2, 4; Efeslilərə 4:28).

  • Yalan (Süleymanın məsəlləri 6:16, 19; Koloslulara 3:9; Vəhy 22:15).

  • Tamahkarlıq (1 Korinflilərə 5:11).

  • Zorakılıq (Məzmur 11:5; Süleymanın məsəlləri 22:24, 25; Malaki 2:16; Qalatiyalılara 5:20).

  • Nalayiq danışıq (Levililər 19:16; Efeslilərə 5:4; Koloslulara 3:8).

  • Qanın düzgün istifadə edilməməsi (Yaradılış 9:4; ­Həvarilərin işləri 15:20, 28, 29).

  • Ailənin qeydinə qalmaqdan imtina (1 Timoteyə 5:8).

  • Bu dünyanın müharibələrində və siyasi münaqişələrində iştirak etmək (Yeşaya 2:4; Yəhya 6:15; 17:16).

  • Narkotik və tütünün istifadəsi (Mark 15:23; 2 Korinflilərə 7:1).

a Bu o demək deyil ki, Müqəddəs Kitabı öyrənməyinizə mane olan insanları birbaşa İblis idarə edir. Lakin Şeytan bu sistemin tanrısıdır və bütün dünya onun hakimiyyəti altındadır (2 Korinflilərə 4:4; 1 Yəhya 5:19). Buna görə də, bu dünyada Allaha məqbul həyat tərzini hamı bəyənməyəcək və bə’ziləri sizin düzgün davranmanıza mane olmağa çalışacaqlar.

MÜQƏDDƏS KİTABIN ÖYRƏTDİKLƏRİ

  • Allaha itaət etməklə Onun dostu ola bilərik (Yaqub 2:23).

  • Şeytan bütün insanların nöqsansızlığını şübhə altına aldı (Əyyub 1:8, 10, 11; 2:4; Süleymanın məsəlləri 27:11).

  • Allahın mühakimə etdiyi əməllərdən qaçmaq lazımdır (1 Korinflilərə 6:9, 10).

  • Yehovanı sevindirmək üçün, Onun nifrət etdiyi əməllərə nifrət etmək, sevdiyi şeyləri isə sevmək lazımdır (Romalılara 12:9).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş