Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh fəs. 14 s. 134—143
  • Ailədə xoşbəxtliyə necə nail olmaq olar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailədə xoşbəxtliyə necə nail olmaq olar?
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Başlıqlar
  • Oxşar material
  • ALLAH AİLƏNİN BANİSİDİR
  • ƏRLƏR ÜÇÜN NÜMUNƏ
  • QADINLAR ÜÇÜN NÜMUNƏ
  • VALİDEYNLƏR ÜÇÜN NÜMUNƏ
  • UŞAQLAR ÜÇÜN NÜMUNƏ
  • AİLƏ XOŞBƏXTLİYİNİN AÇARI
  • Ailə səadəti
    Müqəddəs Kitab təlimləri
  • Ərlər, Məsihin başçılığını qəbul edin
    Gözətçi qülləsi 2007
  • Məsihçi ailələr, İsanın nümunəsini izləyin!
    Gözətçi qülləsi 2009
  • Ər-arvadlar üçün müdrik nəsihətlər
    Gözətçi qülləsi 2005
Əlavə
Müqəddəs Kitab əslində nə öyrədir?
bh fəs. 14 s. 134—143

Fəsil 14

Ailədə xoşbəxtliyə necə nail olmaq olar?

  • Yaxşı ər olmaq üçün nə etmək lazımdır?

  • Qadın bir həyat yoldaşı kimi öz vəzifəsini müvəffəqiyyətlə necə yerinə yetirə bilər?

  • Yaxşı valideyn olmaq üçün nə tələb olunur?

  • Uşaqlar ailənin xoşbəxtliyi üçün nə edə bilərlər?

1. Ailə xoşbəxtliyinin açarı nədədir?

YEHOVA Allah sizin xoşbəxt ailəyə sahib olmanızı istəyir. Onun Kəlamı olan Müqəddəs Kitabda ailənin bütün üzvlərinə rəhbərlik təqdim olunur və Allahın onlara hansı rolu həvalə etdiyi təsvir edilir. Əgər ailədə hər bir kəs Allahın məsləhətlərinə əməl edərsə, onda bu, gözəl səmərələr gətirəcək. İsa demişdir: «Allahın sözünü dinləyib, ona əməl edənlər bəxtiyardırlar» (Luka 11:28).

2. Ailədə xoşbəxtliyə nail olmaq üçün nəyi qəbul etmək çox vacibdir?

2 Ailə həyatında xoşbəxtliyə nail olmaq üçün, İsa Məsihin «Atamız» adlandırdığı Yehova Allahın ailənin banisi olduğunu qəbul etmək çox vacibdir (Matta 6:9). Yer üzündə olan hər bir ailə öz mövcudluğuna görə səmavi Atamıza borcludur. Əlbəttə, O, ailədə xoşbəxtliyə necə nail olmağın üsulunu çox yaxşı bilir (Efeslilərə 3:14, 15). Allahın ailənin hər bir üzvünə verdiyi məs’uliyyət barədə Müqəddəs Kitab nə deyir?

ALLAH AİLƏNİN BANİSİDİR

3. Müqəddəs Kitaba əsasən, ilk ailə necə quruldu və biz bu mə’lumata nə üçün e’tibar edə bilərik?

3 Yehova ilk insan cütü olan Adəmlə Həvvanı yaradıb, onları nikah telləri ilə birləşdirdi. Onları gözəl cənnət məkanı olan Eden bağında yerləşdirdi. Yehova onların uşaqlarının olmasını istəyirdi. O, Adəmlə Həvvaya dedi: ‘Törəyib çoxalın və yer üzünü bürüyün’ (Yaradılış 1:26-28; 2:18, 21-24). Bu əfsanə deyil, çünki «Yaradılış» kitabında ailənin yaranması barədə deyilənləri İsa Məsihin özü təsdiq etmişdir (Matta 19:4, 5). Bu gün saysız-hesabsız çətinliklərlə qarşılaşmamıza və müasir həyatın Allahın niyyətindən uzaq olmasına baxmayaraq, ailədə xoşbəxtliyə nail olmaq olar. Gəlin bunun necə mümkün olduğunu nəzərdən keçirək.

