Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh s. 199—201
  • İsa vəd edilmiş Məsihdir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa vəd edilmiş Məsihdir
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Oxşar material
  • Məsihlə bağlı peyğəmbərliklər İsanın Məsih olduğunu sübut edir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Məsih haqqında peyğəmbərliklər
    Gözətçi qülləsi 2009
  • Onlar Məsihin intizarında idilər
    Gözətçi qülləsi 2011
  • İsa Məsih Allah haqqındakı biliyin açarıdır
    Əbədi həyata aparan bilik
Əlavə
Müqəddəs Kitab əslində nə öyrədir?
bh s. 199—201

ƏLAVƏLƏR

İsa və’d edilmiş Məsihdir

YEHOVA Allah insanların Məsihi tanıya bilmələri üçün qayğı göstərmişdir. Müqəddəs Kitabda adları çəkilən peyğəmbərlərin bir çoxu və’d edilmiş Xilaskarın doğulmasını, xidmətini və ölümünü ətraflı surətdə təsvir etmişdir. Bu peyğəmbərliklərin hamısı İsa Məsihin üzərində yerinə yetdi. Onlar hərtərəfli və tam dəqiqliyi ilə təsvir olunmuşdur. Buna əmin olmaq üçün gəlin, Məsihin doğulmasına və həyatının körpəlik çağına dair bə’zi peyğəmbərlikləri nəzərdən keçirək.

Yeşaya peyğəmbər Məsihin Davud padşahın nəslindən gələcəyini əvvəlcədən xəbər vermişdi (Yeşaya 9:7). Mə’lum olduğu kimi, İsa Davudun nəslindən idi (Matta 1:1, 6-17).

Allahın başqa bir peyğəmbəri olan Mikeya, bu körpənin ‘Bet-Lexem Efratada’ doğulacağını və sonradan hökmdar olacağını əvvəlcədən bildirmişdi (Mikeya 5:2). İsa doğulan zaman İsraildə iki Bet-Lexem var idi. Onlardan biri ölkənin şimalında, Nazaretin yaxınlığında yerləşirdi. Digəri isə Yəhudeyada, Yerusəlimin yaxınlığında yerləşirdi və əvvəllər Efrata adlanırdı. İsa məhz bu şəhərdə anadan oldu. Bununla da Mikeyanın peyğəmbərliyi yerinə yetdi (Matta 2:1).

Həmçinin əvvəlcədən deyilmişdi ki, Allah Öz Oğlunu ‘Misirdən çağıracaq’. Valideynləri İsa ilə birlikdə Misirə getmişdilər. Hirodun ölümündən sonra, onlar geri qayıtdılar və beləcə peyğəmbərlik yerinə yetdi (Huşə 11:1; Matta 2:15).

200-cü səhifədəki cədvəlin ikinci sütununda Məsih haqqındakı peyğəmbərlikləri göstərən ayələr gətirilir. Zəhmət olmasa, bu ayələri peyğəmbərliklərin yerinə yetdiyini göstərən üçüncü sütundakı ayələrlə müqayisə edin. Bu, imanınızı daha da möhkəmləndirəcək və Allahın Kəlamının e’tibara layiq olduğuna sizi əmin edəcək.

Nəzərə almaq lazımdır ki, bu peyğəmbərliklər İsanın doğulmasından yüz illər əvvəl yazılmışdır. İsanın özü bu haqda belə demişdir: «Mənim haqqımda Musanın Qanununda, peyğəmbərlərin yazılarında və Məzmurlarda yazılmış bütün şeylərin yerinə yetirilməsi lazımdır» (Luka 24:44). Müqəddəs Kitabı tədqiq etdikcə görəcəksiniz ki, bütün bu peyğəmbərliklər ən xırda təfsilatlarına kimi yerinə yetmişdir.

MƏSİH HAQQINDAKI PEYĞƏMBƏRLİKLƏR

HADİSƏ

PEYĞƏMBƏRLİK

YERİNƏ YETMƏSİ

Yəhuda qəbiləsindən olacaq

Yaradılış 49:10

Luka 3:23-33

Bakirə qızdan doğulacaq

Yeşaya 7:14

Matta 1:18-25

Davud padşahın nəslindən gələcək

Yeşaya 9:7

Matta 1:1, 6-17

Yehova onu Öz Oğlu e’lan edəcək

Məzmur 2:7

Matta 3:17

İnsanların çoxu ona iman etməyəcək

Yeşaya 53:1

Yəhya 12:37, 38

Yerusəlimə sıpanın belində girəcək

Zəkəriyyə 9:9

Matta 21:1-9

Yaxın dostu ona xəyanət edəcək

Məzmur 41:9

Yəhya 13:18, 21-30

30 gümüşə ələ veriləcək

Zəkəriyyə 11:12

Matta 26:14-16

İttihamlara cavab verməyəcək

Yeşaya 53:7

Matta 27:11-14

Paltarları üçün püşk atılacaq

Məzmur 22:18

Matta 27:35

İşgəncə dirəyində təhqir ediləcək

Məzmur 22:7, 8

Matta 27:39-43

Heç bir sümüyü sınmayacaq

Məzmur 34:20

Yəhya 19:33, 36

Dövlətli adamın qəbrinə qoyulacaq

Yeşaya 53:9

Matta 27:57-60

Çürümə görmədən diriləcək

Məzmur 16:10

Həvarilərin işləri 2:24, 27

Yüksəldilərək Allahın sağında oturacaq

Məzmur 110:1

Həvarilərin işləri 7:56

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş