Nəğmə 38
Qayğını Yehovaya ver
1. Yehova, dinlə duamı,
Durma məndən uzaqda.
Cavab ver yalvarışıma,
Son qoyum həyəcana.
(NƏQARƏT)
Qayğını ver Yehovaya,
O, sənə dəstək olar.
Yol verməz ki, sarsılasan,
Cəsur edər, qoruyar.
2. Göyərçintək uçmaq üçün
Kaş olaydı qanadım.
Təqiblərdən, təhlükədən
Sığınacaq tapaydım.
(NƏQARƏT)
Qayğını ver Yehovaya,
O, sənə dəstək olar.
Yol verməz ki, sarsılasan,
Cəsur edər, qoruyar.
3. Yehovanı səsləyərəm,
Ona pənah aparım.
Qəlbimi rahat edər O,
Hədələsə düşmənim.
(NƏQARƏT)
Qayğını ver Yehovaya,
O, sənə dəstək olar.
Yol verməz ki, sarsılasan,
Cəsur edər, qoruyar.
(Həmçinin baxın: Məz. 22:5; 31:1-24.)