4. a) Ailənin hər bir üzvü xoşbəxtliyin olmasına necə kömək edə bilər? b) Ailədə xoşbəxtliyə nail olmaq üçün nəyə görə İsa haqqında öyrənmək lazımdır?

4 Ailənin hər bir üzvü məhəbbət təzahür etdirməkdə Allahı təqlid etməklə, ailədə xoşbəxtliyin olmasına kömək edə bilər (Efeslilərə 5:1, 2). Bəs görmədiyimiz Allahı necə təqlid edə bilərik? Yehova Öz ilkin Oğlunu yer üzünə göndərdi və onun nümunəsi Allahı tanımağımıza kömək edir (Yəhya 1:14, 18, İ–93). İsa öz səmavi Atasının şəxsiyyətini o qədər mükəmməl surətdə təzahür etdirirdi ki, onu dinləyən və görən insanlar sanki Yehovanın Özünü eşidir və görürdülər (Yəhya 14:9). Buna görə də, İsanın məhəbbəti necə təzahür etdirdiyini öyrənməklə və onun nümunəsini izləməklə, ailə həyatında xoşbəxtliyə nail ola bilərik.

ƏRLƏR ÜÇÜN NÜMUNƏ

5, 6. a) Ərlər İsanın yığıncağa münasibətindən hansı nümunəni götürə bilərlər? b) Günahlarımızın bağışlanması üçün nə etməliyik?

5 Müqəddəs Kitabda deyilir ki, ərlər arvadları ilə İsanın öz şagirdləri ilə davrandığı kimi davranmalıdırlar. Gəlin orada yazılanlara diqqət yetirək: «Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi... Beləcə ərlər də öz arvadlarını, öz bədənləri qədər sevməlidirlər. Öz arvadını sevən özünü sevir. Çünki heç kim heç zaman öz bədəninə nifrət etməmişdir, lakin Rəbb [Məsih] cəmiyyəti etdiyi kimi, onu yedirir və bəsləyir» (Efeslilərə 5:23, 25-29).

6 İsanın yığıncağa bəslədiyi güclü məhəbbət ərlər üçün gözəl nümunədir. Qeyri-kamil olmalarına baxmayaraq, İsa şagirdlərini «sona qədər sevdi» və həyatını onların uğrunda qurban verdi (Yəhya 13:1; 15:13). Müqəddəs Kitab ərləri səsləyir: «Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın» (Koloslulara 3:19). Xüsusən də arvadı düşünmədən hərəkət edən zamanlar, ərə bu məsləhəti tətbiq etməyə nə kömək edər? Ər unutmamalıdır ki, o da səhvə yol verir və Allah tərəfindən bağışlanmağa ehtiyacı var. Bəs Allah onu bağışlasın deyə, ər nə etməlidir? Ona qarşı günah işlədənləri, həmçinin öz həyat yoldaşını bağışlamalıdır. Əlbəttə, bu prinsip arvadlara da aiddir (Matta 6:12, 14, 15). Əbəs yerə deyilmir ki, xoşbəxt ailə, bağışlamağa hazır olan iki insan arasındakı birlikdir.

7. İsa nəyi nəzərə alırdı və ərlər ondan hansı nümunəni götürə bilərlər?

7 Ərlər, həmçinin yaxşı yadda saxlamalıdırlar ki, İsa öz şagirdlərinə qarşı hər zaman diqqətli idi. O, onların imkanlarını və güclərini nəzərə alırdı. Məsələn, şagirdləri yorulanda O demişdi: «Təklikdə sakit bir yerə gedin və bir az dincəlin» (Mark 6:30-32). Arvadlar da qayğıya və diqqətə layiqdirlər. Müqəddəs Kitab onları «zəif cins» adlandırır və ərlərə öz arvadlarına ‘hörmət göstərmələrini’ əmr edir. Nəyə görə? Ona görə ki, ərlər də, arvadlar da eyni «həyat ən’amının həmvarisləri»dirlər (1 Peter 3:7). Ərlər unutmamalıdırlar ki, insan Allahın gözündə öz cinsinə görə yox, sadiqliyi sayəsində dəyərli sayılır (Məzmur 101:6).

8. a) Nəyə görə demək olar ki, «arvadını sevən, özünü sevir»? b) Ərlə arvadın ‘bir bədən’ olduqlarını necə izah edərdiniz?

8 Müqəddəs Kitabda deyilir ki, «arvadını sevən, özünü sevir». Çünki İsanın dediyi kimi, ərlə arvad «artıq iki deyil, bir bədəndirlər» (Matta 19:6). Bu o deməkdir ki, onlar yalnız bir-birləri ilə cinsi münasibətdə ola bilərlər (Süleymanın məsəlləri 5:15-21; İbranilərə 13:4). Əgər onlar öz mənfəətlərini güdmədən bir-birlərinin qayğısına qalarlarsa, nikahda sədaqəti qoruyub saxlaya bilərlər (1 Korinflilərə 7:3-5). Müqəddəs Kitab bir vacib həqiqəti xatırladır: «Heç kim heç zaman öz bədəninə nifrət etməmişdir, lakin... onu yedirir və bəsləyir». Ər, öz başı olan İsa Məsihin qarşısında məs’uliyyət daşıdığını yadda saxlayaraq, arvadını özü kimi sevməlidir (Efeslilərə 5:29; 1 Korinflilərə 11:3).

9. Filipililərə 1:8 ayəsində İsanın hansı xüsusiyyətindən bəhs edilir və ərlər nə üçün bunu öz həyat yoldaşları ilə münasibətlərində göstərməlidirlər?

9 Həvari Pavel İsa Məsihin sevgisindən bəhs etmişdir (Filipililərə 1:8). İsanın bu xüsusiyyəti bir çox insanları, o cümlədən onun şagirdi olan qadınları da özünə cəlb edirdi (Yəhya 20:1, 11-13, 16). Qadınlar da istəyirlər ki, ərləri onlara sevgi göstərsinlər.

QADINLAR ÜÇÜN NÜMUNƏ

10. İsa qadınlara nədə nümunə qoydu?

10 Ailə bir quruluşdur, orada əmin-amanlığın və birliyin olması üçün, kim isə başçı rolunu icra etməlidir. Hətta İsanın da başçısı var. «Arvadın başı ər» olduğu kimi, ‘Məsihin başı da Allahdır’ (1 Korinflilərə 11:3). Öz Atasının başçılığına tabe olmaqla, İsa bizim üçün gözəl nümunə qoydu, çünki bizlərdən hər birimiz kiməsə tabeyik.

11. Qadın öz ərinə necə münasibət göstərməlidir və onun davranışı hansı səmərələri gətirə bilər?

11 Bütün ərlər qeyri-kamildirlər və çox vaxt ideal ailə başçısı tələblərinə uyğun gəlmirlər. Bu halda qadın necə davranmalıdır? O, ərinin ləyaqətini alçaltmamalı və rəhbərliyi öz əlinə keçirməyə çalışmamalıdır. Qadın yadda saxlamalıdır ki, Allah həlim və sakit ruhu çox qiymətləndirir (1 Peter 3:4). O bu cür ruh təzahür etdirərsə, çətinliklər yarandıqda belə, Müqəddəs Kitabın başçılıq prinsipinə tabe olmaq asan olacaq. Bundan əlavə, Müqəddəs Kitabda deyilir: «Arvad... ərinə ehtiram etsin» (Efeslilərə 5:33). Bəs əgər ər Məsihi öz başı hesab etmirsə, onda necə? Müqəddəs Kitab qadınları təşviq edir: «Öz ərlərinizə tabe olun ki, bə’ziləri kəlama itaət etməzlərsə, ehtiram içində təmiz həyatınızı müşahidə edərək, siz arvadların rəftarı ilə heç bir söz söylənmədən fəth edilsinlər» (1 Peter 3:1, 2).

12. Qadının öz fikrini mülayimliklə deməsi nə üçün ərinə hörmətsizlik göstərdiyini bildirmir?

12 Ərinin məsihçi olub-olmamasından asılı olmayaraq, qadının öz fərqli nöqteyi-nəzərini mülayimliklə deməsi, ərinə hörmətsizlik göstərdiyini bildirmir. Ola bilsin ki, qadın haqlıdır və onun təklifi bütün ailəyə fayda gətirə bilər. İbrahim bir ailə məsələsində arvadı Sara ilə razılaşmayanda, Allah ona dedi: «Saranın sənə söylədiyi... sözlərə qulaq as» (Yaradılış 21:9-12). Lakin ərin yekun qərarı Müqəddəs Kitab prinsipinə zidd getmirsə, qadın itaətkarlıq göstərməli və ərinin qərarını dəstəkləməlidir (Həvarilərin işləri 5:29; Efeslilərə 5:24).

İbrahim peyğəmbər Saranı dinləyir

Sara qadınlara hansı gözəl nümunəni qoydu?

13. a) Titus 2:4, 5 ayələri ailəli qadınları nəyə təşviq edir? b) Müqəddəs Kitabda ayrı yaşamağa və boşanmağa dair nə deyilir?

13 Qadın öz rolunu yerinə yetirməklə, ailənin xoşbəxtliyi üçün çox şey edə bilər. Müqəddəs Kitab ailəli qadınlara məsləhət görür: «Öz ərlərini, uşaqlarını sevsinlər, təmkinli, ismətli, evdar, xeyirxah, öz ərlərinə tabe olsunlar» (Titusa 2:4, 5). Bu məsləhətə riayət edən qadın həm ərinin, həm də uşaqlarının hörmət və məhəbbətini qazanır (Süleymanın məsəlləri 31:10, 28). Nikah iki qeyri-kamil insanın birliyi olduğu üçün, istisna vəziyyətlər ayrı yaşamağa və ya boşanmağa səbəb ola bilər (Süleymanın məsəlləri 31:10, 28). Bə’zi hallarda Müqəddəs Kitab nikahda olanlara ayrı yaşamağa icazə verir. Ancaq bu qərar tam ciddiliklə qəbul olunmalıdır, çünki Müqəddəs Kitabda deyilir: «Arvad ərindən ayrılmasın... Ər də öz arvadını boşamasın» (1 Korinflilərə 7:10, 11). Müqəddəs Kitabda boşanmağa icazə verən yeganə səbəb, həyat yoldaşlarından birinin zina, yə’ni cinsi əxlaqsızlıq etməsidir (Matta 19:9).

VALİDEYNLƏR ÜÇÜN NÜMUNƏ

14. İsa uşaqlara necə yanaşırdı və onların nəyə ehtiyacı var?

14 İsa uşaqlarla necə rəftar etməyə dair valideynlərə gözəl nümunə qoydu. Uşaqları onun yanına buraxmayanda, o dedi: «Qoyun uşaqlar Mənim yanıma gəlsinlər! Onlara mane olmayın». Müqəddəs Kitabda deyilir ki, o, uşaqları «qucaqlayıb, əllərini üzərlərinə qoyaraq, xeyir-dua verdi» (Mark 10:13-16). Əgər İsa uşaqlara vaxt ayırırdısa, valideynlər də öz körpələrinə vaxt ayırmalı deyillərmi? Uşaqlara bir neçə dəqiqə yox, çox vaxt ayırmaq lazımdır, onların buna ehtiyacı var. Onları öyrətmək və tərbiyə etmək üçün də vaxt ayırmaq lazımdır, çünki bunları valideynlərdən Yehova tələb edir (Qanunun təkrarı 6:4-9).

15. Valideynlər uşaqlarını qorumaq üçün nə edə bilərlər?

15 Bu gün dünya get-gedə daha da qəddarlaşır. Valideynlər öz uşaqlarını təhlükələrdən, məsələn, azyaşlı uşaqları yoldan çıxarmağa çalışan pozğun insanlardan qorumalıdırlar. İsanın «övladlarım» adlandırdığı şagirdlərini necə qoruduğuna diqqət yetirin. Öldürülməsindən bir qədər əvvəl onu tutmağa gəldikləri zaman, İsa şagirdlərinin buraxılması üçün qayğı göstərdi (Yəhya 13:33; 18:7-9). Övladlarınız varsa, onları İblisin zərər vurmaq cəhdindən qorumaq üçün xüsusilə ehtiyatlı olmalısınız. Bu pis dünyanın yaydığı təhlükələrə qarşı uşaqları əvvəlcədən xəbərdar etmək lazımdıra (1 Peter 5:8). Uşaqların fiziki və ruhani sağlamlığı, həmçinin əxlaqi təmizliyi indiki qədər təhlükə altında olmamışdır.

1. İsa peyğəmbər uşaqlara vaxt ayırır; 2. Ata oğluna Böyük müəllimdən öyrənin kitabını oxuyur

Valideynlər İsanın nümunəsindən nə öyrənə bilərlər?

16. İsa şagirdlərinin qeyri-kamilliyinə necə münasibət göstərirdi və valideynlər onun nümunəsindən nə öyrənə bilərlər?

16 İsanın ölümündən qabaqkı gecə şagirdləri aralarında kimin ən böyük olduğu barədə mübahisə etməyə başladılar. İsa onlara hirslənmək əvəzinə, sözləri və nümunəsi ilə onları məhəbbətlə öyrətməyə davam etdi (Luka 22:24-27; Yəhya 13:3-8). Valideynlər, uşaqlarınızın səhvlərini düzəldərkən, İsanın nümunəsini necə təqlid edə bilərsiniz? Əlbəttə, uşağı cəzalandırmaq lazımdır, amma bunun həddini bilmək gərəkdir, bütün acığımızı uşağın üstünə tökmək düzgün deyil. ‘Qılınc kimi yaralayan’ düşünülməmiş sözlərdən qaçmalıyıq (Yeremya 30:11; Süleymanın məsəlləri 12:18). Uşağı elə tərbiyə etmək lazımdır ki, o, bunun gətirdiyi faydanı görsün (Efeslilərə 6:4; İbranilərə 12:9-11).

UŞAQLAR ÜÇÜN NÜMUNƏ

17. İsa uşaqlara nədə gözəl nümunə qoydu?

17 Uşaqlar İsadan nə isə öyrənə bilərlərmi? Əlbəttə! İsa valideynlərə qulaq asmağa dair gözəl nümunə qoydu. «Atanın Mənə öyrətdiyi kimi söyləyirəm» dedikdən sonra, İsa əlavə etdi: «Mən daim Onun xoşuna gələn işləri görürəm» (Yəhya 8:28, 29). İsa səmavi Atasına itaətkar idi, Müqəddəs Kitab da uşaqları valideynlərinin sözlərinə qulaq asmağa təşviq edir (Efeslilərə 6:1-3). İsa kamil uşaq olsa da, yer üzündəki qeyri-kamil valideynləri Yusiflə Məryəmə qulaq asırdı. Sözsüz ki, bu, bütün ailəyə xoşbəxtlik gətirirdi (Luka 2:4, 5, 51, 52).

18. İsa nə üçün hər şeydə səmavi Atasına itaətkarlıq göstərirdi və uşaqların itaətkarlığı kimə sevinc gətirir?

18 Uşaqlar İsanı təqlid edərək valideynlərinə necə sevinc bəxş edə bilərlər? Əlbəttə, valideynlərə qulaq asmaq hər zaman asan olmur, lakin Yehova uşaqların itaətkar olmalarını istəyir (Süleymanın məsəlləri 1:8; 6:20). İsa hər zaman, hətta ən çətin anlarda belə öz səmavi Atasına itaətkar idi. Bir dəfə, Allahın iradəsini yerinə yetirmək İsaya xüsusi ilə çətin olan zaman, o, Atasından xahiş etdi: «Bu kasanı [xüsusi tələbi] Məndən uzaqlaşdır». Amma buna baxmayaraq, İsa Allahın iradəsini yerinə yetirdi, çünki başa düşürdü ki, Ata nəyin düz olduğunu daha yaxşı bilir (Luka 22:42). Uşaqlar itaətkarlıq göstərməyi öyrənməklə, valideynlərini və göydəki Atalarını çox sevindirirlərb (Süleymanın məsəlləri 23:22-25).

Oğlan həmyaşıdlarının siqaret çəkmək təklifini rədd edir

Gənclər sınaqlarla qarşılaşan zaman nəyi yadda saxlamalıdırlar?

19. a) Şeytan uşaqları nəyə təhrik etməyə çalışır? b) Uşağın yanlış hərəkəti valideynlərə necə tə’sir edə bilər?

19 İblisin İsanı sınağa çəkməsi göstərir ki, o, uşaqları da pis hərəkətlərə təhrik etməyə çalışacaqdır (Matta 4:1-10). Şeytan İblisin hiylələrindən biri, həmyaşıdların tə’siridir və buna müqavimət göstərmək xüsusilə çətin ola bilər. Buna görə, Allahın qanunları ilə yaşamayan insanlarla dostluq etməmək olduqca vacibdir! (1 Korinflilərə 15:33). Yaqubun qızı Dina Yehovaya qulluq etməyən insanlarla dostluq edirdi və bu, böyük bəlalara səbəb oldu (Yaradılış 34:1, 2). Ailə üzvlərindən birinin əxlaqsız hərəkət etməsinin bütün ailəyə gətirə biləcəyi ağrı-acıları bir anlığa təsəvvür edin! (Süleymanın məsəlləri 17:21, 25).

AİLƏ XOŞBƏXTLİYİNİN AÇARI

20. Xoşbəxtliyə nail olmaq üçün ailənin hər bir üzvü nə etməlidir?

20 Müqəddəs Kitab məsləhətləri həyata keçirilərsə, ailə problemlərinin öhdəsindən gəlmək asan olacaq. Ailə xoşbəxtliyinin açarı da elə məhz Müqəddəs Kitab məsləhətlərinin tətbiq edilməsindən ibarətdir. Beləliklə, ərlər, öz həyat yoldaşlarınızı sevin və onlarla İsanın yığıncaqla davrandığı kimi davranın. Qadınlar, ərlərinizə ailənin başçısı kimi tabe olun və Süleymanın məsəlləri 31:10-31 ayələrində bəhs olunan xeyirxah arvaddan nümunə götürün. Valideynlər, övladlarınıza tə’lim-tərbiyə verin (Süleymanın məsəlləri 22:6). Atalar, ‘öz ailənizi yaxşı idarə edin’ (1 Timoteyə 3:4, 5; 5:8). Və uşaqlar, valideynlərinizə itaət edin (Koloslulara 3:20). Hamı qeyri-kamildir və heç kim səhv hərəkətdən sığortalanmayıb. Buna görə də, təvazökarlıqla bir-birinizdən üzür istəyin.

21. Bizi hansı gözəl gələcək gözləyir və indidən ailədə xoşbəxtliyə necə nail ola bilərik?

21 Allahın Kəlamında ailə həyatını xoşbəxt etməyə kömək edən külli-miqdarda məsləhət və prinsiplər yerləşir. Müqəddəs Kitabda Yehovanın xidmətçilərinin xoşbəxt olacaqları yeni dünyadan, yə’ni yerüzü Cənnətdən də bəhs edilir (Vəhy 21:3, 4). Bizi necə də gözəl gələcək gözləyir! Allahın Müqəddəs Kitabda yazılmış rəhbərliyinə tabe olaraq, biz indidən ailədə xoşbəxtliyə nail ola bilərik.

a Uşaqları təhlükədən qorumağın üsulları haqqında, Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Böyük Müəllimdən öyrən» kitabının 32-ci fəslində bəhs edilir.

b Uşaq, yalnız valideynləri ondan Allahın qanununu pozmağı tələb edən zaman onlara tabe olmaya bilər (Həvarilərin işləri 5:29).

MÜQƏDDƏS KİTABIN ÖYRƏTDİKLƏRİ

  • Ər arvadını öz bədəni qədər sevməlidir (Efeslilərə 5:25-29).

  • Qadın öz ailəsini sevməli və ərinə hörmət etməlidir (Titusa 2:4, 5).

  • Valideynlər öz uşaqlarını sevməli, öyrətməli və qorumalıdırlar (Qanunun təkrarı 6:4-9).

  • Uşaqlar valideynlərinə itaət etməlidirlər (Efeslilərə 6:1-3).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş